Məhkəmə qərarları › İş №2(051)-821/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-821/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-821/2025 04.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3500 manat məbləğində pulun ödənilmiş dövlət rüsumu ilə birlikdə alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehdən 3050 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Navakuznaski şəhərində yerləşən “Şaurma” restoranında kassir işləyərkən, iş yoldaşı olan Aydın tərəfindən aldadıldı. Aydın, həmin dövrdə restoranın poveri idi və uzun müddət bu işdə çalışırdı. Onu müdirləri Azərbaycandan işə gətirmişdi, bıına görə də işdə hər kəs ona böyük hörmət bəsləyirdi. Bir müddət sonra, şəhərlərində bir azərbaycanlı-adı Rüfət olan bir şəxs, işlədikləri yerə gəlib qızıl satmağa başladı. O və Aydın, zaman-zaman ondan müxtəlif qızıl məhsulları aldı. Rüfət və Aydın arasında bir neçə dəfə kiçik alqı-satqı baş tutmuşdu. Bir dəfə isə Rüfət 40 qramlıq, 585 prob ilə bir sep gətirdi və Aydın bu qızılı almaq istədi. X2 dedi ki, “Sən yeni gəlmisən, tanımadığım üçün sənə qızıl sata bilmərəm." Rüfətin bu sözlərindən sonra, Aydın ona yaxınlaşdı və dedi ki, ”Sən al. Mən sənə 3 aya bu qızılın pulunu qaytaracam. Mənə etibar et”. Baldızı, yoldaşı və qaynanası da Aydını tanıdığı üçün ona qarşı olan etibarı və güvəni səbəbindən, Aydının sözlərinə inandı və onunla razılaşdı. Rüfətdən həmin qızılı alıb, Aydına verdi və onun 3 ay ərzində qızılın pulunu geri ödəyəcəyinə etibar etdi. Lakin, bir neçə həftə sonra Aydın heç kimə, nə ona, nə də iş yerinə heç bir xəbər vermədən, gizli şəkildə Azərbaycana qaçdı. Atası ona bilet göndərmiş və o, bu fürsətdən istifadə edərək, Azərbaycana gedib gizlənmişdi. Bu hərəkətini heç kimə bildirmədən, ona qarşı belə bir xəyanət etməsi dərindən sarsıtdı. Ona verdiyi qızılın dəyəri yüksək idi və Aydının buna görə borcu qalmışdı. Aydının qaçmasından sonra, o, qızılın dəyərini ödəmək üçün borca girdi. Lakin Aydının ona qarşı törətdiyi bu aldadıcı əməllər ona çox baha başa gəldi və bu borcu ödəmək üçün bir neçə ay ərzində çalışdı. Onun üçün bu, ciddi maddi və emosional zərərə səbəb oldu. 2023-cü ildə Azərbaycana getdi və Aydını tapmağa çalışdı, lakin uğursuz oldu. Bir müddət sonra, Aydın ona 400 manat pul göndərdi və dedi ki, “hər ay sənə 400 manat göndərəcəyəm.” Lakin bu da yalan çıxdı və Aydın yalnız 50 manat göndərdi, ümumilikdə isə yalnız 450 manat pul ödədiyi halda, bu məbləğ ona olan borcu ödəməyə kifayət etmirdi. Sonradan məlum oldu ki, Aydın Azərbaycana qaçanda təkcə ondan deyil, həm də Rüfətdən qızıl alıbmış. X1 zorla da olsa pulunu ala bilib. Bundan əlavə, Aydın iş yoldaşlarına və müdirlərinə qarşı da borclu qalıb və onların pulunu da vermədən qaçıb. Bu hərəkətləri ilə Aydın yalnız ona deyil, başqa insanlara da maddi zərər vurmuşdur. Bu hadisələrin nəticəsində o, maddi, emosional və sosial olaraq böyük bir zərərə uğradı. Qeyd etmişdir ki, Cavabdeh özü də yazılı formada borcunu etiraf etmişdir və qeyd etmişdir ki Aydının ona həqiqətən də borcu var. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iştirak etməmiş, xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, iddia tələbinin təmin edilməsini, işə onun iştirakıolmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iştirak etməmiş, xx.xx.2025-ci il tarixdə cavabdeh yazılı izahat verərək, iddia tələbi ilə razı olduğunu, iddiaçıya həqiqətən də 3050 manat qalıq borcunun olduğunu bildirmişdir. İş materialları: Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş öz imzalı yazısından görünür ki, İddiaçı 4000 manat pul almış, 500 manatını ödəmiş, yerdə qalan 3500 manat pulu ödəyəcəyini bildirmişdir. İşin müəyyən olunmuş halı: İddiaçı cavabdehə 4000 manat borc pul vermişdir. Tərəflər arasında olan borc münasibəti cavabdeh tərəfindən imzalanmış qəbzlə təsdiqini tapmışdır. Cavabdeh borcundan qismən ödənişlər etmişdir. İddiaçı 3050 manat borcu cavabdehdən tələb edir. Cavabdeh iddiaçıya olan qalıq 3050 borcunu təsdiq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında borc pulun verilməsinə dair qəbz imzalanmışdır. İddiaçı cavabdehə 4000 manat məbləğində pul vermişdir. Cavabdeh borcundan qismən ödəniş etmişdir. Nəticədə Cavabdeh İddiaçı 3050 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 3050 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddianın təmin edilməsinə mütənasib olaraq ödənilmiş 56 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 3050 (üç min əlli manat) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 56 (əlli altı manat) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar