Məhkəmə qərarları › İş №2(051)-844/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-844/2023

25.05.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-844/2023 25.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi2, onun və digər Ərizəçi1 nümayəndəsi, Vəkil iştirakı ilə, fiziki şəxsin itkin düşmüş elan edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək fiziki şəxsin itkin düşmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi1 ilə 22 iyul 1983cü ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Birgə nikahlarından üç nəfər övladları olmuşdur. X11 11 avqust 1986-cı ildə onların rəsmi nikahlarından doğulmuş ikinci övladıdır. Ərizəçi1 ailəsini dolandırmaq məqsədi ilə Rusiya Federasiyasına gedib-gəlirdi. Oğlu Samir də İlqarın yanına Rusiya Federasiyasına gedib-gəlirdi. Çox qoçaq uşaq idi. 2009-cu ildə oğlu X2 ilə ailə qurdu. 2010-cu ildə ailəsini də özü ilə Rusiya Federasiyasına apardı. Samirin Günel ilə nikahlarından Aişə və Xədicə adlı iki qızları doğulmuşdur. Samir sonuncu dəfə Azərbaycandan 24 iyul 2014-cü ildən getmişdir. Həmişəki kimi Rusiya Federasiyasına getdi. Samir dini qaydalara riayət edirdi. Eşitdiklərinə görə hansısa dini təşkilatın üzvü olmuşdur. Samir 2015-ci ilin sentyabr ayında Türkiyə Respublikasına getmişdir. Ailəsini də özü ilə aparmaq istəmiş, arvadı onunla getmək istəməmişdir. 2015-ci ildə hansısa qruplaşma ilə birlikdə Suriya ərazisinə keçmişdir. Həmin vaxt Suriyada gərgin döyüşlər gedirdi. Suriya ərazisindən döyüş bölgələrindən hərbi geyimdə şəkillər çəkdirib göndərib. Müxtəlif nömrələrlə arvadı ilə əlaqə saxlayıb harada olmasını, döyüşlərdə iştirak etməsi barədə məlumat verirmiş. Arvadı təkid edib geri qayıtmasını tələb etsə də deyirmiş ki, buradan geri qayıtmaq mümkün deyil. 2015-ci ilin dekabr ayınadək arvadı Günellə müxtəlif nömrələrlə əlaqə saxlamışdır. 2015-ci ilin dekabr ayından onunla əlaqə tamam kəsilmişdir. 2016-cı ilin əvvəllərində təxminən yanvar ayının sonu, fevral ayının əvvəlində bir nəfər şəxs özünü Samirin dostu kimi təqdim edərək gizli bir nömrə ilə oğlu Samirin arvadı Günelə bildirmişdir ki, Samir şəhadətə ucaldı. Samirlə əlaqələr tamam kəsildi. X7 Komitəsinin Mingəçevir şəhər şöbəsinə dəvət etdilər, izahatları alındı, sonra Mingəçevir şəhər Polis Şöbəsinə dəvət edib müəyyən məlumatlar öyrəndilər. 7 ildən artıqdır ki, X5 heç bir məlumat yoxdur. Mənzillərini ipotekaya qoyub bankdan pul götürə bilmirlər. Samir mənzildə qeydiyyatdadır, onun razılıq ərizəsi tələb olunur. X8 iki övladı vardır. Atalarının yoxluğu ilə bağlı müavinət də ala bilmirlər. Ərizənin təmin olunmasını, Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 14/1 saylı evin 5 saylı mənzilində qeydiyyatda olan, 11 avqust 1986-cı ildə Mingəçevir şəhərində doğulmuş X8 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2, digər Ərizəçi1 nümayəndəsi, Vəkil da məhkəmə iclasında ərizənin təmin olunmasını xahiş etdi. X3 məhkəmə iclasında Ərizəçi2 ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, X11 onun əri olmuşdur. Samir hər gün saat 04:00-da bazara gedir, saat 15-16 radələrində gəlirdi. Lakin 12 sentyabr 2015-ci il tarixdə getmiş və qayıtmamışdır. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, X11 onun bibisi oğludur. O, Samiri 2015-ci ilin sentyabr ayından bu günə qədər görməmiş, həmin vaxtdan Samirdən xəbər almamışlar. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan 2 saylı MİS tərəfindən verilmiş 138 saylı xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, X1 şəhəri A.S.Puşkin küçəsi 14/1 saylı evin 5 saylı mənzilində qeydiyyatda olmuşdur, lakin hazırda həmin mənzildə yaşamır. İşə əlavə olunmuş HK-1/890 №-li material üzrə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Ərizəçi1 ərizəsi əsasında cinayət hadisəsi olmadığından X8 ölmüş və s. elan oluması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X9 arasındakı nikah 16 aprel 2019-cu ildə ləğv edilmişdir. Nikah pozulduqdan sonra qadına Zamanova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsində göstərilir ki, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsaən məhkəmə fiziki şəxsi xəbərsiz itikin düşmüş hesab edə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, X11 2002-ci ildən 2014-cü ilə qədər Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 14/1 saylı evin 5 saylı mənzilində qeydiyyatda olmuş və yaşamışdır. Samir Babayev 12 sentyabr 2015-ci il tarixdə səhər işə getmiş və qayıtmamışdır. Bu vaxta qədər onunla əlaqə saxlamaq mümkün olmamışdır. Hal-hazırda da onun olduğu yer məlum deyildir. Ona görə də məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 14/1 saylı evin 5 saylı mənzilində qeydiyyatda olan, 11 avqust 1986-cı ildə Mingəçevir şəhərində doğulmuş X11 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 312-316, 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 14/1 saylı evin 5 saylı mənzilində qeydiyyatda olan, 11 avqust 1986-cı ildə Mingəçevir şəhərində doğulmuş X11 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar