Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-872/2024 19.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi X6, Maraqlı şəxs: Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X3 və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Mingəçevir şəhər H.Əliyev prospekti 18 nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatda olan Cavabdeh fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-83/2022 nömrəli qətnaməsi ilə vətəndaş Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmənin qətnaməsində işə əlavə edilmiş 09 dekabr 2021-ci il tarixli məhkəmə psixiatriya ekspertizasının 756 saylı rəyində göstərilmişdir ki, Cavabdeh “Şizofreniya-psixotrik pozuntu depressiv sayıqlama sindromu, öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkələrini tam idarə etmək qabiliyyətində deyildir. Məhkəmənin qanuni qüvvəsini almış bu qətnaməsi əsasında, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28-ci, 33.4 və 35-ci maddələri əsasında Cavabdeh onun əri Maraqlı şəxs2 qəyyum təyin edilmişdir. 15 fevral 2024-cü il tarixdə Mingəçevir şəhər prokuroru, ədliyyə müşaviri cənab Qabil Səfərovun imzası ilə şəhər İcra Hakimiyyətinə məktub daxil olmuşdur. Məktubun məzmunundan müəyyən edilmişdir ki, vətəndaş Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (dələduzluq) ********* nömrəli cinayət işi qaldırılmış, cinayət işi üzrə Cavabdeh barəsində təyin edilərək aparılmış stasionar Məhkəmə psixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli 93 saylı rəyindən görünür ki, Cavabdeh hal-hazırda hər hansı heç psixi xəstəlik əlaməti müəyyən olunmur. Məktuba Azərbaycan Səhiyyə Nazirliyinin “Məhkəmə psixiatriya ekspertiza Mərkəzinin stasionar məhkəmə psixiotrik ekspertizasının xx.xx.2023-cü il tarixə 93 saylı rəyi əlavə edilmişdir. Qeyd olunanlara əsasən vətəndaş Cavabdeh hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. Odur ki, məhkəmədən xx xxxxxx 1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Mingəçevir şəhər H.Əliyev prospekti 18 nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatda olan Cavabdeh fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsini Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1967-ci ildə Şəmkir rayonun Seyfəli kəndindən anadan olmuş, Mingəçevir şəhərinin Heydər Əliyev prospektində yerləşən 18 nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatda olan Cavabdeh fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla bağlı bildirir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin yanvar ayının əvvəlində onun, yəni X4 aid olan 1 ədəd 17 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, paxlavavari silikon qaşa malik olan 1275 (min iki yüz yetmiş beş) manat dəyərində olan qızıl bilərziyi gedəcəyi ad günü şənliyində istifadə etmək bəhanəsi ilə alıb, şənlik qurtardıqdan sonra isə qaytaracağını yalandan vəd verib, Nurayə Əliyevanı aldadaraq, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 20 saylı yaşayış binasının qeyri yaşayış sahəsində yerləşən, icarə əsasında işlətdiyi, Nurayə Əliyevaya məxsus obyektdə həmin qızıl bilərziyi alıb, sonradan onu lombarda girov qoyub, əvəzində istintaqa məlum olmayan məbləğdə pul götürərək və bununla da həmin bilərziyi ələ keçirərək, zərərçəkmiş şəxs X4 1275 (min iki yüz yetmiş beş) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə ona, yəni X9ma Minəçevir şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən binanın 1 №-li mənzilini satacağını yalandan vəd verib, Nurayə Əliyevanı aldadaraq 14 yanvar 2021-ci il tarixdə, saat 15 radələrində icarə əsasında işlətdiyi, Nurayə Əliyevaya məxsus Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 20 saylı yaşayış yaşayış sahəsində yerləşən ticarət obyektində 18.000 (on səkkiz min) manat, 26 mart 2021-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti, 40 №li ünvanında yerləşən binanın 1 №-li mənzilində 10.000 (on min) manat məbləğdə pulunu, Nurayə Əliyevaya məxsus ümumilikdə 28000 (iyirmi səkkiz min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir və onun barəsində cinayət işi açılmışdır. Həmin cinayət işi üzrə o, X7 zərər çəkmiş şəxs qismində tanınmışdır. Lakin, Mingəçevir Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(05l)-83/2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bununla bağlı bildirir ki, Cavabdeh mənim etibarımdan sui- istifadə edib onun pulunu ələ keçirdikdən sonra, onun qızı X2 məhkəməyə müraciət edərək, anası Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması haqqında qətnamə çıxarılmasına nail olmuşdur. Bununla da Cavabdeh fikirləşmişdir ki, cinayət məsuliyyətindən azad olunacaqdır. Lakin, bu belə olmadı və Cavabdeh cinayət məsuliyyətinə cəlb olundu. Daha sonra isə Cavabdeh cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün tək başına Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Türkiyə Respublikasına qaçıb getmişdir. Halbu ki, ona yoldaşı Maraqlı şəxs2 qəyyum təyin olunmuşdur. Ancaq Cavabdeh qəyyumu tərəfindən yox, təkbaşına Türkiyə Respublikasına getmişdir. İbtidai istintaq zamanı Cavabdeh istintaqdan yayındığı üçün onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış işi açılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Heydər Əliyev adına hava limanında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra onun barəsində məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Stasionar məhkəmə-psxiatriya ekspretizasmm 01 iyul 2023-cü il tarixli 93 saylı rəyindən görünür ki, Cavabdeh hal-hazırda hər hansı bir psixi xəstəlik əlaməti müəyyən olunmur. Bununla yanaşı Cavabdeh simuliyativ davranış qeyd olunur. Belə ki, Cavabdeh müayinə zamanı bəzi hallarda qəsdən qeyri-etik davranması, bunun psixi xəstəlik əlaməti olduğunu söyləməsi, qulağına «səslər» gəldiyini və ona «qaç»əmrini verdiyini, sürətli yeriyəndə «səslərin artdığını», sol qulağına «səs» gəldikdə sol, sağ qulağına «səs» gəldikdə sağ ayağının qaşındığını bildirməsi heç bir psixi xəstəlik xarakteri olmayan bir sıra əlamətlər nümayiş etdirərək hər bir cəhdlə özünü ağır psixi xəstə (psixotik vəziyyətdə) kimi təqdim etməyə çalışması, təqdim olunmuş sənədlərdə olandan fərqli məlumat verməsi onun hərəkətlərində simulyativ davaranış olmasını sübut edir. Bu səbəbdən də Cavabdeh ittiham olunduğu cinayət əməlini törətməmişdən əvvəl və törətdən zaman hər hansı psixi xəstəlik keçirməmişdir. Cavabdeh 09 dekabr 2021- ci il tarixli komissiya zamanı aşkar edilən «Şizofrenəbənzər psixotik pozuntu depressiv sayıqlama sindromu ilə» tranzitor yəni, kəskin və ötüb keçən psixi pozuntular qrupuna aid olduğu üçün aparılmış müalicələr nəticəsində yaxşılaşmış və hal-hazırki müayinə zamanı həmin xəstəliyə xarakterik olan simptomatikaya rast gəlinməmişdir. Bununla da, yoxlanılan şəxs Cavabdeh hal-hazırlda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair xəstəliyin əlamətləri müşahidə olunmur. Cavabdeh təqsirləndirildiyi cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Cavabdeh ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də Cavabdeh ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Göründüyü kimi Cavabdeh tam anlaqlı şəxsdir və o, fəaliyyət qabiliyyətlişəxs hesab olunmalıdır. Odur ki, məhkəmədən Cavabdeh fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 vəkili X5 məhkəmə iclası zamanı iddia tələbinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Maraqlı şəxs2 məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh, maraqlı şəxs Mingəçevir şəhər rayonlararası psixo-nevroloji dispenserə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinə dair məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 09 dekabr 2021-ci il tarixli, 756 №li rəyindən görünür ki, Cavabdeh halhazırda xroniki psixi xəstəlik olan şizofrenəbənzər psixotik pozuntu depressiv sayıqlama sindromu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F23.3 xəstəliyi keçirdiyindən hazırki ekspertiza zamanı öz hərəkələrinin mənasını tam anlamaq və hərəkələtlərini tam idarə etmək qabiliyyətində deyildir. Bu səbəbdən Cavabdeh hal-hazırda Fəaliyyət Qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin olunmuş və xx.xx.1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Mingəçevir şəhəri H.Əliyev prospekti 18 №li evin 1№li mənzilində qeydiyyatda olan Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İşdə olan İddiaçı Başçısının 84 №li, 16 iyun 2022-ci il tarixli sərəncamından görünür ki, vətəndaş Maraqlı şəxs2 xx.xx.1967-ci il təvəllüdlü həyat yoldaşı Cavabdeh üzərində qəyyum təyin edilmiş, qəyyumun fəaliyyətinə nəzarət Mingəçevir şəhər Xəstəxanası Publik hüquqi şəxsin direktoru Abdulqadir Sultanova tapşırılmış və Sərəncamın icrasına nəzarət İddiaçı hüquq şöbəsinin müdiri, Qəyyumluq və Himayəçilik komissiyasının sədri Mahir Əliyevə həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 294 saylı rəyinin surətindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində bu nəticəyə gəlir ki, diaqnozun dəqiqləşdirilməsi və qoyulmuş suallara cavab almaq məqsədi ilə Cavabdeh Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 93 saylı rəyinin surətindən görünür ki, 1-ci suala cavab- yoxlanılan şəxs Cavabdeh hal-hazırda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. 2-ci suala cavab- yoxlanılan şəxs Cavabdeh təqsirləndirildiyi cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Cavabdeh ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Cavabdeh ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 91 saylı rəyindən görünür ki, 1-ci sulala cavab- yoxlanılan şəxs Cavabdeh hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıqdan və sair psixi xəstəlikdən əziyyət çəkmir. 2-ci suala cavab- yoxlanılan şəxs Cavabdeh hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi müəyyən edilir. 3-cü suala cavab- yoxlanılan şəxs Cavabdeh hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarındadır. 4-cü suala cavab- yoxlanılan şəxs Cavabdeh öz hərəkələrinin mənasını anlamaq və onları şüuru idarə etmək iqtidarındadır. Buna görə də Cavabdeh fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməlidir. 5-ci suala cavab- yoxlanılan şəxs Cavabdeh fəaliyyət qabiliyyəti olan şəxs hesab edildiyindən onun işdə iştirakı mümkündür. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin verdiyi 09 dekabr 2021-ci il tarixli, 756 №li rəyinə əsasən Cavabdeh hal-hazırda Fəaliyyət Qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə və xx.xx.1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Mingəçevir şəhəri H.Əliyev prospekti 18 №li evin 1№li mənzilində qeydiyyatda olan Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İddiaçı Başçısının 84 №li, 16 iyun 2022-ci il tarixli sərəncamı vətəndaş Maraqlı şəxs2 xx.xx.1967-ci il təvəllüdlü həyat yoldaşı Cavabdeh üzərində qəyyum təyin edilmişdir. Sonra isə istintaq orqanı tərəfindən rəy verilməsi üçün Cavabdeh stasionar məhkəmə psixiatrik ekspertizasına göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 93 saylı rəyi ilə Cavabdeh ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməli olduğu və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmədiyi göstərilmişdir. Sonra İddiaçı Cavabdeh qarşı şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsinə dair iddia qaldırmışdır. Bundan sonra məhkəmə bir-birinə zidd iki rəy olduğundan təkrar ekspertiza keçirilməsi üçün 2(051)-872/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 91 saylı rəyində Cavabdeh fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməli olduğu göstərilmişdir. Məhkəmə ekspertiza rəyini əsas tutaraq hesab edir ki, Cavabdeh fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 322.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 322.2-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. xx xxxxxx 1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Mingəçevir şəhəri H.Əliyev prospekti 18 nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatda olan Cavabdeh fəaliyyət qabiliyyəti olan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olan hesab edilən şəxs Cavabdeh üzərində müəyyən edilmiş qəyyumluğu ləğv etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-872/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-872/2024
19.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver