Məhkəmə qərarları › İş №2(051)-876/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-876/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-876/2021 31.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair kiçik iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 00960238 saylı, 05.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********36839 olan Xiaomi Redmi 7 markalı telefon üçün 432 manat ödənilməmiş hissə, 43 manat cərimə və 00976818 saylı, 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN LED 32F3100 markalı televizor üçün 380 manat ödənilməmiş hissə 38 manat cərimə, ümumilikdə 893 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 923 manat Cavabdeh tutularaq İddiaçı MMC–yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(051)-876/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, «xxxx» MMC ilə cavabdeh arasında 05.10.2019-cu il və 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********36839 olan Xiaomi Redmi 7 markalı telefon və HOFFMANN LED 32F3100 markalı televizor almış və nəticədə 893 manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 486 manat (18 ay x 27 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********36839 olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə 475 manat olmaqla ondan 432 manat ödənilməmiş hissə, cərimə 121 manat (0.27 manat x 450 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 43 manat cərimə, 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 450 manat (18 ay x 27 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED 32F3100 markalı televizor üçün ümumilikdə 418 manat olmaqla ondan 380 manat ödənilməmiş hissə, cərimə 105 manat (0.25 manat x 420 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 38 (otuz səkkiz) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 124 manat təşkil edir. Odur ki, Cavabdeh umumilikdə 893 manat borc 30 manat tövlət rüsumu olmaqla cəmi 923 manat tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndənin gəlmə imkanı məhdud olduğundan, işə onun iştirakı olmadan baxıb qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00960238 saylı, 05.10.2019-cu il tarixli nisyə alqı-satqımüqaviləsindən görünür ki, cavabdeh qiyməti 486 manat olan İMEİ kodu **********36839 olan Xiaomi Redmi 7 markalı telefonu hər ay 27 manat ödəmək şərti ilə 18 ay müddətə nisyə almışdır. İşdə olan İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00976818 saylı 12.10.2019-cu il tarixli nisyə alqı-satqımüqaviləsindən görünür ki, cavabdeh qiyməti 450 manat olan HOFFMANN LED 32F3100 markalı televizoru hər ay 27 manat ödəmək şərti ilə 18 ay müddətə nisyə almışdır. İşdə olan maliyyə arayışından görünür ki, 05.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********36839 olan Xiaomi Redmi 7 markalı telefon üçün 432 manat ödənilməmiş hissə, 43 manat cərimə və 00976818 saylı 12.10.2019-cu il tarixli müqaviləsinə HOFFMANN LED 32F3100 markalı televizor üçün 380 manat ödənilməmiş hissə 38 manat cərimə ümumilikdə 893 manat borc yaranmışdır. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti 05.10.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi əsasında qiməti 486 manat olan İMEİ kodu **********36839 olan Xiaomi Redmi 7 markalı telefonu və 12.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında qiyməti 450 manat olan HOFFMANN LED 32F3100 markalı televizoru cavabdehə vermiş, cavabdeh isə 18 ay müddətə hər iki əşyaya görə ayrı-ayrılıqda hər ay 27 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmiş, nəticədə onun üçün 05.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 432 manat ödənilməmiş əsas, 43 manat cərimə borcu və 12.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 380 manat ödənilməmiş əsas , 38 manat cərimə borcu olmaqla, ümumilikdə 893 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, 00960238 saylı, 05.10.2019-cu il tarixli və 00976818 saylı, 12.10.2019-cu il nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Səməndar oğlundan Xiaomi Redmi 7 markalı telefon üçün 432 manat ödənilməmiş əsas, 43 manat cərimə və HOFFMANN LED 32F3100 markalı televizor üçün 380 manat ödənilməmiş əsas, 38 manat cərimə ümumilikdə 893 manat məbləğində pul alınıb İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05.10.2019-cu il tarixli və 12.10.2019-cu il nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Xiaomi Redmi 7 markalı telefon üçün ödənilməmiş 432 (dörd yüz otuz iki) manat əsas, 43 (qırx üç) manat cərimə və HOFFMANN LED 32F3100 markalı televizor üçün ödənilməmiş 380 (üç yüz səksən) manat əsas, 38 (otuz səkkiz) manat cərimə olmaqla, ümumilikdə 893 (səkkiz yüz doxsan üç) manat alınıb pul alınıb İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verə bilərlər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar