Məhkəmə qərarları › İş №2(051)-894/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-894/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-894/2021 18.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Məhərrəm qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə qızı X1 birgə nikahlarından 10 avqust 2006-cı il təvəllüdlü Fərid adlı bir nəfər uşaqları doğulmuşdur. Onların aralarındakı olan nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir şəhər məhkəməsinin 13 fevral 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 manat alimentin tutulub X2 verilməsi qət edilmişdir. X8 30.05.2018-ci ildə vəfat etmişdir. Qızı vəfat etdikdən sonra nəvəsi Fəridə o, baxmış və Mingəçevir şəhər İcra Hakimiyyətinin 11.06.2019-cu il tarixli 69 saylı qərarına əsasən nəvəsi Fəridin qəyyumu təyin edilmişdir. Məhkəmənin qərarı ilə müəyyən edilmiş aliment uşağın tələbatını təmin etmək üçün kifayət etmir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 10 avqust 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat məbləğdə alimentin Cavabdeh alınıb ona verilməsini xahiş edir. İddiaçı vəkili Vəkil da məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, uşağına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Heç yerdə işləmir. Müəyyən edilmiş alimenti də çətinliklə ödəyir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 avqust 2006-cı il təvəllüdlü X5 valideynləri Cavabdeh və X3r. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-337/2014 saylı 13 fevral 2014cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 10 avqust 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 manat aliment tutulub, X2 verilməsi qət edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 qızı 30 may 2018-ci ildə ildə vəfat etmişlər. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 11 iyun 2019-cu il tarixli 69 №-li sərəncamından görünür ki, İddiaçı Məhərrəm qızı nəvəsi 10 avqust 2006-cı il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh ilə X1 birgə nikahlarından 10 avqust 2006-cı il təvəllüdlü Fərid adlı bir nəfər uşaqları doğulmuşdur. Nigar Axverdiyeva 30.05.2018-ci ildə vəfat etmiş, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyətinin 11.06.2019-cu il tarixli 69 saylı qərarına əsasən nəvəsi Fəridin qəyyumu təyin edilmişdir. Fərid adlı uşaq iddiaçının yanında qalır. Məhkəmənin 13 fevral 2014-cü il tarixli qərarı ilə Cavabdeh 10 avqust 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 manat aliment tutulub, X2 verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşağın təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 10 avqust 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar