Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-889/2021 30.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, iddiaçı:İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması və əlavə xərc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 04 iyun 2007-ci il təvəllüdlü Qədir və 17 sentyabr 2008-ci il təvəllüdlü Aysu adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay hər uşağa 200 (iki yüz) manat, cəmi 400 manat miqdarında aliment tutulması və qızı Aysunun sağalana kimi hər ay 100 manat əlavə xərc tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 16 sentyabr 2006-cı ildə nikaha girməklə ailə qurmuşlar. Onların birgə nikahından 04 iyun 2007-ci il təvəllüdlü Qədir və 17 sentyabr 2008-ci il təvəllüdlü Aysu adlı adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah 2012-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Məhkəmənin 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən iki uşağın saxlanması üçün hər ay hər uşağa 120 manat aliment tutulması müəyyən dilmişdir. Cavabdeh Mingəçevir şəhərində və İmayıllı rayonunda qəbirstanlıqda mərmər sexi işlədir. Cavabdeh hazırda hər ay hər uşağa 140 manat aliment ödəyir. Ancaq bu məbləğ hazırda uşaqların saxlanması üçün kifayıt etmir. Qızı Aysu hazırda xəstədir. Uzun müddətli müalicəyə ehtiyacı vardır. Ancaq bu müalicənin davamlı aparılmasına maddi imkanı çatmır. Cavabdehə dəfələrlə alimentin artırılmasını könüllü təklif etsəddə cavabdeh buna razılıq verməmişdir. Hazırda uşaqlar üçün yaşayış minumumu 175 manat müəyyən edilmişdir. Təyin olunmuş alimentlə isə uşaqların normal yaşayışını təmin etmək çox çətindir. Odur ki, Cavabdeh 04 iyun 2007-ci il təvəllüdlü Qədir və 17 sentyabr 2008-ci il təvəllüdlü Aysu adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay hər uşağa 200 (iki yüz) manat, cəmi 400 manat miqdarında aliment tutulması və qızı Aysunun sağalana kimi hər ay 100 manat əlavə xərc tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə 16 sentyabr 2006-cı ildə nikaha girməklə ailə qurmuşlar. Onların birgə nikahından 04 iyun 2007-ci il təvəllüdlü Qədir və 17 sentyabr 2008-ci il təvəllüdlü Aysu adlı adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah 2012-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Məhkəmənin 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən iki uşağın saxlanması üçün hər ay hər uşağa 120 manat aliment tutulması müəyyən dilmişdir. O, hazırda hər ay hər uşağa 140 manat aliment ödəyir. Alimentin artırılması onun vəziyyətini çətinləşdirə bilər. İdda ərizəsində göstərilən məbləği ödəməyə imkanı çatmır. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, 04 iyun 2007-ci il təvəllüdlü X7 və 17 sentyabr 2008-ci il təvəllüdlü X4 valideynləri Cavabdeh və X3r. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X6 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2012-ci ilin yanvar ayının 10 günündə 03 № ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X1 şəhəri İ.Qayıbov küçəsi ev 4, mənzil 13 ünvanda qeydiyyatdadır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 29 avqust 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki Cavabdeh 04 iyun 2007-ci il təvəllüdlü X7 və 17 sentyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, hazırda da uşaqlar iddiaçının yanındadırlar. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Dəniz adlı uşaq böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşaqlarını saxlamaqda çətinlik çəkir. Bundan başqa iddiaçının ifadəsi ilə cavabdehin işləməsinin və yaxşı gəlirə malik olması müəyyən olunmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay hər uaşağa 175 manat, cəmi 350 manat miqdarında tutulmasını məqsədəuyğun sayır. Lakin iddiaçının Aysu adlı uşağın xəstəliyi ilə əlaqdar olaraq hər ay 100 manat olmaqla əlavə xərc tələbinə dair olan hissədə iddiaçıcavabdehin kifayət qədər gəlirə malik olmasını əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əlavə xərc tələbinə dair olan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddələrinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanda yaşayan Cavabdeh tutulan alimentin məbləği artırılaraq, 04 iyun 2007-ci il təvəllüdlü X7 və 17 sentyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-889/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-889/2021
30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver