Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-956/2020 25.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, iddiaçılar X13 və İddiaçı2 iştirakı ilə, İddiaçılar: X14, İddiaçı2, X4 və İddiaçı4 Cavabdeh: Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : X14, İddiaçı2, X5 və İddiaçı4 birgə iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat pulun İddiaçı1, 2600 (iki min altl yüz altı) manat məbləğində pulun İddiaçı2, 3200 (üç min iki yüz) manat məbləğində pulun İddiaçı4 və 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun X9 verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edirlər. İddiaçı1 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə bir birlərini çoxdan tanıyırlar. Münasibətləri də çox yaxşı olmuşdur. Əvvəllər bir neçə dəfə saəhətti ilə bağlı cavabdehə pensiyaya çıxmaq istədiyini bildirmişdir. 2018-ci ilin iyun ayında cavabdeh ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş, Səməd Vurğun parkı adlanan yerdə görüşmüşlər. Görüş zamanı cavabdeh ona pensiyaya çıxmaq məsələsini həll edəcəyini bildirmiş, bunun müqabilində ondan 2000 manat pul alacağını bildirdi. Cavabdehin bu təklifi ilə razılaşıb 2018-ci ilin iyul ayında pulu Tacəddinə vermiş və pulu verərkən 2018-ci ilin noyabr ayına kimi pensiyaya çıxacağına vəd vermişdir. Bundan başqa iş yoldaşı olan digər İddiaçı2 ona Qarabağ müharibəsi iştirakçısı olduğu üçün əlilliklə bağlı pensiyaya çıxmaq istədiyini bildirdi. X20 tanış etmiş, Tacəddin bu məsələ ilə bağlı heç bir problem olmayacağını bildirmiş və Zaurun əlilliklə bağlı pensiyaya çıxmaq üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. 2018-ci ilin iyul ayının 3-də Zaur onunla Mingəçevir Dövlət Universitetinin yanında görüşmüş Tacəddinə 2100 manat pul vermiş, daha sonra 500 manat əlavə pul verərək ümumilikdə 2600 manat pul vermişdir. Daha sonra Cavabdeh İddiaçı4 da onun həyat yoldaşının səhhəti ilə əlaqədar təqaüdə çıxaracağını yalandan vəd verərək xx.xx.2018-ci il tarixində İddiaçı4 3200 manat pul almışdır. Cavabdeh digər iddiaçı X7 həyat yoldaşı X2 təqaüdə çıxarağına söz vermişdir. xx xxxx 2018-ci il tarixdə Firidun Tacəddinlə görüşərək ona 1000 manat pul vermişdir. xx.xx.2018-ci il tarixdə həmin yerdə Firiddun Tacəddinlə yenidən görüşmüş, ona 800 manat pul vermişdir. Tacəddin Firidundan ümumilkdə 1800 manat pul almışdır. Dəfələrlə borcun qaytarılması barədə cavabdehə müraciət olunsa da cavabdeh pulu qaytarmamışdır. Qeyd olunanlara əsasən Cavabdeh 2000 (iki min) manat pulun İddiaçı1, 2600 (iki min altl yüz altı) manat məbləğində pulun İddiaçı2, 3200 (üç min iki yüz) manat məbləğində pulun İddiaçı4 və 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun X9 verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 məhkəmə iclasında iddi tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Tacəddinə Qarabağ müharibəsi iştirakçısı olduğu üçün əlilliklə bağlı pensiyaya çıxmaq istədiyini bildirmişdi. X15 tanış etmiş, Tacəddin bu məsələ ilə bağlı heç bir problem olmayacağını bildirmiş və onun əlilliklə bağlı pensiyaya çıxmaq üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. 2018-ci ilin iyul ayının 3-də onunla Mingəçevir Dövlət Universitetinin yanında görüşmüş Tacəddinə 2100 manat pul vermiş, daha sonra 500 manat əlavə pul verərək ümumilikdə 2600 manat pul vermişdir. Buna görə dəəlacsız qalıb məhkəməyə müraciət etməli olmuşlar. Qeyd olunanlara əsasən cavabdeh 2600 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Həbsdə olan Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh yekun məhkəmə qərarı çıxan müdəttə kimi heç bir münasibətini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş 1 saylı MİS-nin xx xxx 2020-ci il tarixli 240 № li arayışından görünür ki, X1 şəhəri 20 Yanvar küçəsi ev 25 mənzil 20 ünvanda yaşayır. Məhkəməyə təqdim olunmuş 7 saylı MİS-nin xx xxx 2020-ci il tarixli 175 № li arayışından görünür ki, Məmmədov X11 şəhəri Ş.İ.Xətai küçəsi ev 6 mənzil 49 ünvanda yaşayır. Məhkəməyə təqdim olunmuş 2 saylı MİS-nin xx xxx 2020-ci il tarixli 236 № li arayışından görünür ki, İbrahimov X3 şəhəri N.Nərimanov küçəsi ev 15/1 mənzil 44 ünvanda yaşayır. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək şöbhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il, 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Cavabdeh hazırkı hökmlə təyin edilmiş 1 il, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xətai rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasını çəkilməmiş 1080,77 manat hissəsi tam birləşdirilməklə üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1080,77 manat cərimə cəzası saxlanılması hökm edilmişdir. İşə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 1(107)-11/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, zərəçəkmiş şəxslər İddiaçı1, İddiaçı2, X6 və X7 apelyasiya şikayəti qismən təmin edilmiş, İş üzrə Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Cavabdeh təqsirli bilindiyi CM-in 178.2.2-ci maddəsi ilə 3 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək şöbhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il, 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 67.1-ci maddəsinə əsasən Cavabdeh hazırkı hökmlə təyin edilmiş 1 il, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xətai rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasını çəkilməmiş 1080,77 manat hissəsi tam birləşdirilməklə üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1080,77 manat cərimə cəzası saxlanılmış, CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməsi, İş üzrə Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, iddiaçılar X14, İddiaçı2, X4 və İddiaçı4 Cavabdeh cəmi 9600 manat məbləğdə pul vermiş və Cavabdeh iddiaçılara 9600 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnaməçıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığımülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçılar 9600 manat məbləğdə pulu Cavabdeh vermiş, cavabdeh isə alınmış pulun müqabilində iddiaçılara təqaüd düzəldəcəyini söz vermişdir. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakiməəsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmışşifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsində göstərilmişdir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlışəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğdə pulalınıb İddiaçı1 verilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğdə pul alınıb İddiaçı2 verilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğdə pul alınıb İddiaçı4 verilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğdə pul alınıb X9 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-956/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-956/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver