Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-960/2021 22.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 11.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2959,47 manat əsas borcu, 342,05 manat faiz borcu, 102,03 manat cərimə borcu olmaqla, cəmi 3403,55 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 20 faizlə 36 ay müdətinə 4000 manat kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 09 aprel 2021-dək Cavabdeh 11 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 2959,47 manat əsas borcu, 342,05 manat faiz borcu, 102,03 manat cərimə borcu olmaqla, cəmi 3403,55 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, cavabdehdən 11.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2959,47 manat əsas borcu, 342,05 manat faiz borcu, 102,03 manat cərimə borcu olmaqla, cəmi 3403,55 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xxxx ASC–yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan 11 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh “xxxx” Bank Olmayan Kredit təşkilatından illik 20 faizlə 36 ay müdətinə 4000 manat kredit verilmişdir. İşdə olan 14.12.2020-ci il tarixli, PAİHTD-2318 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan 09.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2959,47 manat əsas borcu, 342,05 manat faiz borcu, 102,03 manat cərimə borcu olmaqla, cəmi 3403,55 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında 11.09.2019cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kredit təşkilatı cavabdehə 36 ay müddətinə 4000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 2959,47 manat əsas borcu, 342,05 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımınca icra etmədiyinə görə cavabdehə 102,03 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən 2959,47 manat əsas kredit borcu, 342,05 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir Beləliklə, işin müəyyən olunmuş hallarına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 11.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2959,47 manat əsas borcu, 342,05 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 3311,52 manat məbləğində pul alınıb iddiaçı «xxxx» ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 11.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2959,47 (iki doqquz yüz əlli doqquz manat qırx yeddi qəpik) manat əsas borcu, 342,05 (üç yüz qırx iki manat beş qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 3311,52 (üç min üç yüz on bir manat əlli iki qəpik) manat məbləğində pul alınıb iddiaçı «xxxx» ASC-yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul alınıb «xxxx» ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİMi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-960/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-960/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver