Məhkəmə qərarları › İş №2(051)-889/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-889/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-889/2020 14.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi-vəkili X6 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəfnə, yas mərasiminə, qəbrüstü baş daşlarına, müalicəyə və iynə dərmanlara çəkilən xərclərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, anası X1 müalicəsinə, iynə-dərmanına, dəfin mərasiminə, yas mərasiminin -1, 3, 7, 40 , 52 və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi xərcin 19455 manatın və mərhum atası X4 müalicəsinə, iynə-dərmanına, dəfin mərasiminə, yas mərasiminin -1, 3, 7, 40 , 52 və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi xərcin 18405 manatın, ümumilikdə mərhum valideynlərinə çəkdiyi cəmi 37860 manatın Cavabdeh alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma qardaşıdır. Atası X10, anası isə X5 olmuşdur. Atası və anası qardaşı Cavabdeh alçaldıcıtəhqiredici ifadələrə dözməmiş, son anda valideynləri dözməmiş ürəkləri partlayıb ölmüşdür. X14 xx xxxx 2018-ci il tarixdə, atası Əli Qədimov isə xx xxxxxxxx 2018-ci ildə vəfat etmişdir. Cavabdeh onların yas mərasimində iştirak etməməklə yanaşı onların dəfv xərclərinə də pul xərcləməmişdir. Ata və anası onun tərəfindən onun maddi imkanı hesabına müalicə olunmuş, dərmanları onun tərəfindən alınmış, dəfn xərci, yas mərasiminin xərcləri və qəbir daşı onun vəsaiti ilə xərclənmişdir. Anası X1 müalicəsinə, iynə-dərmanına, dəfin mərasiminə, yas mərasiminin -1, 3, 7, 40 , 52 və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi xərcin 19455 manat və mərhum atası X4 müalicəsinə, iynə-dərmanına, dəfin mərasiminə, yas mərasiminin -1, 3, 7, 40 , 52 və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi xərcin 18405 manat, ümumilikdə mərhum valideynlərinə çəkdiyi cəmi 37860 manat pul xərcləmişdir. Lakin cavabdeh bu xərclərdən heç birinin ödənilməsində ona köməklik etməmişdir. Ona görə də anası X1 müalicəsinə, iynə-dərmanına, dəfin mərasiminə, yas mərasiminin -1, 3, 7, 40 , 52 və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi xərcin 19455 manatın və mərhum atası X4 müalicəsinə, iynədərmanına, dəfin mərasiminə, yas mərasiminin -1, 3, 7, 40 , 52 və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi xərcin 18405 manatın, ümumilikdə mərhum valideynlərinə çəkdiyi cəmi 37860 manatın Cavabdeh alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili X6 da oxşar məzmunlu izahat verərək, İddiaçı iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 qızı iddiaçının nümayəndəsinin izahatını qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki cavabdeh olan əri Cavabdeh atası və anasının yas mərasimində iştirak etmək istəmiş, lakin iddiaçı tərəfindən ona şərait yaradılmamışdır. Cavabdeh özü ayrıca valideynləri üçün yas vermişdir. Lakin Cavabdeh vərəsəlik qaydasında hələlik heç bir əmlak qalmamışdır. Buna görə də rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında göstərmişdir ki, X10 və X3 yaxından tanımışdır. Onların dəfn və yas mərasimlərində iştirak etmişdir. Yas mərasimində və dəfndə Ayxan iştirak etməmişdir. Bütün yas mərasimi xərcləri İddiaçı tərəfindən çəkilmişdir. Hətta Əli və Gülnaz xəstə olduqları zaman onların müalicələrini də Afət etdirmişdir. Şahid X9 digər şahid G.Quliyeva ilə eyni məzmunlu ifadə verərək göstərilən faktları bir daha təstiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflərin valideybləri olan Gülnaz Hüseynova xx xxxx 2018-ci il tarixdə, Əli Qədimov isə xx xxxxxxxx 2018-ci ildə vəfat etmişdir. İddiaçı valideynlərinin yas mərasiminə, dəfninə və müalicəsinə pul xərcləməsini, cavabdehin isə bu xərclərdə iştirak etməməsini bildirsə də bu barədə heç bir sübut təqdim etməmiş və cavabdehin valideynlərinin mirasını faktiki qəbul etməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması nəticəsində cavabdehin hələlik valideynlərindən miras qalmış əmlakı qəbul edə bilməməsi məlum olmuşdur. Mirası qəbul edə bilməmiş bir vərəsədən dəfn xərclərini tələb etmək ağlabatan bir hal deyil. Bundan əlavə iddiaçı yas mərasiminə, dəfn xərcinə və mülicəyə cəmi 37860 manat pul xərclədiyini iddia etsə də bunu sübut edən mötəbər sübut təqdim etməmişdir. Zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 1157-ci maddəsinin tələbinə görə əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı «dəfnə, yas mərasiminə, qəbrüstü baş daşlarına, müalicəyə və iynə dərmanlara çəkilən xərclərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar