Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-822/2025 14.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1824 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq Cavabdeh 2644.80 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin əhatə etdiyi illəri dəqiqləşdirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh öhdəliyi 2020-ci ildə pozduğuna görə sonrakı dövr, yəni 01 yanvar 2021-ci ildən 5 may 2025-ci illər üçün gecikdirilmiş borc məbləğinə görə qərarın icra edildiyi gün üçün bank uçot dərəcəsinin illik 5%-dən yuxarı olduğunu nəzərə alaraq, gecikmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər və ödənilmiş dövlət rüsumunu tələb etdiyini göstərmiş, 6000 manat məbləğində nağd pul borcuna görə 01 yanvar 2021-ci il tarixdən 5 may 2025-ci il tarixədək olan dövr üçün Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq hesablanıb ödənilməli olan faizlərin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə onun xahişi ilə satış üçün tikdirdiyi tikilini-əmlakını sataraq borcunu qaytarması şərti ilə, şifahi razılaşma əsasında 2019-cu ilin avqust ayında 6000 manat borc vermişdir. Cavabdehin özünün müəyyən etdiyi müvafiq şərti yəni, satış üçün tikdirdiyi tikilini-əmlakı 2020-ci ildə sataraq borcunu qaytarmaq öhdəliyini pozduğu üçün məcburən müxtəlif hüquq-mühafizə orqanlarına, o cümlədən Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-407/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh 6000 manat məbləğində borc pulun onun xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-407/2024 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə İcra vərəqəsi göndərilmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu O.Babayev xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Ancaq ona məlum olmayan səbəbdən və razılığı olmadığı halda icraçı ödəməni cavabdehin əmək haqqına yönəltmişdir ki, 6080 manat məbləğində borcu hər ay orta hesabla 213 manat məbləğ ödəməklə hal-hazıra qədər 1278.31 manat ödəmişdir. Belə olduqda isə borc məbləğinin, yəni 4801.69 manatın tam şəkildə ödənilməsi üçün əlavə iki il vaxt tələb olunur. Bundan əlavə Cavabdeh borcun qaytarılması şərtini, yəni satış üçün tikdirdiyi tikilini-əmlakı 2020-ci ildə satmış və öhdəliyini həmin tarixdən pozaraq borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mərkəzi X2 12 mart 2025-ci il tarixli qərarı ilə uçot dərəcəsi 7,25 % müəyyən edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərdi ki, iddiaçı pulu ona borc kimi verməyib. Bunu əvvəlki məhkəmələrdə də bildirmişdir. İddiaçı ondan torpaq sahəsi alıb, birlikdə aparıb pul keçirmişlər, yəni torpaq sahəsinin özəlləşdirilməsi üçün 5000 manat ona beh verib. Sənədlər hazır olduqda iddiaçı razılaşdıqları kimi 6500 manat yox, 45000 manat pulu verəcəyini bildirdi. Bu səbəbdən aralarında alqı-satqı baş tutmadı. İddiaçı notariat kontorunda çəkdiyi 1000 manat xərci də onun üzərinə atdı. İddiaçıya bildirdi ki, həmin torpaq sahəsini özəlləşdirmək üçün 10.000 manat faizi ilə borca girmişdir, lakin torpaq satıldıqdan sonra onun pulunu qaytara biləcəyini demişdir. Torpaq sahəsi bir az gec satıldı və həmin ərəfədə iddiaçı məhkəməyə müraciət etdi. Məhkəmə qərarı ilə iddiaçının tələbi təmin olunmuş, qərar icra olunması üçün əmək haqqına yönəlmişdir. İddiaçı pulu 2022-ci ildə verib. İddiaçı ilə ev alqı-satqısı 2021-ci ilin axırında olub. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı tərəfə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)- 407/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 6000 manat məbləğində borc pulun İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı Cavabdeh Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 192703/2024-3-14 nömrəli məktubuna əsasən tutularaq İddiaçı ödənilən vəsaitlər barədə məlumat cədvəlindən görünür ki, 2024-cü ilin oktyabr ayı üzrə 183,98 manat, noyabr ayı üzrə 183,98 manat, dekabr ayı üzrə 273,90 manat, 2025-ci ilin yanvar ayı üzrə 208,55 manat, fevral ayı üzrə 159,40 manat, mart ayı üzrə 268,50 manat olmaqla, cəmi 1278,31 manat vəsait ödənilmişdir. İşdə olan məhkəmə–mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/3179 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası MM–in 445.7–ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin çıxarıldığı xx.xx.2024-cü il tarixədək olan müddət üçün 6000 (altı min) manat pul məbləğinə illik beş faiz dərəcəsi ilə hesablanan faiz məbləği 900,0 manat təşkil edir. Məhkəmə işin qanuni həll edilməsi zamanı ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir və nəzərə alır. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında şifahi razılıq əsasında borc münasibətləri yaranmış, iddiaçı cavabdehə 6.000 manat məbləğində borc pul vermişdir. Sonradan cavabdeh borcu qaytarmadığına görə iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərmiş, lakin cavabdeh yenə də öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(051)-407/2024 nömrəli qətnaməsi ilə cavabdehdən 6000 manat məbləğində borc pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra məcburi icraya yönəldilmiş, cavabdeh borclu olduğu pul vəsaitini birdəfəyə ödəmədiyinə görə borc məbləği onun əmək haqqına yönəldilmişdir. Məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir. Hazırda iddiaçı gecikdirilmiş vaxt üçün pulun dəyərinin azalması şəklində ifadə olunan zərərin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçının pulu ona borc kimi vermədiyini bildirərək iddianı qəbul etməmiş və borc məbləğini 2021-ci ildə aldığını bildirmişdir. Göründüyü kimi tərəflər arasında işin mübahisə edilən halı gecikdirilmiş vaxt üçün dəymiş zərərin ödənilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin iddiaçıya 6000 manat məbləğində borcu olmuş, cavabdeh öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən cavabdehdən 6000 manat məbləğində borc pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda icra icraatı qaydasında həmin borc cavabdehin əmək haqqına yönəldilmişdir. Göründüyü kimi cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə iddiaçının cavabdehə qarşı gecikdirilmiş vaxt üçün pulun dəyərinin azalması şəklində ifadə olunan zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh 2021-ci ildə aldığı 6.000 manat borc məbləğini qaytarmadığına, yəni öhdəliyini vaxtında lazımi qaydada icra etmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsi ilə iddiaçının pozulmuş hüququ bərpa olunmuşdur. Bununla belə iddiaçı məhkəmə qətnaməsi çıxarılan vaxtadək cavabdehin icranı gecikdirməsi nəticəsində pulun dəyərinin azalması şəklində zərərə məruz qalmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən iddianın qanuni həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edlməsi ilə əlaqədar olaraq qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti cavabdehin icranı gecikdirməsi nəticəsində pulun dəyərinin azalması şəklində zərərin ödənilməsi ilə bağlı olduğundan, mübahisənin həlli zamanı öhdəliklərin icrasını və qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göründüyü kimi öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarlarında qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasını gecikdirməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə pulun dəyərinin, başqa sözlə onun alıcılıq qabiliyyətinin şəxsin əmlakına təsir edən amil kimi nəzərə alınması “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1 və 2-ci hissələrinin mənasından da irəli gəlir. Həmin normalara görə, Azərbaycan Respublikasının ərazisi vahid valyuta ərazisidir və bu ərazidə milli valyuta kimi manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini təmin edən pul-kredit və valyuta siyasəti yeridilir. Azərbaycan Respublikasının valyuta ehtiyatları milli valyutanın alıcılıq qabiliyyətini qorumaq, dövlətin iqtisadi tələbatı və sosial inkişafı ilə bağlı ehtiyacları ödəmək, xarici borcun ödənilməsi sahəsində öhdəlikləri yerinə yetirmək məqsədi ilə mərkəzləşdirilmiş xarici valyuta və digər valyuta sərvətləridir. Qeyd edilən müddəaların milli valyutanın alıcılıq qabiliyyətinin qorunmasını məqsəd kimi müəyyən etməsi məhz Konstitusiyanın mülkiyyət hüququnun müdafiəsini nəzərdə tutan normalarının məzmunundan da irəli gəlir. X1 Məhkəməsi Plenumu belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi müddəası digər real zərərlərdə olduğu kimi gecikdirmə müddəti ərzində pulun dəyərinin azalması şəklində ifadə olunan zərər anlayışını da özündə ehtiva edir. Məhkəmə cavabdehin icranı gecikdirməsi müddəti ərzində pulun dəyərinin azalması şəklində iddiaçıya vurduğu zərərin məbləğinə və gecikdirmə müddətinə münasibətdə qeyd edir ki, iddiaçı yalnız borc məbləğinin tutulmasına dair məhkəmə qətnaməsi çıxarıldığı günədək olan müddət ərzində cavabdehin boclu olduğu pul vəsaitinin ödənilməsini gecikdirməsi nəticəsində pulun dəyərinin azalmasına səbəb olan zərərə görə gecikdirilmiş məbləğə illik beş faiz həddində pul tələb etmək hüququna malikdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında borcun ödənilməsi ilə bağlı mübahisə 2021-ci ildə yaranmışdır. İddiaçı tərəf cavabdehin pul vəsaitini gecikdirməsinin 2019-cu ildən bağladığına dair sübut təqdim etməmiş, cavabdeh tərəf isə gecikdirmənin 2021-ci ildən başladını etiraf etmişdir. Belə olan halda məhkəmə pul vəsaitinə dair öhdəliyin icra edilməməsi ilə bağlı gecikdirmə müddətinin xx.xx.2021-ci il tarixdən başlanmasını işin həqiqi hallarına uyğun hesab edir. Ona görə də öhdəliyin icra edilməməsi ilə bağlı gecikdirmə müddəti və zərərin məbləği iddiaçının tələb etdiyi həcmdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyə n edilmiş müddətdə və məbləğdə qismən əsaslıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mühasibatlıq ekspertizasının ekspert rəyində Azərbaycan Respublikası MM–in 445.7–ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin çıxarıldığı xx.xx.2024-cü il tarixədək olan müddət üçün 6000 (altı min) manat pul məbləğinə illik beş faiz dərəcəsi ilə hesablanan faiz məbləği 900 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə cavabdehin öhdəliyi icra etməməsi ilə bağlı gecikdirmə müddəti üçün gecikdirilmiş məbləğə illik illik beş faiz hesablanmaqla pulun dəyərinin azalması şəklində ifadə olunan zərərin 900 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehin pul öhdəliyini icra etməməsi nəticəsində pulun dəyərinin azalması şəklində iddiaçıya dəyən zərər 900 manat məbləğində qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan, qismən təmin edilməli və cavabdehdən 900 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində hissəsi alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 20 manat məhkəmə xərci iddiaçı və cavabdehdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdən Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin çıxarıldığı xx.xx.2024-cü il tarixədək olan gecikdirmə müddəti ərzində 6000 (altı min) manat məbləğində pulun dəyərinin azalması 900 (doqquz yüz) manat məbləğində müəyyən edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul tutulub İddiaçı xeyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat məbləğində hissəsi Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçı və Cavabdeh müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 20 (iyirmi) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-822/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-822/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver