Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-986/2021 02.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv olunması və 7942 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək müqavilənin ləğv olunması və 7492 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 21.02.2020-ci il tarixdə nəqdliyyat vasitəsinin alqı-satqısına dair Bakı şəhəri 36 saylı notariat ofisində ilkin müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Opel Astra H” markalı **-YO-*** dövlət qeydiyyat nişanlı avtomobil 14232 manat məbləğində satılmasına razılıq əldə etmişlər və Cavabdeh müqavilə bağlandığı anından ona 3000 manat pul ödəmişdir. Qalan 11232 manat pulu isə cavabdeh hər ay 468 manat ödəməli idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, 2020-ci ilin sentyabr ayından heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən müqavilənin şərtlərinə əməl etməyi, pulu ödəməyi təklif etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hazırda 7492 manat pul ödəməlidir. O, həmin pulu müqaviləyə əsasən hər ay 468 manat deyil, tam şəkildə ödənilməsini tələb edir. İddianın təmin olunmasını, Cavabdeh ilə onun arasında 21.02.2020-ci il tarixdə bağlanmış müqavilənin ləğv olunması, cavabdehdən 7492 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, İddiaçı ilə 21.02.2020-ci il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisində müqavilə bağlamışdır. Müqaviləyə əsasən İddiaçı məxsus “Opel Astra” markalı avtomobili 14232 manata almışdır. Aralarındakı razılaşmaya əsasən ilkin olaraq 3000 manat ödəniş etmişdir. Qalan pulu isə 24 ay müddətinə hər ay 468 manat ödəməli idi. Borcun bir hissəsini vermiş, sonra maddi imkanı olmadığına görə qalan borcu ödəməmişdir. Borcunu ödəyəcəkdir. Məhəkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş satıcı İddiaçı adından X1 ilə alıcı Cavabdeh arasında bağlanmış Bakı şəhəri 36 saylı notariat ofisində təsdiq edilmiş 21.02.2020-ci il tarixli “Nəqliyyat vasitəsinə dair ilkin müqavilə”də göstərilir ki, satıcı İddiaçı məxsus “Opel Astra” minik markalı **-TO-*** dövlət nömrə nişanlı avtomobilə dair satıcı İddiaçı ilə alıcı Cavabdeh ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Avtomobilin satış qiyməti 14232 (on dörd min iki yüz otuz iki) manat müəyyən edilir. Alıcı müəyyən edilən pulun 3000 (üç min) manatını müqavilə bağlandığı andan, 11232 (on bir min iki yüz otuz iki) manatını isə 24 ay müddətinə hər ay 468 (dörd yüz altmış səkkiz) manat olmaqla hər ayın 25-30 aralarında ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında iddiaçıya məxsus nəqliyyat vasitəsinin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Müqaviləyə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 14232 (on dörd min iki yüz otuz iki ) manat müəyyən edilmiş, alıcı-cavabdeh ilkin olaraq 3000 (üç min) manat ödəniş etmiş, qalan 11232 (on bir min iki yüz otuz iki) manat pulu isə 24 ay müddətində hər ay 468 (dörd yüz altmış səkkiz) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdeh üzəinə götürüdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuş, müqavilədə nəzərdə tutulmuş aylarda nəqliyyat vasitəsinə görə müəyyən edilmiş pulu ödəməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdır. Ona görə də iddia təmin olunmalı, iddiaçı ilə cavabdeh Cavabdeh arasında 21.02.2020-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinə dair ilkin müqavilə” ləğv olunmalı, cavabdehdən 7492 manat pul alınıb iddiaçıya verilməlidir. Mülkli Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülkli Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.02.2020-ci il tarixli “Nəqliyyat vasitəsinə dair ilkin müqavilə” ləğv edilsin. Cavabdeh 7492 (yeddi min dörd yüz doxsan iki) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-986/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-986/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver