Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-834/2024 07.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyindan İddiaçı xeyrinə 900 (doqquz yüz) manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü ildə kredit borcunu ödəmək məqsədilə ödəniş edərkən səhvən 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini təyinatı üzrə yox, Ailə və Uşaqların Sosial Problemlərinin X3 Birliyinin bank hesabına köçürmüşdür. İddiaçı dəfələrlə cavabdehdən pulun geri ödənilməsini tələb etsə də, cavabdeh pulu qaytarmaqdan yayınır. Nəticə etibarilə İddiaçı cavabdehin pulu könüllü şəkildə qaytarmayacağına dair əsaslı şübhələr yaranmışdır və pul tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də İddiaçı hesab edir ki, məhkəmə iddianı tam şəkildə təmin etməlidir. Odur ki, cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyindan İddiaçı xeyrinə 900 (doqquz yüz) manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin nümayəndəsi X2 məhkəmə iclası zamanı etiraz ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyi – xx.xx.2022-ci il tarixdə, 1122-Q79-4033 nömrəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası ərazində “Ailələrə Sosial Dəstək” Modeli Xidməti çərçivəsində insanların həyat şəraitini və rifahını yüksəltmək və sosial problemlərin həll edilməsinə dəstək olmaq kimi xidmətləri vardır. Təşkilatları 2022-ci ildən etibarən yüksək risk qrupuna aid olan əhali qrupları arasında profilaktik tədbirlər və maarifləndirmə xidməti həyata keçirir. Əməkdaşlıqlarının əsas məqsədi Azərbaycan Respublikası Qanunları qadağa olunmayan, bu sahədə çalışan digər yerli qeyri-hökumət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, təşkilatın Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısına almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. Çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlər kimi xidmət göstərilir. Çətin həyatda şəraitində olan şəxslərə sosial xidmət göstərilməsi və insanlara daha yaxşı xidmət göstərilməsi üçün əməkdaşlıq və Məişət zorakılığından zərər çəkmiş və digər kateqoriyadan olan şəxslərə yardım göstərilməsi üçün «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin “Ailələrə Sosial Dəstək” Modeli” xidmət çərçivəsində yaradılmışdır. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərir. Bildirir ki, ianə verən xx.xx.2023-cü il tarixində (******************** MPAY QSC, Bakı şəhəri, Nərimanov rayonu A.Aqarunov küçəsi ev 7 B, ********** və AZ17AİİB******************** PAŞAPAY MMC CAM **********) tərəfindən “Ailə və Uşaqların” Sosial Problemlərin X3 birliyinə 1014 (bir min on dörd) manat ianə verilmişdir. Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş ianə barədə məlumatların ARƏNQVBİ-də reyestrə daxil edilməsini və bu barədə müvafiq bildiriş verilmişdir. İddiaçı X1 göstərilən tələblər qanuna zidd olduğu üçün tələblərin yerinə yetirilməsi imkanları xaricindədir. İddiaçının adını sistemdə görə bilmədikləri üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin QVNBİ-dən bildiriş alınmış və xeyriyyə məqsədləri üçün xərclənmişdir. Odur ki, məhkəmədən İddiaçı 2(051)-834/2024 saylı iş üzrə irəli sürdüyü iddia tələblərini tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə telqram ünvanlayaraq, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hersab etmişdir. İşdə olan "xxxx" QSC-yə məxsus olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Memmedova Melahet tərəfindən Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstik ictimai birliyinə 900 manat pul ödəmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən İddiaçı göndərilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, banka olan borcu ilə əlaqədar tələbi icra etməzsə, icra məcburi qaydada təmin ediləcəkdir. İşdə olan İddiaçı tərəfindən yazılmış ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyi xidmətinə səhv yığılmış xxxxxxx kod hesabından silinməyində köməklik gösətilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə kredit borcundan ödəniş etməyə çalışarkən səhvən 900 manat məbləğində pulu «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin hesabına ödəmişdir. Sonradan həmin ictimai birliyə səhvən ödədiyi pulun qaytarılması üçün müraciət etsə də, ictimai birlik onun pulunu geri qaytarmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə münasibətlər borc tələbi üzrə yaranan münasibətlər deyil, əsassız varlanma üzrə yaranan münasibətlərdir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri Əsassız varlanmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, cavabdeh əsassız varlanmışdır. Belə ki, onun varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh vurduğu zərər nəticəsində əldə etdiyi əmlakları iddiaçıya qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, İddia tələbi təmin olunmalı və cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyindən 900 (doqquz yüz) manat məbləğdə pul alınıb İddiaçı verilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyindən 900 (doqquz yüz) manat məbləğdə pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-834/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-834/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver