Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-949/2020 20.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh X2 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: X4 qarşı «Mənzildən yaşayış və istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 22 saylı evin 20 saylı mənzildən istifadə hüququnun müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcmini artıraraq verdiyi izahatında göstərmişdir ki, cavabdeh X6 ilə 2010-cu ildə ailə qurublar. Nikahlarını 2011-ci ilin sentyabr ayının 21-də rəsmiləşdiriblər. Onların birgə nikahlarından xx.xx.2011-ci ildə Sevinc, xx.xx.2013-cü ildə Nicat adlı uşaqları olmuşdur. Birlikdə yaşadıqları illər ərzində ümumi təsərrüfatı birgə idarə etmişlər, uşaqlarıda həmin mənzildə anadan olmuşdur. Ailə münasibətləri pozulduğu və birlikdə yaşamaqları mümkün olmadığıüçün o ayrılmaq qərarına gəlmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş və uşaqların saxlanmasıüçün aliment təyin edilmişdir. Hal-hazırda həmin mənzildə qeydiyyatdadır və başqa yaşayış yeri olmadığıüçün uşaqları ilə birlikdə orada yaşayırlar. Buna görə də onun Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 22 saylı evin 20 saylı mənzildən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X6 məhkəmə iclasında iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı arasında olan nikahın pozulması xx xxxx 2019-cu ildə 106 nömrə ilə qeydə alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 saylı evin 20 saylı ünvanda yerləşən 3 otaqlı mənzili xx xxxx 2008-ci il tarixdə X2 adına qeydə alınmışdır. Mülki işə əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışdan görünür ki, Məmmədova X3 şəhəri 20 Yanvar küçəsi ev 22, mənzil 20 ünvanda qeydiyyatdadır. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1405/2019-cu il tarixli xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X2 arasında olan xx xxxxxxxx 2011ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 329 saylı nikah qeydi pozulmuş, X1 xx.xx.2011-ci il təvəllüdlü Sevinc və xx.xx.2013-cü il təvəllüdlü Nicat adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 70 (yetmiş) manat, cəmi 140 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə köçürülmə ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxxx 2013-cü il tarixli Qərarında göstərilir ki, «Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailəüzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailəüzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailəüzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailəüzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri həmin yaşayış sahəsindən təyinatıüzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailəüzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailəüzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin mülkiyyətində olan mənzildə 2020-ci il tarixədək yaşamışdır. Məhkəmə işin hallarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 mülkiyyətində olan, Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 22 saylı evin 20 saylı mənzildən istifadə hüququ müəyyən edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t etdi : İddia tələbi təmin edilsin. İddiaçı X2 mülkiyyətində olan, Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 22 saylı evin 20 saylı mənzildən ümumi əsaslarla istifadə hüquqları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-949/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-949/2020
20.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver