Məhkəmə qərarları › İş №2(051)-904/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-904/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-904/2021 04.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 17.10.2017-ci il tarixli 600804-382191/2 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcə ilə 24 ay müddətinə Cavabdeh 1550 manat kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq onunla 17.10.2017-ci il tarixli 600804- 382191/2 №li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuş və bank tətəfindən onlar məhkəməyə verilmişdir. Məhkəmə bankın iddiasını təmin edərək onlardan müştərək qaydada 571.01 manat kredit borcu və 30 manat dövlət rüsumu alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 2 (051)-153/2020 №li 10.02.2020-ci il tarixli icra sənədinə əsasən işlədiyi Mingəçevir Dövlət Universitetinə icra məmuru tərəfindən məktub göndərilərək, icra sənədində göstərilən borcun onun əmək haqqının 50 % yönəldilərək tutulub Cavabdeh kredit hesabına köçürülmüşdür. Bundan əlavə icra ödənişi üçün onun əmək haqqından qətnamə üzrə göstərilən borcun 7%-i yəni 21 manat tutulmuşdur. Əmək haqqından tutulan vəsaitin ona qaytarılması barədə Cavabdeh dəfələrlə xahiş etsə də o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Beləliklə, cavabdehin 560 manat ödənilmiş kredit borc və 21 manat icra ödənişi olmaqla, cəmi 581 manat borcu var. Ona görə də iddianın təmin olunmasını, cəmi 581 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, aralarındakı razılaşmaya əsasən həqiqətən də oğlu Emilin “xxxx” ASC-dən götürdüyü kreditin ödənilməsi təminatı olaraq iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Oğlu krediti ödəyə bilmədiyinə görə həmin borc iddiaçı X.Yusibovanın əmək haqqından tutulmuşdur. Maddi imkanı olmadığına görə cavabdeh bu vaxta kimi iddiaçının pulunu ödəyə bilməmişdir. İddiaçının pulunu az bir müddətdə ödəyəcəklər. İşə əlavə edilmiş “xxxx” ASC ilə Cavabdeh arasında baəlanmış 17.10.2017-ci il tarixli 600-84-382191/2 №li kredit müqaviləsindən görünür ki, E. Məmmədova bank tərəfindən 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 1550 manat kredit verilməlidir. İşə əlavə olunmuş “xxxx” ASC ilə X4 arasında bağlanmış 17.10.2017-ci il tarixli 600804-382191/2 №li zaminlik müqaviləsindən görünür zamin kimi İddiaçı kredit alan Cavabdeh tərəfindən kredit borcu ödənilmədiyi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-153/2020 №li 10.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdhelər Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 571 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınb iddiaçı “xxxx” ASC-yə veriləmsi qət edilmişdir. İşə əlavə Mingəçevir Dövlət Universitetindən verilmiş M-25 №li 28.04.2021-ci il tarixli məktubda göstərilir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-153 №li 10.02.2020ci il tarixli icra vərəqəsinə və Mingəçeivr şəhər icra və probasiya şöbəsinin 42300/3-10 №li 06.10.2020-ci il tarixli məktubuna əsasən X2 əmək haqqından 2020-ci il ilin oktyabr ayı üçün 280 manat, noyabr ayı 280 manat , dekabr ayı üçün 41 manat, cəmi 601.01 manat kredit borcu tutulub, boclu Cavabdeh “xxxx” ASC-dəki hesabına və 21.00 manat tutulub Mingəçevir şəhər icra və probasiya şöbəsinə keçirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdehin bankdan götürdüyü kreditin ödənilməsinin təminatı olaraq iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Cavabdeh kredit borcunu ödəmədiyinə görə kredit borcu iddiaçının əməmk haqqından tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hedsab edir ki, iddiaçı tələbində halqdırı. Ona görə də iddia təmin olunmalı, 581 manat Cavabdeh alınıb İddiaçı qızna verilməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 581 (beş yüz səksən bir) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar