Məhkəmə qərarları › İş №2(051)-970/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-970/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-970/2021 18.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 26 dekabr 2008-ci il təvəllüdlü X6, 22 sentyabr 2010-cu il təvəllüdlü X4 və 30 avqust 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılıb hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 600 manat məbləğdə alimentin Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 20058-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 26 dekabr 2008-ci il təvəllüdlü Əşrəfli Aytən, 22 sentyabr 2010-cu il təvəllüdlü Əşrəova Ayşən və 30 avqust 2012-ci il təvəllüdlü Əşrəfli Mədinə adlı üç nəfər uşaqları olmuşdur. Aralarındakı nikah 2018-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(051)-1031/2020 saylı qətnaməsi iə Cavabdeh 26 dekabr 2008-ci il təvəllüdlü X6, 22 sentyabr 2010-cu il təvəllüdlü X4 və 30 avqust 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 130 manat olmaqla cəmi 390 manat alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Bundan əlavə əlavə təyin olunmuş alimentlə uşaqları saxlamaq çətindir. Uşaqlar böyüdükcə onların tələbatları da artır. Cavabdeh özü isə Rusiya Federasiyasında Neft şirkətində işləsə də heç bir maddi köməklik göstərmir. Özü isə heç bir yerdə işləmir. Halbuki, cavabdeh uşaqlarını saxlamaqda ona kömək etməyə borcludur. Odur ki, cavabdehdən tutulan alimentin miqdarının artırılıb, 26 dekabr 2008-ci il təvəllüdlü Aytən, 22 sentyabr 2010-cu il təvəllüdlü Ayşən və 30 avqust 2012-ci il təvəllüdlü Mədinə adlı uşaqlara ödənilən alimentin miqdraının artırılıb hər ay, hər bir uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat miqdarında aliment tutulması haqqında qətnamə çıaxrılması barədə məhkəməyə müraciət etmək məcburtiyyətində qalmışdır. Odur ki, cavabdehdən tutulan alimentin miqdarının artırılıb hər ay hər uşağa 26 dekabr 2008-ci il təvəllüdlü X6, 22 sentyabr 2010cu il təvəllüdlü X4 və 30 avqust 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılıb hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 600 manat məbləğdə alimentin Cavabdeh alınıb İddiaçı verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında izahatında göstərmişdir ki, iddianı qəbul etmir çünki, alimentin miqdarının artırılması cavabdehin maddi vəziyyətini dahada ağırlaşdırar. Təyin olunmuş alimenti çətinliklə ödəyir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə cavabdehin maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 26 dekabr 2008-ci il təvəllüdlü X12, 22 sentyabr 2010-cu il təvəllüdlü X9 və 30 avqust 2012-ci il təvəllüdlü X5 valideynləri X10 və X8r. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 06.08.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 22 sentyabr 2010-cu il təvəllüdlü X9 və 30 avqust 2012ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat olmaqla cəmi 390 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Aytən Ayşən və Mədinə adlı uşaqlar böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşaqlarını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay hər uşaq üçün 160 manat miqdarında tutulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yaşayan Cavabdeh tutulan alimentin məbləği artırılaraq 26 dekabr 2008-ci il təvəllüdlü X6, 22 sentyabr 2010-cu il təvəllüdlü X4 və 30 avqust 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat, cəmi 480 (dörd yüz səksən) manat müəyyən edilsin və hər ay tutularaq, ünvan 2 ünvanda yaşayan İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar