Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-935/2023 01.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı iştirakı ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment miqdarı artırılaraq hər ay 400 manat məbləğində alimentin cavabdehdən tutulub onun xeyrinə verilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış nikah Mİngəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuş və cavabdehdən 28 aprel 2016-cı il təvəllüdlü X1 üçün ayda 120 manat məbləğində alimentin tutulması qət edilmişdir, sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1782/2019 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdehdən hər ay 154 manat məbləğində alimentin cavabdehdən tutulub onun xeyrimə verilməsi qət edilmişdir. Hazırda o anası ilə birlikdə yaşayır. Cavabdehin imkanı yaxşıdır, bələ ki, 2 yerdə aptekləri var, atasının baytar apteki var, böyük hər bir şəraiti olan çayxanası, fındıq bağları var yaz-payız 5 tona yaxın bar götürürlər, taxıl və ot sahələri var , 20-25 baş mal qarası var, 400-500 ədəd toyuqları və hinduşkaları var, bağ sahələrində meyvətərəvəzlər əkib-becərib satırlar. Bütün kəndi artizan suyu ilə bunlar təmin edir, balıq gölləri var. İstifadələrində iki ədəd xarici markalı maşınları var. Qeyri-yaşayış sahələri var arendaya verirlər. Bu imkanların qarşısında cavabdehə işləməyə ehtiyac yoxdur, bütün bunlara baxmayaraq alimentdə başqa heç bir köməklik etmir. Mən işləsəm də uşaq böyüyür və tələbatıda artır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehin çoxlu mülkiyyəti var və onun işləməyə ehtiyacı yoxdur. Qızı Nur “nitq artikulyasıyasının spesifik pozğunluğu” diaqnozu ilə xəstədir var və o loqopetə gedir. Hazırda aldığı 154 manat aliment ilə uşağı saxlamaq qeyri-mümkündür. Odur ki, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X3 məhkəmə iclası zamanı bildirdi ki, iddiaya etiraz edirlər. Cavabdehin işi yoxdur və onun hazırda banka krediti var. Alimentin minimum həddə artırılmasını xahiş etdi, əks halda yəni artırılacağı təqdirdə cavabdeh həmin məbləği ödəyə bilməyəcək. Məhkəmə iddia ərizəsini, etiraz ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan xx.xx.2016-cı il tarixli, 238 nömrə ilə qeydə alınmış nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İşdə olan AZ-İİİ saylı 692208 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2016-cı il tarixdə Nur adlı uşaqları doğulmuşdur. İşdə olan xəstənin ambulator, stasionar kartasından görünür ki, X6 “nitq artikulyasıyasının spesifik pozğunluğu” diaqnozu qoyulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1782/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Nur adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay üçün 154 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müƏliəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş Nur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün 175 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia ərizəsinin qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı 400 azn məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin iş yeri, aylıq məvacibi və əlavə qazancı (gəlirləri) barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Nur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləği həddində müəyyən edilsin Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elza Cəbrayılzadə