Məhkəmə qərarları › İş №2(051)-93/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-93/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-93/2025 17.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul (avtomobilin dəyəri) tələbinə dair ilkin, həmçinin Cavabdeh ilkin İddiaçı qarşı avtomobilin alınması üçün götürülmüş kredit borcunun bölünməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı pul (avtomobilin dəyəri) tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri “Nissan Tiida” markalı, buraxılış ili 2011-ci il olan, **-XS-*** dövlət nişanlı avtomobilin dəyərinin, yəni 14200 manatın yarısının, yəni 7100 manat pulun, həmçinin mediasiya zamanı ödədiyi 50 manatın, qiymətləndirmə rəyinin alınması üçün ödədiyi 100 manatın və xidmət haqqı kimi vəkilə ödədiyi 420 manatın, cəmi 7670 (yeddi min altı yüz yetmiş) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı avtomobilin alınması üçün götürülmüş kredit borcunun bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 17471 manat kredit borcunun onunla İddiaçı arasında bölünməsi, 8735 manat kredit borcunun, 300 manat vəkilə ödənilmiş rüsumun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi tərəfindən yazılmış ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı pul (avtomobilin dəyəri) tələbinə dair iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi tərəfindən yazılmış ərizədən görünür ki, Cavabdeh ilkin İddiaçı qarşı avtomobilin alınması üçün götürülmüş 17471 manat kredit borcunun bölünməsi tələbinə dair qarşılıqlı iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsinin, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinin ərizələrini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının iddiadan, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) qarşılıqlı iddia tələbindən imtina etməsi başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və qanunvericiliyin tələblərinə zidd deyildir. Məhkəmə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsinin, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinin tələbdən imtina etməsi barədə ərizələrini və iş materiallarını Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinin tələbləri baxımından araşdıraraq hesab edir ki, iddiaçının öz tələbindən, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) qarşılıqlı iddia tələbindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur, başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən iddiaçının iddia tələbindən imtina etməsini qəbul edərək iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) qarşılıqlı iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, tərəflər müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu ödəməmişlər. Ona görə də dövlət rüsumunun qaytarılmasıilə bağlı məsələnin həll edilməsinə zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul (avtomobilin dəyəri) tələbinə dair ilkin iddiası, həmçinin Cavabdeh ilkin İddiaçı qarşı avtomobilin alınması üçün götürülmüş kredit borcunun bölünməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən:Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar