Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-865/2024 13.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 500 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanışıdır, cavabdeh ondan, oğlu Zəngilanda yaralandığı üçün borc pul istəmişdir. O, da ona 500 manat borc vermişdir. Cavabdeh ona pensiya kartı vermişdi, lakin kartı yararsız olmuş, onu aldatmışdır. Cavabdeh qısa müddətə borcunu qaytarmasını ona bildirsə də, lakin hələ də ona olan borcunu geri qaytarmamışdır. Bununla bağlı Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdi, ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Birinci dəfə 300 manat, ikinci dəfə 150 manat pulu şəxsən onun özünə vermişdir. 50 manat məbləği isə kart vasitəsilə göndərmişdir. Yenidən pul istədikdə isə verməmişdir. Cavabdehin adıCavabdeh olsa da, o hamıya adını Vəfa kimi demişdir. O, da onu Vəfa kimi tanıyır, adını da telefonda Vəfa yazmışdır. Yazışmalar da Vəfa adı ilə aparılmışdır. Məhkəməyə iddia ərizəsi verəndə əsl adının Sədaqət olduğunu bilmişdir. Odur ki, məhkəmədən Cavabdeh cəmi 500 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəf cavabdehin iştirakı olmadan işə baxılmasına razı olmuş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Kəmalə ilə 33 ildir qonşudurlar. Onlar onu Vəfa kimi tanıyırlar. Amma əsl adı Sədaqətdir. O, Kəmalədən Vəfa üçün pul istədi Kəmalədə verdi. O, dəzləduzdur adını qəsdlə Vəfa kimi bildirmişdir hamıya. Onu qızıl satanlar, taksi sürücüləri hamısı Vəfa kimi tanıyır. O, uzun müddətdir ki, Kəmalə ilə birlikdədir. Kəmalə ona dedi ki, Vəfa pul istəyir ondan. Kəmalənin 200 manatı isə onun özündə idi. O, 200 manatı apardı verdi Kəmaləyə, Kəmalə isə 200 manatın üstünə 300 manat əlavə edərək cəmi 500 manat pulu onun gözünün qabağında vermişdir Sədaqətə. Sədaqət isə taksi ilə gəlmişdir məhəllədə Kəmaləni gözləyirdi, 500 manatı Kəmalədən alıb getdi. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Kəmalə qonşusudur. Sədaqəti tanımır. Kəmalə ona neçə dəfə borc pul verdiyini bilir. Öz evində məhəllənin qabağında pulu verib. Pul verdiyini görmüşdür. Pulun nə qədər məbləğdə olduğunu bilmir. Dəfələrlə cavabdehin evinə getmişlər ki, Kəmalənin pulunu ödəsin. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşə əlavə olunmuş Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı müraciətində göstərilən xüsusatlar məhkəmə orqanları səlahiyyətlərinə aiddir. İşə əlavə edilmiş İddiaçı və “Vəfa” adlı şəxslə öz aralarında “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə olan yazışmalardan görünür ki, “Vəfa” adlı şəxs İddiaçı ilk öncə 300 manat, daha sonra isə 200 manat və cəmi 500 manat məbləğində borc aldığını, cəmi 500 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi razılaşma əsasında borc müqaviləsi bağlanmışdır. Şifahi borc müqaviləsinə əsasən iddiaçı cavabdehə ümumilikdə 500 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə aralarında olan razılığa əsasən borcunu qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş və onun iddiaçıya 500 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda məhkəmə, həm iddiaçının, həm də şahidlərin ifadələri ilə müəyyən etdi ki, Cavabdeh, hər kəsə özünü “Vəfa” kimi təqdim etmiş, iddiaçı da yazışmaları məhz onunla aparmışdır. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddianın əsassız olduğuna dair məhkəmə iclasına heç bir sübut və fakt təqdim etməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən borc pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsini və hazırda da borc məbləğinin cavabdeh tərəfindən ödənilməməsinin sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qaytarılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin 500 manat məbləğində borcunun olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında olan borc müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. AR MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. AR MPM-in 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. AR MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh borc öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş yazışmalara, həmçinin məhkəmə iclasında şahidlərin verdiyi ifadələrə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbində göstərilən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-865/2024
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-865/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver