Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-9/2025 04.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh 1621.85 manat əsas borc, 185.64 manat faiz borcu və 301.67 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2109 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materialını nəzərdən keçirib hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 161824 №li xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021ci il tarixdə 81 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;(...) 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunduğu kimi hüquqi varisliyə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. Lakin, iş materiallarından isə məlum olur ki, cavabdeh, iddiaçı tərəfindən məhkəməyə iddia verildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən bir neçə ay öncə ölmüşdür. Ölmüş şəxsə qarşı isə iddia tələbi yönəldilə bilməz və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına iş məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-9/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-9/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver