Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-856/2020 27.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, iddiaçı «xxxxxxxxx» X4 Təşkilatı QSC-nin etibarnaməüzrə nümayəndəsi X2, və cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı: X4 Təşkilatı «xxxxxxxxx» MMC-nin cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “xx xxxxxx 2014-cü il tarixli, KAMin 124379/14 saylı kredit müqaviləsinə xx xxxxxx 2018-ci il tarixli 1 saylıəlavə razılaşmanın ləğvi və kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı «xxxxxxxxx» X4 Təşkilatı MMC-nin nümayəndəsi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 2242.40 ABŞ dolları məbləğdə əsas borc, 1310.48 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 3552.88 ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub «xxxxxxxxx» X4 X1 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh3 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. X4 Təşkilatı «xxxxxxxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə BOKT «xxxxxxxxx» MMC ilə № KAMin 124379/14 saylı kredit müqaviləsi bağlayaraq 30 ay müddətinə 29 faiz illik faiz dərəcəsi olmaqla 10000 ABŞ dolları məbləğdə kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı “xxxxxxxxx” X4 X1 Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında xx xxxxxx 2014-cü il tarixli, KAMİN 124379/14 saylı kredit müqaviləsinə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1, öz xahişini nəzərə alaraq kreditin restrukturizasiyası məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə 1 saylıəlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən, xx xxxxxx 2014-cü il tarixli, KAMin 124379/14 saylı kredit müqaviləsinə xx xxxxxx 2018-ci il tarixli 1 saylıəlavə razılaşmada restrukturizasiyadan sonra 5435,62 (beş min dörd yüz otuz beş dollar altmış səkkiz sent) dollar təşkil edərək ödəniş müddəti 18 ay və xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Həmçinin, xx xxxxxx 2014-cü il tarixli, KAMin 124379/14 saylı kredit müqaviləsinə xx xxxxxx 2018-ci il tarixli 1 saylı əlavə razılaşmaya zaminlik müqavilələri bağlanmışdır. Borclular kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin ödənilməsini mütəmadi olaraq gecikdirmişlər. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliklərini icra etməmişlər. Qeyd olunanlara əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 3835.21 ABŞ dolları məbləğdə əsas borc, 7291.13 ABŞ dolları məbləğdə faiz borcu, 5529.75 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 16656.09 ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub X4 Təşkilatı «xxxxxxxxx» MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə qismən razı olduğunu bildirmiş və iddia tələbini ekspertin rəyində göstərilən qaydada təmin olunmasını və ona hesablanmış cərimə borclarının azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 da oxşar məzmunlu izahat verərək Cavabdeh1 izahatındakı xüsusatları təsdiq etmişdir. İddia ərizəsinə əlavə olunmuş BOKT «xxxxxxxxx» MMC -nin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 həmin tarixə BOKT «xxxxxxxxx» MMC-nə cəmi 16656.09 ABŞ dolları məbləğdə borcu qalmışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 xx xxxxxx 2014cü ildə BOKT «xxxxxxxxx» MMC ilə müqavilə bağlayaraq 10000 ABŞ dolları məbləğdə kredit almış, aldığı borc məbləğini illik 29 faiz əlavəsi ilə 30 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vəCavabdeh5 arasında birgə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlər Cavabdeh1 öhdəliyini icra etmədikdə, onunla birgə məsuliyyət daşımağını üzərilərinə götürmüşlər. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixdə 1 saylı əlavə razılaşmadan görünür ki, xx xxxxxx 2014-cü il tarixli, KAMin 124379/14 saylı kredit müqaviləsinə xx xxxxxx 2018-ci il tarixli 1 saylıəlavə razılaşmada restrukturizasiyadan sonra 5435.62 (beş min dörd yüz otuz beş dollar altmış səkkiz sent) dollar təşkil edərək ödəniş müddəti 18 ay və xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Məhkəməyə təqdim olunmuşölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 2019-cu il tarixdəölmüşdür. Məhkəməyə təqdim olunmuşCavabdeh5 məzarının fotoşəkilindən görünür ki, Cavabdeh5 xx xxxxxx 1949-cu ildə anadan olmuş, xx xxxxxxx 2018-ci il tarixdə ölmüşdür. Məhkəməyə təqdim olunmuş BOKT «xxxxxxxxx» MMC-nin xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 xx xxxx 2019-cu il tarixdəölmüşdür. Bu səbəbdən mülki iş üzrə Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/2333 saylı rəyinin nəticə hissəsindən görünür ki, xx xxxx 2017-ci il tarixə Cavabdeh1 BOKT «xxxxxxxxx» MMC-nə 3762.46 ABŞ dolları məbləğdə əsas, 7261.35 ABŞ dolları faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi ekspertiza rəyində göstərildiyi qaydada qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görəöhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranmasıüçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılmasıüçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. H.Allahverdiyev ilə bank arasında bağlanmış kredit müqaviləsinin 6.1-ci maddəsində göstərilmişdir ki, borclu aldığı krediti və ona hesablanmış faizləri bu müqaviləyə dair 1 saylıəlavəüzrə, qrafikə uyğun ödəmə müddətlərini pozduqda, əsas məbləğüzrə hər gecikdirilən təqvim günüüçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 1 faizi cərimə tətbiq edilir. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 5529.75 ABŞ dolları məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 5529.75 ABŞ dolları məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 50 ABŞ dolları miqdarda dəbbə pulu alınmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. İddia ərizəsindən göründüyü kimi cavabdehlərdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində borclulardan alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi iləödənilməsi göstərilməlidir. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəməüçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, işüzrə 145 manat məbləğdə ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vəCavabdeh5 ilə «xxxxxxxxx» X4 Təşkilatı QSC-nin arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış KAMin 124379/14 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3762.46 ABŞ dolları məbləğdə əsas borc , 7261.35 ABŞ dolları məbləğdə hesablanmış faiz borcu, 50 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 11073.81 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb «xxxxxxxxx» X4 Təşkilatı QSC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehlərdən tutulub «xxxxxxxxx» X4 Təşkilatı QSC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 145 manat məbləğdə ekspertiza xərci cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-856/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-856/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver