Məhkəmə qərarları › İş №2(051)-919/2022

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-919/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-919/2022 17.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə qiyabi icraat qaydasında baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhərində yerləşən ona məxsus “Galaxy Telekom” mağazasından Cavabdeh ilə aralarında bağlanmış 01.06.2019-cu il tarixli, 18 №li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 654 manat dəyərində Samsunq Note 6 Pro Black markalı telefon verilmişdir. Cavabdeh müqavilənin şərtinə əsasən 11 ay müddətinə hər ay 54 manat ödəməli idi. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilə şərtələrini pozmuşdur. Hazırda cavabdehin 01.06.2019-cu il tarixli müqavilə üzrə 594 manat borcu yaranmışdır. Dəfələrlə Cavabdeh pulun qaytarmasını tələb etmiş, lakin o, müxtəlif bəhanələrlə pulun qaytamasından imtina etmişdir. İddianın təmin olunmasını, Cavabdeh 594 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.06.2019-cu il tarixli, 18 №li müqavilədən görünür ki, iddiaçı dəyərini hissə-hissə, hər ay 54 manat olmaqla, 11 ay müddətində ödəmək şərti ilə 654 manat dəyərində Samsunq Note 6 Pro Black markalı mobil telefonu cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülkli Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıdan Samsunq Note 6 Pro Black markalı mobil telefonu almış, lakin ödənişi vaxtında qaytarmamış və 594 manat borcu qalmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin olunmalı, cavabdehdən 594 manat alınıb iddiaçıya verilməlidir. Mülkü Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 238-253-cü maddələrini rəhbər tutub, məhkəmə Qət e t d i: İddia təmin olunsun. Cavabdeh 594 (beş yüz doxsan dörd) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar