Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-913/2023 05.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh 2022-ci ilin sentyabr ayında ondan 362 manat borc pul aldı və bildirdi ki, pulu sentyabr ayının axırında qaytaracaqdır. Lakin sentyabr ayının 27-də yenə möhlət alaraq dedi ki, atası ona Rusiyadan ad günü münasibəti ilə pul göndərəcəkdir, oktyabr ayının əvvəlində pulu qaytaracaqdır. Oktyabr ayında yenə cavabdehdən pulu tələb etdikdə, bildirdi ki, pulu yoxdur, olanda verəcəkdir. Başa düşdü ki, cavabdeh onu aldadır, ona görə də Zərdb rayon polis şəbəsinə şikayət ərizəsi verdi. Cavabdeh polis şöbəsində ona 362 manat pul borcu olduğunu etiraf etdi və pulu ödəyəcəyini bildirdi. Lakin cavabdeh pulu ödəmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur oldu. İddianın təmin olunmasını, cavabdehdən 362(üç yüz altmış iki) manat borclu olduğu pulun, həmin pulun əldən çıxmış faydası olan 400(dörd yüz) manat pulun, dövlət rüsumu kimi ödəmiş olduğu 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasını vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan İddiaçı Zərdab rayon PŞ-ə yazmış olduğu ərizədə göstərilir ki, ondan 362 mant borc pul almış, lakin borcu qaytarmayan Soltan adlı şəxs barədə tədbir görülməsini xahiş edir. İddiaçı əizəsi əsasında PŞ-də toplanmış materiala əlavə edilmiş Cavabdeh izahatında göstərilir ki, Coşqun adlı şəxsə 362 manat pul borcu var, hazırda pulu ödəməyə maddi imkanı yoxdur, yaxın vaxtda pulu ödəyəcəkdir. İşdə olan Zərdab rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilir ki, müraciətinizlə bağlı PŞ-də araşdırma aparılmış, nəticədə cinayət və ya inzibati xəta tərkibi aşkar edilməmiş, mülki hüququnuzla bağlı məhkəməyə iddia qaldıra bilərsiniz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci madəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində cavabdeh ondan 362(üç yüz altmış iki) manat borc pul aldğını,lakin vəd verdiyi vaxtda borcunu qaytarmadığını, həmin pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, polis şöbəsində yazmış olduğu izahatında Cavabdeh iddiaçıya 362 manat məbləğində pul borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia 362 manat pul tələbinə dair hissədə təmin olunmalı, həmin məbləğdə pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Lakin iddiaçı 400(dörd yüz) manat əldən çıxmış fayda tələbinə dair sübut təqdim edilmədiyinə görə, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30(otuz) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 362 (üç yüz altmış iki) manat, dövlət rüsumu kimi ödənilmiş 30(otuz) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-913/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-913/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver