Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-871/2024 14.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı və vəkili X5, Cavabdeh: Cavabdeh nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısı aparatının yanında “Məişət zorakılığına qarşı monitorinq qrupu”nun qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh başçısı aparatı yanında “Məişət zorakılığının qarşısının alınması monitorinq qrupu”nun xx.xx.2024-cü il tarixli 02№-li Qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh başçısı aparatı yanında “Məişət zorakılığına qarşı monitorinq qrupu'”nun xx.xx.2024-cü il tarixli 02 №-li Qərarı ilə heç bir qanuni əsas və sübut olmadan ona məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş və keçmiş həyat yoldaşı X3 30 gün olmaqla qısa müddətli mühafizə orderi verilmişdir. Belə ki, həmin qərar qəbul olunarkən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibi olmadıqda, şikayətlərə baxılması Qayda”sı kobud şəkildə pozulmuşdur. Eyni zamanda “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibi olmadıqda, şikayətlərə baxılması Qaydasının 3.1-ci bəndinə əsasən məişət zorakılığı ilə bağlı şikayətə 5(beş) gün müddətində baxılır və qərar qəbul edilir. Həmin müddətdə Qanunun 8-ci maddəsinə uyğun olaraq ilkin araşdırma aparılmalı, məişət zorakılığı faktının mövcudluğu aşkar edildikdə, zərərçəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməli və məişət zorakılığı halının aradan qaldırılması ilə bağlı gələcək fəaliyyət müəyyən edilməlidir. O, keçmiş həyat yoldaşı Qubaxanım Ələsgərovanın müraciəti ilə əlaqədar Qanunun tələb etdiyi halda dinlənilmək üçün rəsmi qaydada dəvət olunmamış, ona görə də onun müraciətində göstərilənlərlə tanış ola bilməmiş və müraciətlə əlaqədar lazımi sübutlarını qərar qəbul edilənədək təqdim edə bilməmişdir. Ümumiyyətlə, onun həmin qərardan xəbəri olmamışdır. Belə ki, o, 02 fevral 2024-cü il tarixdə şəxsi işi ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində olarkən şöbənin əməkdaşları ona bildirdilər ki, barəsində Cavabdeh yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın xəbərdarlıq qərarı var. O da onlardan həmin qərarın surətini götürmüşdür. xx.xx.2024-cü il tarixli 02 nömrəli qərarda qeyd olunan Qubaxanım Ələsgərovanın dedikləri tamamilə şər və böhtandır və məqsədi birgə nikahlarındandan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü qızı Məliksoy Mələk ilə məhkəmə qətnaməsi əsasında ünsiyyətdə olmağına qəsdən süni maneələr yaratmaqdan ibarətdir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 02 №-li qərar monitorinq qrupu tərəfindən deyil, həmin səlahiyyətlərə malik olmayan və Əsasnaməyə müvafiq olaraq başqa hüquq və vəzifələri həyata keçirən “Yetkinlik yaşma çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın adından qəbul edilərək imzalanmışdır. O, qanunsuz qərarla razılaşmadığına görə həmin qərardan Cavabdehnə yazılı şikayət edərək qərarın ləğv edilməsini xahiş etsə də, şikayətində qeyd olunanlar ətraflı araşdırılmamış və 13 fevral 2024-cü il tarixli 5-3/2-M-20- 129/2024 saylı məktubla imtina cavabı verilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, X4 məişət zorakılığına məruz qalmasını və müvafiq tədbirin görülməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmişdir. Müraciətə şəhər İcra Hakimiyyətinin “Məişət zorakılığına qarşı Monitorinq qrupu”nda baxılmışdır. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. Qanuna uyğun olaraq Q.Ələsgərovaya xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qısamüddətli mühafizə orderi verilmiş, qərar icra olunmaq üçün şəhər İcra və Probasiya şöbəsinə, məlumat üçün şəhər Polis şöbəsinə göndərilmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixində ***-***-**-** nömrəli telefonla iddiaçı ilə əlaqə saxlanılmış və iddiaçı İcra Hakimiyyətinə dəvət olunmuşdur, lakin o, İcra Hakimiyyətinə gəlməmişdir. Hesab edir ki, Cavabdeh “Məişət zorakılığına qarşı Monitorinq qrupu” vətəndaş Qubaxanım Ələsgərovaya qısamüddətli mühafizə orderini “Məişət zorakılığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam riayət etməklə verilmiş və həmin mühafizə orderinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh başçısı aparatı yanında “Məişət zorakılığının qarşısının alınması monitorinq qrupu”nun xx.xx.2024-cü il tarixli 02№-li Qərarından görünür ki, X1 əri, İddiaçı onun işlədiyi təhsil müəssisəsinə gələrək iş saatlarına müdaxilə etməsini, təhsil müəssisəsinin telefon nömrəsinə zəng edərək narahatçılıq yaratmasını, fiziki-psixi təsir göstərməsini və yaşadığı ünvana gələrək onu narahat etməsini bildirdiyinə görə İddiaçı xəbərdarlıq olunmuş və X3 30 gün olmaqla qısa müddətli mühafizə orderi verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh başçısı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 5-3/2-M-20-129/2024 nömrəli məktubdan görünür ki, Cavabdeh başçısı aparatı yanında “Məişət zorakılığının qarşısının alınması monitorinq qrupu” tərəfindən vətəndaş Qubaxanı Ələsgərovaya qısamüddətli mühafizə orderi “Məişət qorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam riayət edilməklə verildiyindən, həmin qısamüddətli mühafizə orderinin ləğv edilməsi üçün əsas yoxdur. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-224/2024 nömrəli qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)234/2024 nömrəli qətnaməsi, eyni zamanda həmin məhkəmənin xx.xx.2023-cü il tarixli eyni saylı əlavə qətnaməsi ləğv edilmiş və iş üzrə İddiaçı xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və yeni il və Novruz bayramlarında 1 gün olmaqla saat 12:00-dan 14:00-dək ünsiyyətdə olma hüququnun verilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Ünsiyyət hüququnun ilk 6 ayı ərzində ananın- cavabdeh X2 iştirakı ilə müəyyən edilməsinə dair qətnamənin icra qaydası müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh başçısı aparatı yanında “Məişət zorakılığının qarşısının alınması monitorinq qrupu” iddiaçının keçmiş arvadı X2, İddiaçı onun işlədiyi təhsil müəssisəsinə gedərək iş saatlarına müdaxilə etməsi, təhsil müəssisəsinin telefon nömrəsinə zəng edərək narahatçılıq yaratması, ona fiziki-psixi təsir göstərməsi və yaşadığı ünvana gedərək onu narahat etməsi barədə bildirdiklərinə istibnad edərək, əlavə araşdırma aparmadan, İddiaçı məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş və X3 30 gün (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) olmaqla qısamüddətli mühafizə orderi verilmişdir.Cavabdeh orqan məişət zorakılığı barədə şikayətə baxrakən, məişət zorakılığının, yəni şikayət edən şəxsə keçmiş əri tərəfindən qəsdən fiziki və ya mənəvi zərər vurulmasının nədə ifadə olunmasını, ən başlıcası isə həmin zorakılığın baş verib-verməməsini müəyyən etmədən, yalnız şikayətdə göstərilən olunan formal dəlillər istina etməklə kifayətlənmişdir. Bununla da iddiaçı tərəfin qanunla qorunan hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Bununla da cavabdeh orqan tərəfindən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibi olmadıqda, şikayətlərə baxılması Qayda”sının tələblərinə əməl edilməmişdir. Belə ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən məişət zorakılığı-yaxm qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etmək, qeydiyyatdan keçirmək, araşdırmanı mümkün qədər qısa müddətdə aparmaq, müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparmaq və tərəfləri ayrdıqda dinləmək təmin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibi olmadıqda, şikayətlərə baxılması Qaydasının 3.1-ci bəndinə əsasən məişət zorakılığı ilə bağlı şikayətə 5(beş) gün müddətində baxılır və qərar qəbul edilir. Həmin müddətdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq ilkin araşdırma aparılmalı, məişət zorakılığı faktının mövcudluğu aşkar edildikdə, zərərçəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməli və məişət zorakılığı halının aradan qaldırılması ilə bağlı gələcək fəaliyyət müəyyən edilməlidir. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə xüsusatları öyrənmək lazım gəldiyi hallarda, bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş müddət 5 (beş) gündən çox olmayaraq uzadıla bilər. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatda göstərilən halların müəyyən edilməsi məqsədilə tərəflər ayrılıqda dinlənilir və müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparılır. AR Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 60-cı maddəsinin İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. AR Mülki Məcəlləsinin 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh başçısı aparatı yanında “Məişət zorakılığının qarşısının alınması monitorinq qrupu”nun xx.xx.2024-cü il tarixli 02№-li Qərarı əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 227 və 233– ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh başçısı aparatının “Məişət zorakılığına qarşı monitorinq qrupu”nun xx.xx.2024-cü il tarixli 02 nömrəli Qərarı ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-871/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-871/2024
14.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver