Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-867/2024 05.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Bəhəddin oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddia tələbi: İddiaçı MMC Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Bəhəddin oğlundan 8574 manat pulun, 56 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X3 Azerbaijan” MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 86 saylı əmək müqaviləsi və məxfi məlumatın açıqlanmaması haqqında saziş olaraq 1 nömrəli əlavə imzalanmışdır. Həmin razılaşmalara və xx.xx.2022-ci il tarixli, 47/22 saylı əmrə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixindən müştərilərlə iş üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-ci il tarixdə ərizə ilə MMC rəhbərliyinə müraciət edərək bildirmişdir ki: “xahiş edirəm, xx.xx.2023-cü il tarixdən əmək müqaviləmi öz təşəbbüsümlə ləğv edib məni işdən azad edəsiniz... “X3 Azerbaijan ” şirkətinə qarşı hər hansı bir maddi iddiam və ya narazılığı yoxdur”. xx.xx.2023-cü il tarixli, 03X-23 saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrə əsasən cavabdeh ilə iddiaçı MMC arasındakı 86 saylı əmək müqaviləsinə xitam verilmiş və cavabdeh ilə son haqq-hesabın aparılması tapşırılmışdır. Lakin əmək müqaviləsi ləğv olunduqdan bir müddət sonra cavabdehin yanvar 2023-cü ildənxx.xx.2023-cü il tarixə qədər öz səlahiyyətlərindən sui-istifadə edərək şirkətə aid olmayan yüklərin daşınması üçün, şirkətə qeyri-qanuni sənədlər tərtib edərək MMC-yə 9930 AZN zərər vurduğu bəlli olmuşdur. Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahatı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini və şirkətə 9930 AZN zərər vurduğunu etiraf etmişdir. MMC-nin baş direktoru X2 xx.xx.2023-cü il tarixli 84/23-1 saylı əmrinə əsasən işçinin vurduğu zərərin müəyyən edilməsi üçün audit yoxlamanın keçirilməsi qərarlaşdırılmışdır. xx.xx.2023-cü il tarixli aktdan aydın şəkildə görünür ki, cavabdeh müştəri xidmətləri üzrə mütəxəssis işlədiyi dövr ərzində ona verilən səlahiyyətlərdən suiistifadə etmişdir. xx.xx.2023-cü il tarixli bank qəbzindən görünür ki, Cavabdeh vurduğu zərərdən 1356 AZN geri qaytarmışdır. Lakin qalan 8574 AZN-lik məbləği qaytarmaqdan uzun müddətdir ki, boyun qaçırmaqdadır. Odur ki, MMC tərəfindən mediasiya şurasına müraciət olunmuş, ilkin mediasiya sessiyası keçirilmiş, lakin qarşı tərəf lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd olunanlar səbəbindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. “X3 Azerbaijan” MMC tərəfindən 50 AZN mediasiya xərci ödənilmiş və ‘İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən “X3 Azerbaijan” MMC-nin adı dəyişdirilmiş və MMC-nin adı İddiaçı MMC olmuşdur. Odur ki, iddiaçı Cavabdeh 8574 (səkkiz min beş yüz yetmiş dörd) AZN maddi ziyanın, 56 AZN dövlət rüsumunun və 50 AZN mediasiya xərcinin alınıb İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Bəhəddin oğlu məhkəmə iclasına gəlməmişdir. Bununla yanaşı məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia tələbini etiraf etdiyini, iddiaçının tələb etdiyi 8574 manat pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, cavabdehin iddianın etirafı barədə ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Balayev X1 şəhəri, C.Əliyev küçəsi ev 5, mənzil 20 ünvanda qeydiyyatdadır. “X3 Azerbaijan” MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 86 saylı əmək müqaviləsi və məxfi məlumatın açıqlanmaması haqqında saziş olaraq 1 nömrəli əlavə imzalanmışdır. xx.xx.2022-ci il tarixli, 47/22 saylı əmrə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixindən müştərilərlə iş üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir Cavabdeh “X3 Azerbaijan” MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə öz təşəbbüslə ləğv edilməsini və işdən azad edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli, 03X-23 saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrə əsasən Cavabdeh ilə MMC arasındakı 86 saylı əmək müqaviləsinə xitam verilmiş və Cavabdeh ilə son haqq-hesabın aparılması tapşırılmışdır. xx.xx.2023-cü il tarixli Cavabdeh izahatından görünür ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini və şirkətə 9930 AZN zərər vurduğunu etiraf etmiş və həmin zərəri xx.xx.2023-cü il tarixinə qədər ödəməyə söz vermişdir. “X3 Azerbaijan” MMC-in baş direktoru X2 xx.xx.2023-cü il tarixli 84/23-1 saylı əmrinə əsasən işçinin vurduğu zərərin müəyyən edilməsi üçün audit yoxlamanın keçirilməsi qərarlaşdırılmışdır. xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh müştəri xidmətləri üzrə mütəxəssis işlədiyi dövr ərzində ona verilən səlahiyyətlərdən sui-istifadə etmiş, xx.xx.2023-cü il tarixli bank qəbzindən görünür ki, Cavabdeh vurduğu zərərdən 1356 AZN geri qaytarmışdır. xx.xx.2023-cü il tarixli MŞT/MT031/2023-01275 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “X3 Azerbaijan” MMC-in nümayəndəsi tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2024-cü il tarixli, **********35 nömrəli qəbzdən görünür ki, “X3 Azerbaijan” MMC Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 56 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunmuş halları: İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçı şirkətdə işlədiyi müddətdə öz səlahiyyətlərindən sui-istifadə edərək şirkətə aid olmayan yüklərin daşınması üçün şirkətə qeyri-qanuni sənədlər tərtib edərək mmc-yə 9930 AZN məbləğində zərər vurmuşdur. Sonra cavabdeh vurduğu zərərdən 1356 manat qaytarmışdır. Hazırda cavabdehin 8574 manat borcu var. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin gəldiyi nəticə Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək, Cavabdeh iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 8574 (səkkiz min beş yüz yetmiş dörd) manat tutularaq iddiaçı “X3 Azerbaijan” MMC-yə verilməlidir. Eyni zamanda iş materialı ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsi vermək üçün 50 manat məbləğində mediasiya xərcinin və dövlət rüsumu kimi 56 manat məbləğində pul ödəmişdir. İddia təmin edildiyindən göstərilən məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8574 (səkkiz min beş yüz yetmiş dörd) manat, məhkəmə xərci olaraq dövlət rüsumu kimi ödənilmiş 56 (əlli altı) manat pul və 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-867/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-867/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver