Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-89/2025 10.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17500 (on yeddi min beş yüz) manat pulumun, 2450 (iki min dörd yüz əlli) manat faizin, 3500 (üç min beş yüz) manat əldən çıxmış faydanın, 10000 (on min) manat mənəvi ziyanın cəmi 33450 (otuz üç min dörd yüz əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12100 (on iki min yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mən, İddiaçı Cavabdeh1 MMC ilə xx.xx.2022-ci il tarixdə" bu müqavilə bağlamaqla Qəbələ rayonu Bum qəsəbəsi Qəmərvan yolu ünvanında yerləşən 60 m2 yaşayış evinin tikilməsi ilə bağlı müqavilə bağlamışlar. Sözügedən müqaviləyə əsasən ona məxsus olan Qəbələ rayonu Bum qəsəbəsi Qəmərvan yolu ünvanında yerləşən torpaq sahəsində ona 60 m2 yaşayış evini müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş müddətdə yəni 2 aya tikinti və 3 aya təmir işləri həyata keçirməklə 2023-cü ilin iyul ayının sonuna kimi yekunlaşmalı idi. Lakin hazırki vaxta kimi nə tikintidən nə də təmirdən xəbər yoxdur. Onun tərəfindən müqavilə şərtlərinə uyğun olaraq mərhələli qaydada pullar ödənilsə də icraçı tərəfindən müqavilə şərtlərində nəzərdə tutulmuş müddət ərzində tikinti işləri başlamamışdır. Bundan əlavə işə əlavə edilmiş müqavilə, qəbzlərdən və digər sənədlərdən görünür ki, tikili 2ay+3ay=5 ay olmaqla təhvil verilmək şərti ilə onun tərəfimdən 36500 manat pul ödənilməli idi. O, sözügedən məbləğdən ümumilikdə 17500 manat ödəmiş və bununla əlaqədar qəbzlər iş materiallarmdadır. Cavabdehlər mənim etibarımdan istifadə edərək 17500 manat pulumu mənimsəmişdir. Bununla əlaqədar Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdi və ona məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Cavabdehlər onun etibarından suiistifadə etməklə əldə etdiyi pulu qaytarmaqdan imtina edir. Cavabdehlərə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Onu aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclası zaman əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə etdi ki, qalan 12100 manat məbləğ bugünə qədər ona ödənilməmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Məhkəmə iclasına gəlməmişlər, lakin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 verdiyi izahatında göstərmişdir ki, yaranmış borc 17500 manat idi. Şirkət rəsmi olaraq onun adına olsa da görülən işlər başqa adam aparırdı. Sonradan şirkəti başqa bir nəfərin adına keçirdilər. Lakin müqavilə bağlanan zaman təsisçi və icraçı o, olmuşdur. Bir müddət keçdikdən sonra şirkət bağlandı. Sonradan iddiaçıya olan borcdan 3 ay ərzində 5400 manat ödənildi. Qalan məbləği, yəni 12100 manatı isə qısa müddətdə ödəyəcək. Hazırda yeni iş götürüb. O, bu işdə mənfəət götürməyib. İşləri götürən və icra edən Pərvindir. O, isə hazırda Xankəndi şəhərində yeni işlər götürüb və borcdan qalan məbləği qısa zamanda ödəyəcəkdir. Əslində bütün işlər görülmüşdür. Lakin sənədləşmə işində nöqsanlar olduğuna görə işi icra etmək mümkün olmadı. Ona Onlar borcu ödəməkdən boyun qaçırmırlar. Lakin hazırda həmin borcu ödəmək üçün vəsaitləri yoxdur. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatları, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Tikinti Təmir Regional ilə İddiaçı arasında bağlanmış tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, “MTT REGİONAL MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ” icraçı adlandırılacaq, İddiaçı sifarişçi adlandırılacaq, sifarişçi Tikinti və Təmir xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada tikinti və təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. İşdə olan Tikinti və Təmir xidmətlərinin göstərilməsi haqqında qəbzdən görünür ki, İddiaçı müqaviləyə əsasən razılaşdırılmış məbləğin 14000 AZN ödəniş etmişdir. İşdə olan torpaq alqı-satqısı üçün beh müqaviləsindən görünür ki, İddiaçı Qəbələ şəhəri Bum qəsəbəsində yerləşən 1 sot torpağın alışı üçün razılaşdrılmış məbləğin 3500 AZN ödənişi Cavabdeh2 qəbul etmişdir. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinin və Cavabdeh3 məhkəmə iclası zamanı verdiyi izahatın tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, Mingəçevir Tikinti Təmir Regioanl ilə İddiaçı arasında tikinti və təmir xidmətlərinin göstərilməsi üçün xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Bu razılaşmadan sonra iddiaçı tərəf cavabdeh tərəfə razılaşdırılmış kimi təmir tikinti işlərinin aparılması üçün müqavilə üzrə qeyd olunan 17500 manat pul ödəmişdir. Lakin bir müddət sonra cavabdeh tərəf öz üzərinə düşən öhdəliyə əməl etməmiş, nəticədə cavabdeh tərəf maddi ziyana məruz qaldığı müəyyən olunmuşdur. Bu hal cavabdehin məhkəmə iclası zamanı verilmiş izahatı ilə də müəyyən olunur. Bundan sonra iddiaçı tərəf cavabdehdən pulların geri qaytarılmasını tələb etsə də, cavabdeh tərəf vəsaitin qalan hissəsini geri qaytarmaqdan imtina etmişdir. Eyni zamanda məhkəmə iclası zamanı cavabdeh öz izahatında bu halı qəbul etmiş, lakin həmin pulu hazırda cavabdehə qaytarmaq üçün maddi imkanlarının olamdığını bildirmişdir. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin ona 12100 manat məbləğində pul qaytarmalı olmasını sübutetmə yükü iddiaçının üzərinə, lakin həmin pul öhdəliyinin mövcudluğunun olmamasının sübut etmə yükü isə cavabdehin üzərinə düşür düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. MM-in 386.1-ci maddəsinin məzmununa görə öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi, iş materiallarında tərəflər arasında tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlanmış, işçinin yazılı izahatı alınaraq qanunvericiliyin tələbinə riayət edilmişdir. Bu səbəbdən də, Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçı qarşısında vurduğu ziyana görə məsuliyyəti müəyyən edilməli, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 12100 manat məbləğində pul alınıb iddiaçı “İddiaçı verilməlidir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12100 (on iki min bir yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-89/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-89/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver