Məhkəmə qərarları › İş №2(051)-893/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-893/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-893/2021 24.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X5 qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X9 oğlundan 14 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılıb hər ay 250 (iki yüz əlli) məbləğdə alimentin cavabdeh X2 alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, cavabdeh X6 ilə 27 dekabr 2013-cü ildə ailə qurmuş, birgə nikahlarından 14 yanvar 2014-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Ailəli olduğu vaxtlarda mehriban ailə kimi yaşamışlar. Sonradan uşaq qız olduğu üçün həyat yoldaşı Fərman Hüseynov ilə aralarında söz-söhbət yaranmış və bunun nəticəsi olaraq 2014-cü ildə Mingəçevir şəhər məhkəməsinin qətnaməsinin əsasında nikahları pozulmuşdur. Cavabdeh uşağına baxmadığı üçün məcburiyyət qarşısında qalaraq Mingəçevir şəhər Məhkəməsinə alimentin ödənilməsi ilə bağlı Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia təmin olunmuş və Mingəçevir şəhər Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(051)-2245/2018 saylı qətnaməsi ilə cavabdeh X9 oğlundan 14.01.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarınının artırılaraq 135 manat müəyyən edilməsi qət edilmişdir. Cavabdeh uşağı ilə maraqlanmır, ona heç bir maddi yardım göstərmir. Həmçinin ödəməli olduğu alimenti də vaxtında ödəmir, müxtəlif bəhanələr gətirir. Hal-hazırda 135 manata uşağı saxlamaq mümkün deyil. Özü tələbədir. Universitetdə ödənişli əsaslarla təhsil alır. Maddi vəziyyəti çox acınacaqlıdır. Atasının himayəsindədir. Atası İİ qrup əlil çernobulçudur. Anası isə rəhmətə getmişdir. Onların maddi imkanları çox yaxşıdır. Bakı şəhərində Tikinti şirkətləri vardır. Orbita MTK-da qəlibçi işləyir. 1000-1200 manat məbləğində vəzifə maaşından ibarətdir. Tərtərdə iki mərtəbəli, Bakıda iki evləri vardır. Birinin həyətindən 3 ev tikilib və kirayə verirlər. Onların bir Qazel markalı və xarici maşınları vardır. Maşının adı “Vito Mercedes” **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Cavabdeh Fərman Hüseynov ildə iki üç dəfə də xarici ölkəyə gedir. Odur ki, cavabdehdən tutulan alimentin miqdarının artırılıb hər ay 14.01.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılıb hər ay 250 (iki yüz əlli) məbləğdə alimentin cavabdeh X2 alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdə İddiaçı Mingəçevir şəhərində doğulmuşdur. İddia ərizəsinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 05.08.1990-cı il təvəllüdə X1 şəhərində doğulmuşdur. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 05.09.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X9 oğlundan 14.01.2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 135 (bir yüz otuz beş) manat miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Sevinc adlı uşaq böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşaqlarını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay 150 manat miqdarında tutulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu qəsəbəsi, Qambay Vəzirov küçəsi, döngə 3-də yaşayan X9 oğlundan tutulan alimentin məbləği artırılaraq 14.01.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat müəyyən edilsin və hər ay tutularaq, ünvan 1 ünvanda yaşayan İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar