Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-901/2020 23.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev HüseynSeyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi x2 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Dadaşlıİsmət Firdovsi oğlundan xx.xx.2013-cü il təvəllüdlü Fatimə adlı uşağa ödənilən alimentin miqdarının artırılıb hər ay 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutulması müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini mudafiə edərək izahatında göstərmişdir ki, cavabdeh Dadaşlıİsmət Firdovsi oğlu ilə 2012-ci ildə faktiki nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan xx xxxxxx 2013-cü ildə Fatimə adlı uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Cavabdehlə aralarındakı nikah ləğv edilmişdir. Ağdaş rayon məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsinə əsasən qızı Fatimənin yetkinlik yaşına çatana kimi saxlanmasıüçün cavabdehdən hər ay 70 manat miqdarında alimentin tutulması qət edilmişdir. Təyin edilmiş aliment uşağın maddi tələbatını ödəmir. Ona görə də Fatimə adlı uşağın yetkinlik çatana kimi saxlanmasıüçün cavabdehdən hər ay tutulan alimentin miqdarının artırılaraq 170 (bir yüz yetmiş) manat miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, o, ikinci dəfə x7 ilə ailə həyatı qurmuş və onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü x12 və xx.xx.2019-cu il təvəllüdlü x8 adlıövladları vardır. Ona görə də, iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Dadaşlı Fatimənin valideynləri Dadaşlıİsmət Firdovsi oğlu və İddiaçıdır. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 5.05.2014-cü il tarixli qətnaməsinə əsasən, Dadaşlıİsmət Firdovsi oğlundan xx xxxxxx 2013-cü il təvəllüdlü x3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 70 (yetmiş) manat miqdarında alimentin hər ay tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məşğulluq Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində qüvvədə olan müqaviləsi aşkar edilməmişdir. İşə əlavə olunmuş Ağdaş rayon İHB Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli, 569 saylı arayışından görünür ki, İddiaçı nümayəndəlikdə qeydiyyatda olmasına baxmayaraq, xx xxxxx 2014-cü il təvəllüdlü oğlu x9 ilə birlikdə Ağdaş rayonu Xosrov kəndində yaşayır. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə x7 arasında nikah 2015-ci ilin mart ayının 05 günündə № 06 ilə Ağdaş rayon Əhmədəli ərazi nümayəndəliyində qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü DadaşlıƏli İsmət oğlu və xx.xx.2019-cu il təvəllüdlü x4 valideynləri x6 və x5r. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, hazırda da azyaşlı Fatiməiddiaçının yanındadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış uşaq böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılmasıüçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşaqlarını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıüçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay, 100 manat miqdarında tutulmasını məqsədəuyğun sayır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tutulan alimentin məbləği artırılaraq xx xxxxxx 2013-cü ildə anadan olmuş x1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat müəyyən edilsin və hər ay tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-901/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-901/2020
23.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver