Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-838/2021 21.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 09.09.2006-cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 14 yanvar 2008-ci il təvəllüdlü Məhəmməd və 23 aprel 2009-cu il təvəllüdlü Mədinə adlı iki nəfər uşaqları doğulmuşdur. Mingəçevir şəhər məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, Cavabdeh 14 yanvar 2008-ci il təvəllüdlü Məhəmməd və 23 aprel 2009-cu il təvəllüdlü Mədinə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Göstərilən məbləğ uşaqlarının tələbatını ödəmir. İddiaçı uşaqların tələbatlarını ödəməkdə çətnlik çəkir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 14 yanvar 2008-ci il təvəllüdlü X3 və 23 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat məbləğdə alimentin Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, uşaqlarına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Heç yerdə işləmir. Müəyyən edilmiş alimenti də çətinliklə ödəyir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 14 yanvar 2008-ci il təvəllüdlü Məmmədov Məhəmməd Səbuhi oğlu və 23 aprel 2009-cu il təvəllüdlü X2 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-726/2019 saylı 27 may 2019cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 14 yanvar 2008-ci il təvəllüdlü Məmmədov Məhəmməd Səbuhi oğlu və 23 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 14 yanvar 2008-ci il təvəllüdlü Məhəmməd və 23 aprel 2009-cu il təvəllüdlü Mədinə adlı iki nəfər uşaqları doğulmuşdur. Məhəmməd və Mədinə adlı uşaqlar iddiaçının yanında qalırlar. Məhkəmənin 27 may 2019-cu il tarixli qərarı ilə Cavabdeh 14 yanvar 2008-ci il təvəllüdlü X3 və 23 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşaqların təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 20 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 14 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, 23 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-838/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-838/2021
21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver