Məhkəmə qərarları › İş №2(051)-989/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-989/2025

30.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-989/2025 30.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı cavabdehlər Mingəçevir regional "xxxx" mərkəzində notariat ofisi və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Mingəçevir regional "xxxx" mərkəzində notariat ofisi və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir regional "xxxx" mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli Bank Respublika ASC-nin xeyrinə 7584.63 manat əsas, 544,53 manat faiz borcu olmaqla, cəmi 8129.16 manat kredit borcunun tutulması və tutulmanın ipoteka predmeti olan, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75 kvm olan, 3 otaqlı mənzilə yönəldilməsi üzrə icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir regional "xxxx" mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydi əsasında ondan Bank Respublika ASCnin xeyrinə 7584.63 manat əsas, 544.53 manat faiz borcu olmaqla, cəmi 8129.16 manat kredit borcunun tutulması və tutulmanın ipoteka predmeti olan, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75 kvm olan, 3 otaqlı mənzilə yönəldilməsi aparılmışdır. Həmin borc məbləğinin ona məxsus ipoteka predmetinə yönəldilməsinə dair bildiriş ona çatmamışdır. Cavabdeh1 icra məmuru onu Şöbəyə çağırandan sonra məlumatı olub ki, belə bir proses var. O, həmin borc məbləği ilə qətiyyən razı deyil, belə ki, həmin borcun əhəmiyyətli bir hissəsi borcalan X2, yəni atası tərəfindən ödənilmişdir və bank tərəfindən də yerdə qalan məbləğin hissəvi şəkildə ödənilməsinə şifahi şəkildə razılıq verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsi ilə bağlı heç bir üzrlü səbəb bildirməmişdir. Cavabdeh1nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Cavabdeh Mingəçevir regional "xxxx" mərkəzində notariat ofisi məhkəməyə müraciət edərək, üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli 8İ-27469 № ilə qeyd edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı, X1 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75 m2 olan 3 otaqlı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 31MANZL125034101 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7584,63 manat əsas borc, 544,53 manat faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 8129,16 manat təşkil edir.) İşin müəyyən olunmuş halı: xx.xx.2024-cü il tarixli 8İ-27469 №li icra qeydinə əsasən İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75 m2 olan 3 otaqlı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Həmin öhdəlik 31MANZL125034101 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7584,63 manat əsas borc, 544,53 manat faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 8129,16 manatla müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli,167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161-ci bəndinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: xx.xx.2024-cü il tarixli 8İ-27469 №li icra qeydinə əsasən İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75 m2 olan 3 otaqlı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Həmin öhdəlik 31MANZL125034101 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7584,63 manat əsas borc, 544,53 manat faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 8129,16 manatla müəyyən edilmişdir. İddiaçı borc məbləğinin ona məxsus ipoteka predmetinə yönəldilməsinə dair bildiriş ona çatmaması, həmin borcun bir hissəsinin borcalan X2, yəni atası tərəfindən ödənilməsi və bank tərəfindən də yerdə qalan məbləğin hissəvi şəkildə ödənilməsinə razılıq verilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. Buna görə də iddiaçının icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Mingəçevir regional "xxxx" mərkəzində notariat ofisi və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar