Məhkəmə qərarları › İş №2(051)-96/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-96/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-96/2025 17.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olundu ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası, iddiaçının və cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirilməsi ilə bağlı olduğundan, mübahisəyə Kommersiya Məhkəməsində baxılmalıdır. Ona görə də mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirakı zamanı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Belə ki, aralarındakı müqavilənin 3 illik müddətinə bağlanmasına baxmayaraq, iddiaçı tərəfin rəhbəri onun salondan uzaqlaşdırmışdır. Eyni zamanda gözəllik salonu 2024-cü ilin may-iyun ayında bağlandığından salonda fəaliyyət göstərmək mümkün olmamışdır. Əks təqdirdə o salonda fəaliyyət göstərib, razılaşdırılmış məbləği ödəyə bilərdi. Hal-hazırda da salon fəaliyyət göstərərsə, o orada işləməyə hazırdı. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclası zamanı işin aidiyyəti üzrə göndərilməsinə etiraz edərək işə aidiyyəti üzrə Mingəçevir şəhər Məhkəməsində baxılmalı olduğunu bildirdi. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Çıxarışının surətindən görünür ki, İddiaçı MMC sahibkar olaraq fəaliyyət göstərir və xx.xx.2023-cü il tarixdə onun adına verilmiş ********** nömrəli VÖEN-i hazırda aktiv vəziyyətdədir. X2 İnformasiya Sisteminə edilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, cavabdeh Məmmədova (Rəsulova) Sehrin Ənvər qızı da fərdi sahibkar olaraq fəaliyyət göstərib və xx.xx.2014-cü il tarixdə onun adına verilmiş ********** nömrəli VÖEN-i vardır hazırda fəaliyyəti dayandırılmışdır. Hazırkı iddia tələbi də iddiaçının və cavabdehin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil. Belə ki, iş materiallarından və iddia ərizəsindən də görünür ki, hazırkı mübahisə iddiaçının və cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Ona görə də sözügedən iddiaya baxılması Kommersiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandrılmış qərardad çıxarır. Həmin məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 32, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutub, qəraraaldı: İddiaçı MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar