Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-988/2023 08.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 600 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2023-cü ilin yanvar ayında özünə nəqliyyat vasitəsi almaq üçün Gəncə şəhərində yerləşən maşın bazarına getmişdir. Cavabdehin satmaq üçün bazara gətirdiyi **-GC-*** dövlət nömrə nişanlı Passat markalı avtomobilin qiymətini 12000 manata razılaşdılar. O, 4000 manat nağd şəkildə verdi və bu şərtlə ki, həmin maşını o, ustaya göstərdikdən sonra müəyyən problemlər olmasa yerdə qalan 8000 manatı ona göndərəcək. O, maşını yaşadığı Ağstafa şəhərində ustaya göstərdik də məlum oldu ki, maşının 1000 manat turbo və sistemi və pompasına xərc lazımdır. Cavabdehlə telefonla əlaqə saxladı və onlar Ağstafa şəhərində görüşdü və ona bildirdi ki, maşında qeyd etdiyi problem olduğu üçün ona verdiyi 8000 manatdan 1000 manat həmin xərcləri çıxıb 7000 manat ödəyəcəkdir. Lakin cavabdeh isə razılaşmadı və onun onda olan 4000 manat pulundan ona 3450 manat pul qaytardı ki, üzərində pul azdır gedib yaşadığı yerə kartına göndərəcəyini və bundan əlavə ondan 50 manat yol pulu aldı ki, ona ümumilikdə 600 manat pul kartına ödəniş edəcəkdir. Lakin sonra cavabdeh ona qaytaracağı pulu verməkdən imtina etmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqəndən də iddiaçı ilə aralarında maşın almaq satmaq barədə danışıqları olmuşdur. Onlar Gəncə şəhərində maşının alqı-satqısı ilə bağlı şifahi olaraq razılığa gəldilər. Onlar maşının qiymətini 12000 manat razılaşdılar. İlkin olaraq iddiaçı ona 4000 manat pul verdi yerdə qalan məbləği isə maşına baxış keçirildikdən sonra verəcəyini bildirdi. Daha sonra iddiaçı ona bildirdi ki, o maşını almaq istəmir. Bundan sonra o, maşını təhvil almaq üçün gedəndə iddiaçı tərəfindən ona verilmiş 4000 manatın 3450 manatını qaytarmışdır və üzərində evə qayıtmaq üçün pul olmadığından 50 azn borc şəklində yol pulu alaraq evə qayıtdıqdan sonra cəmi 600 manat miqdarında pul qaytaracağını bildirmişdir. Lakin iddiaçı maşının onda olduğu müddət ərzində maşını xeyli müddət istifadə etmiş və maşının müəyyən detallarına zərər vurulmuşdur ki, o da iddiaçı tərəfindən maşına vurulmuş ziyanı aradan qaldırmışdır. Buna görə də qalan pul məbləğini ona qaytarmamışdır. Hesab edir ki, onun iddiaçıya yox iddiaçının ona borcu qalıb ona görə də izahatında qeyd olunanların nəzərə alınaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. (iddiaçı əvvəlki iclaslarında məhkəməyə ərizə və teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir) Məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Ağstafa rayon Xətai kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərətindən verilmiş xx.xx.2023-cü il tarixli 219/1 saylı arayışdan görünür ki, İddiaçı Ağstafa rayonu Xətai kəndində yaşayır. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinin və cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatın tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı ilə cavabdeh həqiqətən də aralarında şifahi sövdələşmə edərək maşın alqı satqısı ilə bağlı aralarında razılığa gəlmişlər. Bu razılaşmadan sonra iddiaçı tərəf cavabdehə ilkin olaraq 4000 manat ilkin ödəniş etmişdir. Razılaşmaya əsasən məbləğin digər hissəsini isə iddiaçı tərəf cavabdehə avtomobilə baxış keçirildikdən sonra verəcəyini bildirmişdir. Lakin daha sonra iddiaçı tərəf aralarında əldə etdikləri şifahi razılaşmanı pozaraq avtomobili almaqdan imtina etmiş və cavabdehdən ilkin olaraq ona verdiyi 4000 manat ilkin ödənişin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh həmin məbləğdən 3450 manatını qaytarmış, eyni zamanda iddiaçıdan əlavə olaraq 50 azn məbləğində borc pul almasına baxmayaraq, ümumilikdə 600 manatını daha sonra qaytaracağını bildirsə də, pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclası zamanı cavabdeh öz izahatında bu halı qəbul etmişdir. Əlavə olaraq göstərmişdir ki, o həmin pulu cavabdehə qaytarmaqdan imtina edir. Əsas kimi onu göstərmişdir ki, iddiaçı onun avtomobilini bir neçə gün idarə etmiş və avtomobilə həmi müddət ərzində ziyan dəydiyini və həmin ziyanı öz vəsaiti hesabına aradan qaldırdığını bildirmişdir. Lakin cavabdeh bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə olaraq isə cavabdeh iddiaçıdan 4000 manat pul aldığını həmin vəsaitin 3450 manatını geri qaytardığını qalıq pulun 550 manatı və borc qismində aldığı 50 manatı təkidlə cavabdehə qaytarmayacağını qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin ona 600 manat məbləğində pul qaytarmalıolmasını sübutetmə yükü iddiaçının üzərinə, lakin həmin pul öhdəliyinin mövcudluğunun olmamasının sübut etmə yükü isə cavabdehin üzərinə düşür düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən və qanundan irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. AR MM-nin 385.1–ci maddəsinin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Beləliklə işin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş şifahi şəkildə hissə-hissə ödəmə şərtilə alqı– satqı müqaviləsinə bağlanmışdır. Lakin sonradan iddiaçı avtomobildə yaranmış nasazlıq səbəbindən sözgedən əşyanı satıcıya qaytararaq ödənilmiş pul məbləğini tələb etmişdir. Lakin satıcı əşyanı alıcıdan təhvil almasına və ödənilmiş 4000 manat məbləğin 3450 manatını qaytarsa da qalan 550 azn qaytarmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələb etdiyi məbləğin 550 manatına dair hissəsi tərəflər arasında yaranmış öhdəliyin yaranması əsaslarından biri olan əsassız varlanmaya söykənir. Belə ki, cavabdeh şəxs hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etdiyindən əsassız varlanmışdır. Əsassız varlanmanın baş verməsi üçün bütün şərtlər məcmu halda mövcud 1091.1ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə 1091.1-ci maddəsinə şərh verərək hesab edir ki, əsassız varlanmanın mövcud olması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Varlanmış şəxs əmlak əldə etməli, 2. həmin əmlak məhrum olanın hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Göründüyü kimi bu şərtlərdən hər biri mövcud olduğundan cavabdeh varlanmış şəxs hesab edilməlidir. Məhkəmə iddiaçının tələb etdiyi məbləğin qalan 50 manatına dair hissəsi üzrə hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış öhdəliyin yaranması əsaslarından biri olan şifahi borc müqaviləsi üzrə yaranmış münasibətlərə söykənir. Belə ki, cavabdeh şəxs iddiaçıdan 50 manat miqdarında pul məbləğini yol pulu olaraq borc qismində almışdır ki, onu digər pul məbləği (550 azn) ilə birlikdə qaytarsın. Lakin öhdəlik cavabdeh tərəfindən icra edilmədiyindən iddiaçının bu barədə tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyırAzərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə yuxarıda göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, cavabdehlə aralarında əldə edilmiş şifahi razılaşma öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul alınıb iddiaçı Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-988/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-988/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver