Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-914/2020 07.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı Müzahim oğlunun nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, pul vəsaitinin qaytarılması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Müzahim oğlu Cavabdeh qarşı 2000 manat pulun qaytarılmas tələbinədairiddiaərizəsiiləməhkəməyəmüraciətetmiş, sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehin 1000 manat pulun qaytarılması barədə qətamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh internet saytları vasitəsi ilə “Dərələyaz” təmir tikinti briqadasının rəhbəri kimi tanımışdır. ünvan 1 19 №li ünvandakı mənzilin təmirinə dair xx.xx.2019-cu ildə müqavilə bağlamışlar. Razılaşmışlar ki, briqada əvvəl söküntü işləri aparmalı, görülən işlər qane edərsə təmir işləri də görülməli idi. İlkin olaraq cavadehə əvvəl 1000 (bir min) manat, sonra isə yenə 1000 (bir min) manat pul ödənilmişdir. Sonra məlum oldu ki, əslində briqada yoxdur, cavabdeh təsadüfi, geyri peşəkar adamlar cəlb edərək, baş aldadır. Razılığa əsasən sökülən yararlı materiallar səliqəli bir kənara yığılmalı, yararsız materiallar isə zibilliyə daşınmalı idi. Lakin cavabdehin işə cəlb etdiyi təsadüfi adamlar yararlı materialları da yığıb aparıblar. Hətta həmin əşyaların aparılması ilə əlaqədar onların öz aralarında dava-dalaş olmuş, nəticədə polis əməkdaşları da həmin yerə gəlmiş, onlar barədə cinayət işi acılmışdır. Hətta o da hadisə ilə bağlı polis bölməsinə çağırılmışdır. Cavabdeh və onun “briqadası” keyfiyyətsiz işlər görərək mənzilin istilik xəttini qırmış, su xəttini sıradan çıxarmış, nəticədə su axaraq zirzəmiyə çıxmışdır. Cavabdeh bir neçə yerdə işlər görüb qurtardığını bildirsə də, dəfələrlə xahiş etsələr də həmin ünvanları, gördüyü işləri göstərməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Sonra məlum olmuşdur ki, cavabdeh onları aldadır. İddiaçı işləri başqa adamlara gördürməyə məcbur olmuşdur. İddiaçı dəfələrlə işin görülməsi üçün verdiyi 2000 manat pulun qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh əvvəl pulun qaytaracağını vəd etsə də, sonradan pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ancaq hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq ondan 1000 (bir min) manat pulun qaytarılıb iddiaçıya verilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək izahatında bildirdi ki, iddiaçı ilə aralarında 2019-cu ilin noyabr ayında bağlanmış müqaviləyə əsasən onun rəhbərlik etdiyi briqada iddiaçıya məxsus mənzilin söküntü işlərini tam aparıb təhvil verməli, sonra isə təmir işlərini görməli idi. İddiaçı ona birinci dəfə 1000 manat, sonra isə yenə də 1000 manat pul vermişdir. Lakin aralarındakı şərtlər pozulduğuna görə işi sona çatdırmamışlar. O, iddiaçının verdiyi puldan 1000 manat mənzilin söküntüsü, əşyaların daşınması üçün fəhlələrə, maşınlara xərcləmiş, eləcə də əmək haqqı olaraq özü üçün xərcləmişdir. İddiaçıya 1000 manat borcu qalmışdır. Maddi imkanı olmadığına görə həmin borcu qaytarmamışdır. Borcunu qaytaracaqdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan İddiaçı Müzahim oğıu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, “icraçı” adlandırılan Cavabdeh mənzildə söküntü və təmir işlərini tam olaraq “sifarişçi” adlandırılan İddiaçı təhvil verməlidir. Müqavilədə nəzərdə tutulan təmir və tikinti işləri 3 ay müddətində həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ididaçıya məxsus mənzildə söküntü və təmir işləri ilə bağlı tərəflər arasındsa xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış, lakin müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuş, söküntü, təmir işləri lazımi qaydada və vaxtında görülüb iddiaçıya (sifarişciya) təhvil verilməmişdir. Bu, cavabdehin məhkəmə iclasındakı etirafı ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1000 (bir min) manat alınıb İddiaçı Müzahim oğluna verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun . Cavabdeh 1000 (bir min) manat alınıb İddiaçı Müzahim oğluna verilsin. Qətnamədən alınan (təqdim olunan) gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-914/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-914/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver