Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-920/2024 13.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçılar İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hsab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı Cavabdeh2 MMC-i tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonra iddiaçılar iddia tələbinin həcmini artıraraq Cavabdeh2 MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32-05101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(051)-1477/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, **********32-05101-093008 reyestr nömrəli çıxarış əsasında iddiaçı X3, cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 ¼ hissədə ümumi paylı mülkiyyətlərində olan, 68.30 kv.metr, ümumi 47,69 kv.metr yaşayış, 20.61 kv.metr yardımçı sahədən ibarət, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 45970 manat məbləğdə müəyyən edilməsi və satış pulunun paylı mülkiyyətçilər olan X5, İddiaçı1, İddiaçı2 və X4 aralarında ¼ hissədə paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Cavabdeh1 sifarişi əsasında Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin, 9 saylı mənzili hərraca çıxarılmışdır. Cavabdeh2 MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın qalibi Cavabdeh3 olmuş və Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin 9 saylı mənzilini 45970 manata almışdır. Bu barədə "xxxx" MMC tərəfindən Hərracın yekunları barədə 19 nömrəli protokol tərtib olunmuş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Lakin, iddiaçılar qeyd olunan hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə qəti olaraq razı deyillər. Belə ki, keçirilmiş hərrac barədə onlara heç bir məlumat verilməmişdir. İddiaçılar keçirilmiş hərrac barədə xəbərsiz olmuşlar. Halbuki, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin 9 saylı mənzilinin mülkiyyətçisi kimi qeyd olunan mənzil ilk növbədə onlara təklif olunmalı idi. Hərrac təşkilatı Qanunvericiliyin tələbini kobud şəkildə pozaraq, onlara hərracın keçirdiyi yer və vaxt barədə heç bir məlumat vermədən mənzili hərraca çıxarmışdır. Bu isə onların Qanunvericilik ilə qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Hesab edirlər ki, 15 fevral 2024-cü il tarixli hərrac Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə riayət edilmədən keçirildiyinə görə hərracın yekunları barədə 19 nömrəli protokol ləğv edilməli və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ləğv edilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda hərracın keçirilmə qaydası dəqiq göstərilmişdir. Hesab edirlər ki, Capitals Auction MMC yuxarıda qeyd olunan Qanunvericiliyin tələblərinə riayət etməmişdir. Odur ki, Cavabdeh2 MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32- 05101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia üzrə iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Lakin "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə etiraz ərizəsi ünvanlanaraq, qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh2nə, Mingəçevir İcra Şöbəsi, Cavabdeh3 qarşı "xxxx" MMC tərəfindən keçirilmiş 15 fevral 2024cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı1, İddiaçı2 iddia edir ki, hərracın keçirilmə vaxtı və yeri barədə onlara bildirişlə məlumat verilməmişdir. Hesab edilir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçılar hərrac təşkilatının qüsuru qismində tərəfə bildirişlərin göndərilməməsini qeyd etmişdir. Bununla bağlı aşağıdakı əsasları məhkəmənin diqqətinə çatdırılması zəruri hesab edilir. Belə ki, 1. Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 286434/2023-3-14 nömrəli sifariş məktubu ilə daxil olmuş əmlakın açıq hərracda satılmasının təmin edilməsi üçün Cavabdeh2 MMCyə göndərmişdir. İcra vərəqəsindən də göründüyü kimi əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərək, qanuni qüvvəsini almış qətnamədə öz əksini tapmışdır. İlkin satış qiyməti 45970 manat məbləğində müəyyən edilmişdir; 2. İlkin hərracın keçirilmə tarixi, xx.xx.2024-cü il göstərilməklə, xx.xx.2024-cü il tarixində açıq hərracın keçirilməsinə dair 10 saylı bildiriş Cavabdeh2 MMC tərəfindən poçt vasitəsilə iddiaçıların qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və iddiaçıların özünün iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. Həmçinin “525-ci” qəzetinin xx.xx.2024-cü il tarixli, 07 (6295) nömrəli buraxılışında qeyd edilmişdir. (qoşma qismində əlavə edilmişdir) Cavabdeh2 MMC-nin təşkil etdiyi hərrac xx.xx.2024-cü il tarixində baş tutmuşdur. Əmlak Cavabdeh3 tərəfindən alınmışdır və hərracın yekunlarına barədə eyni tarixli, 19 nömrəli protokolla rəsmiləşdirilmişdir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında vurğulanaraq qeyd olunmuşdur ki,... bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Həmçinin apellyasiya instansiyası məhkəmələri öz qərarlarında Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarlarına istinad edərək öz mövqelərini bildirirlər. Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, bütün bildirişlər vaxtında borcluya çatdırılmış, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın tətbiqi barədə qərarın 9.22-ci bəndinə əsasən, Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Göstərilənləri nəzərə alaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh2nə, Mingəçevir İcra Şöbəsi, Cavabdeh3 qarşı "xxxx" MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı Capitals Auction” MMC-i tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və onun adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32-05101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Lakin iddia tələbi əsassız olduğuna görə rədd edilməsini xahiş edir. Belə ki, cavabdeh bildirdi ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin, 9 saylı mənzili hərrac nəticəsində əldə etmiş və bununla alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, sözügən mənzil üçün 45970 manat ödəniş etmişdir. Ona görə də iddiaçılar tərəfindən verilmiş iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddia tələbi tam olaraq əsassızdır. Belə ki, iddiaçıların öz iddialarında guya mənzilin satışından xəbərləri olmaması və mənzili özləri almaq istədiklərini bildirirlər. Lakin cavabdehlər məhkəmə iclaslarında iştirak etmiş və kompensasiya verilməsi ilə bağlı məhkəmə iclasında da öz aralarında razılığa gəlməmişlər. İddiaçıların onlara məlumat verilməsi ilə əlaqədar bildirdikləri yalan olmaqla bərabər onlara məlumat verilməsinə də ehtiyac yoxdur. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bu o deməkdir ki, borcluya məlumat verilməməsi hərracın nəticələrinə heç bir təsir etmir. Bundan əlavə hərracın nəticələri barədə iddiaçılar məlumatlı olmuş və bunu istisna edən iddiaçı tərəfindən heç bir sübut yoxdur. Azərbaycan Respublikası qanunvericiliyində hərracın nəticələrinin ləğvi üçün borcluya məlumat verilməsi ilə bağlı heç bir müddəa yoxdur. Əksinə yuxarıda qeyd etdiyimiz Konstitusiya Məhkəməsinin qərarında buna ehtiyac olmaması qeyd edilmişdir. Ona görə də iddiaçılar tərəfindən verilmiş iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2024-cü il tarixli, 79 nömrəli arayışdan görünür ki, Salahbanov X2 ev 52/1, mənzil 41 ünvanda yaşayır; xx.xx.2024-cü il tarixli, 80 nömrəli arayışdan görünür ki, Salahbanov X1 ev 52/1, mənzil 9 ünvanda yaşayır; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı2 məhkəmədə iddia qaldırmaq üçün 100.40 manat məbləğində dövlət rüsumu ödəmişdir; Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1477/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, **********32-05101-093008 reyestr nömrəli çıxarış əsasında iddiaçı X3, cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 ¼ hissədə ümumi paylı mülkiyyətlərində olan, 68.30 kv.m., ümumi, 47.69 kv.m. yaşayış, 20.61 kv.m. yardımçı sahədən ibarət, ünvan 1 ünvanında yerləşən üç otaqlı mənzilin açıq hərracdan satılması və ilkin satış qiymətinin 45970 (qırx beş min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilməsi, satış pulunun paylı mülkiyyətçilər olan X5, İddiaçı1, İddiaçı2 və X10 arasında ¼ hissədə paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir; Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-998/2023 saylı qətnaməsinə əsasən iddiaçı X3 cavabdehlər İddiaçı2, X10 və İddiaçı1 qarşı “paylı mülkiyyətdə olan mənzilin paylı dəyərinin cavabdehdən alınıb verilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-38/2023 saylı qətnaməsinə əsasən iddiaçı X3 cavabdehlər X10, İddiaçı1 və İddiaçı2 qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddiası rədd edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir; xx.xx.2023-cü il tarixli e-286434/2023-3-14-003 saylı bildirişdən görünür ki, İddiaçı1, İddiaçı2 və X6 tələbin könüllü icrası üçün bildiriş göndərilmişdir. MA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, **********32-05101-093008 reyestr nömrəli çıxarışdan görünür ki, 68.30 kv.metr, ümumi 47,69 kv.metr yaşayış, 20.61 kv.metr yardımçı sahədən ibarət, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzil X3, cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 ¼ hissədə ümumi paylı mülkiyyətlərindədir. xx.xx.2024-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X5, İddiaçı1, İddiaçı2 və X6 məxsus ünvan 4 ünvanda yerləşən 9 saylı mənzilin daşınmaz əmlakın əladə olunan qiyməti 45970 manat məbləğində təşkil edir. İşə əlavə edilmiş xəbərnamələrin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Hərracın keçirilməsi barədə xx.xx.2024-cü il tarixdə X10, X5, İddiaçı1 və İddiaçı2 bildiriş göndərilimiş və bildirişin həmin şəxslər tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanması barədə xəbərnamə geri qaytarılmışdır. Ödəniş tapşırığına və ödəniş qəbzinə əsasən Ziyadova X7 şəhəri, Naxçıvan küçəsi, 52/1 evin, 9 nömrəli mənzili 43744 manat məbləğinə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, **********32-05101-093008 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvan Cavabdeh3 xx.xx.2024-cü il tarixdən tam mülkiyyətindədir. "xxxx" MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokoluna əsasən ünvan 1 ünvan satış qiyməti 45.970 manat təşkil edir. İşin müəyyən olunmuş halları: Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1477/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, **********32-05101-093008 reyestr nömrəli çıxarış əsasında iddiaçı X3, cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 ¼ hissədə ümumi paylı mülkiyyətlərində olan, 68.30 kv.m., ümumi, 47.69 kv.m. yaşayış, 20.61 kv.m. yardımçı sahədən ibarət, ünvan 1 ünvanında yerləşən üç otaqlı mənzilin açıq hərracdan satılması və ilkin satış qiymətinin 45970 (qırx beş min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilməsi, satış pulunun paylı mülkiyyətçilər olan X5, İddiaçı1, İddiaçı2 və X10 arasında ¼ hissədə paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Həmin qətnamə icra üçün Cavabdeh1nə göndərilmiş və həmin şöbədə icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Sonra sözügedən mənzili 15 fevral 2024-cü il tarixli hərrac nəticəsində ünvan 1 Cavabdeh3 almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən Maddə 414. Müqavilənin hərracda bağlanması 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Maddə 415. Hərracın təşkili və keçirilmə qaydası 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Maddə 416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016cı il tarixli 0001 saylı qərarı 9.22. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçıların ərizəsinin dəlilləri ondan ibarətdir ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər onlara çatdırılmamış, bu səbəbdən hərracın keçirilməsi vaxtından və yerindən xəbərləri olmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair iddiaçılara ünvanlanmış xx.xx.2024-cü il tarixli, 10 nömrəli bildirişdən görünür ki, ünvan 4 ünvanında yerləşən 9 saylı mənzilin açıq hərracının keçirilməsi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın satış qiyməti məhkəmə qətnaməsi ilə 45,970 manat müəyyən edilmişdir. Xəbərnamənin sürətindən də görünür ki, Cavabdeh2 MMC hərracın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli, 10 nömrəli bildirişi iddiaçıların yaşayış yeri olan ünvan 5 ünvana çatdırılmışdır. Qeyd olunan bildiriş xx.xx.2024-cü il tarxidə iddiaçılar X10, X5, İddiaçı1 və İddiaçı2 tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Cavabdeh2 MMC tərəfindən keçirilən hərracla bağlı “525-ci” qəzetin xx.xx.2024cü il tarixli, 07 (6295) nömrəli tirajında elan verilmişdir. Hərrac təşkilatı üzərinə düşən öhdəliyi yerinə yetirərək paylı mülkiyyətçilərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İş materialında olan xəbərnamə qəbzdən də müəyyən olunur ki, bildirişlər ünvana çatdırılmışdır. Həmin xəbərnamədə X10, X5, İddiaçı1 və İddiaçı2 qeyd edilərək imza çəkilmişdir. Göndərilən məktublar ünvana çatdırılmışdır. Həmin məktubların mülkiyyətçi tərəfindən şəxsən alınması mütləq şərt deyil. Göründüyü kimi məktub ünvana göndərilmiş və çatdırılmışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, qeyd olunan hərracın keçirilməsi ilə bağlı məhkəmə işi gedərkən və qətnamə qəbul olunarkən iddiaçılar məhkəmə proseslərində iştirak etmişlər. Onlara hazırki hərrac qiymətindən dəfələrlə az məbləğ iddiaçıya kompensasiya ödənilməklə həmin mənzildən hüquqlarına xitam verilməsi təklif olunmuşdur. Hazırki iş üzrə iddiaçılar bununla razılaşmamışlar. Digər tərəfdən qeyd olunan qətnamədən şikayət verməmişlər. Bununla yanaşı qeyd olunan mübahisə yekunlaşmamışdan öncə bir neçə məhkəmə mübahisəsi olmuş, hazırki iş üzrə iddiaçılar həmin məhkəmə işlərində iştirak etmişlər. Beləliklə paylı mülkiyyətçi olan iddiaçıların hərracla bağlı onlara bildiriş göndərilməsindən də əlavə məlumatları olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2 MMC-nə qarşı Cavabdeh2 MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32-05101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı Cavabdeh2 MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32-05101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-920/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-920/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver