Məhkəmə qərarları › İş №2(051)-992/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-992/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-992/2023 05.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İddiaçı və onu vəkili (nümayəndəsi) Vəkil2, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ona borclu olduğu 100000 (yüz min) ABŞ dolları, 85000 (səksən beş min) manat məbləğində pulun və 545 (beş yüz səksən beş) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu Rafəddin Ukrayna Respublikasında təhsil alarkən cavabdehin oğlu Orxanla otaq yoldaşı olmuşdur. Övladlarının tanışlığından sonra onlar valideyinlər tanış olmuş və münasibətləri normal şəkildə inkişaf etmişdir. Cavabdeh özünün biznesinin olduğunu və tikinti işləri ilə məşğul olduğunu bildirmişdir. Ona demişdir ki, “səndə pul yatır mənim şirkətimə və sənədə normal pul qazandırım”. O, cavabdehə inanaraq müəyyən müddət ərzində onun adına Rusiya Federasiyasına pullar göndərmişdir. İlk iki ayı oğlu Ukraynada olarkən ona pul vermişdir. Sonradan hesabına qadağa qoyulduğunu bəhanə gətirərək ona pul verməmişdir. Ondan dəfələrlə pullarını tələb etdikdən sonra ona zəng edərək şirkətə əlavə pul yatırmasını xahiş etmiş və qazancın daha yüksək olacağını bildirmşdir. İlk öncə ona inanmamamış və ona pul göndərməyəcəyini bildirmişdir. Dəfələrlə ona yalvarış mesajları yazaraq (anasının canına və namusuna and içərək) ona olan borcunu qaytaracağına söz vermiş və bu barədə ona öz xətti ilə yazdığı 100 min dollar qəbzin şəklini göndərmişdir. O da inanaraq və həm də əvvəlki pullarını geri almaq üçün yenədə onun adına Rusiya Federasiyasına pullar göndərmişdir. Yenədə bəhanələr gətirərək nə qazancı nə də ki, ona verdiyi pulları geri qaytarmamışdır. Dəfələrlə pullarını istəsədə heç bir nəticəsi olmamışdır. Ona yalan vədlər yerərək, onu aldatmışdır. Cavabdehdən Masallı rayon Polis şöbəsinə şikayət etşişdir. İş polisdə araşdırılaraq mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh polisdə izahat verərək ona olan borclarını etiraf etmiş 100 min dolların qəbzi onda olduğundan, o, polisdə sonrakı borcu barəsində 85000 (səksən beş min) manatlıq qəbz yazmış və borcunu hisə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. Üzərindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmır. Cavabdehin ümumilikdə ona borcu 100 min dollar və 85000 manatdır. Odur ki, məhkəməyə müraciət etməyə məcbur qalmışdır. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirdi ki, Cavabdeh ona borclu olduğu 100000 (yüz min) ABŞ dolları və 85000 (səksən beş min) manat məbləğində pulun və 545 (beş yüz səksən beş) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 97750 (doqquz yeddi min yeddi yüz əlli manat) ABŞ dolları və 85000 (səksən beş min) manat məbləğində pulun və 545 (beş yüz qırx beş) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, 08 aprel 2023-cü il tarixdə onunla, Mingəçevir şəhər Məhkəməsinin hakimi X4 icraatında olan 2(051)-992/2023 saylı mülki iş üzrə cavabdeh olan Cavabdeh arasında onun huquqlarının müdafiəsi ilə bağlı vəkil müqaviləsi bağlanılmış və sonuncu tərəfindən ona hüquqlarının müdafiəsi üçün müvafiq etibarnamə verilmişdir. Məlumata əsasən 12 may 2023-cü il tarixdə saat 15:00-da Mingəçevir şəhər Məhkəməsində Məhkəmənin inzibati binasında Məhkəmənin hakimi xanım Məhburə Kərimovanın sədrliyi ilə cavabdehin nümayəndəsi və vəkili qismində iştirak etməli olduğum 2(051)- 992/2023 saylı mülki iş üzrə məhkəmənin hazırlıq iclası keçirilməsi üçün təyin olunmuşdur. Cavabdeh tərəf kimi bildirdik ki, cavabdeh tərəf, iddiaçı: İddiaçı ilə 05 aprel 2021-ci il tarixdə, 07 aprel 2021-ci il tarixdə, 08 may 2021-ci il tarixdə, 09 may 2021-ci il tarixdə Rusiya Federasiyasının Novosibirsk şəhərində Rusiya Federasiyasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq, borc müqavilələri bağlamış və həmin 4 (dörd) ədəd borc müqavilələri əsasında İddiaçı Cavabdeh cəmi 29732.75 (iyirmi doqquz min yeddi yüz otuz iki dollar 75 sent) ABŞ dolları məbləğində mənfəət naminə biznes işlərinin təşkilinə görə borc vermişdir. Həmin 4 borc müqavilələrinə əsasən Cavabdeh İddiaçı hər ay, 05 aprel 2021-ci il tarixli müqavilədə qeyd olunmuş pul məbləğinin 20 faizi, 07 aprel 2021-ci il tarixli müqavilədə qeyd olunmuş pulun 10 faizi, 08 may 2021-ci il tarixli müqavilədə qeyd olunmuş pulun 15 faizi, 09 may 2021-ci il tarixli müqavilədə qeyd olunmuş pulun 15 faizi məbləğində əlavə pul verməli idi. Aşağıdakı səbəblərə görə iddia tamamilə əsassızdır və həmin iddiaya nəinki Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilməz, əgər hətta baxılmağı mümkün olsa idi belə bu iddia təmin edilə bilməz: 1. iddiaçı: İddiaçı və Cavabdeh aralarındakı 05 aprel 2021-ci il tarixli 5000 (beş min) ABŞ dolları, 07 aprel 2021-ci il tarixli 4500 (dörd min beş yüz) ABŞ dolları, 08 may 2021-ci il tarixli müqavilələri ilə bir milyon rubl, müvafiq kursla 13488.50 (on üç min dörd yüz səksən səkkiz dollar 50 sent) ABŞ dolları, 09 may 2021-ci il tarixli müqavilə ilə beş yüz min rubl, müvafiq kursla 6744.25 (altı min yeddi yüz qırx dörd dollar 25 sent) ABŞ dolları, ümumilikdə, 4 müqavilə üzrə cəmi 29732.75 (iyirmi doqquz min yeqqi yüz otuz iki dollar 75 sent) ABŞ dolları məbləğindəki borc müqavilələri Rusiya Federasiyasının Novosibirsk şəhərində bağlamışlar və həmin müqavilələrin 5-ci maddəsinin (Tərəflərin məsuliyyəti) 5.1 -ci bəndində xüsusi olaraq qeyd olunmuşdur ki, tərəflər arasındakı mübahisələrə Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində baxıla bilər, yəni yalnız Rusiya Federasiyasında və Rusiya Federasiyasının Məhkəmələri tərəfindən baxıla bilər. 2. Alınmış pul Rusiya Federasiyası ilə Ukraina Respublikasının sərhədləri çərçivələrində ticarət və digər kommersiya işlərinə qoyulmuşdu ki, gəlir əldə olunsun, yəni bu hal ilkin olaraq planlaşdırılmışdı. Lakin hazırda Rusiya Federasiyası və Ukraina Respublikası aralarında müharibə baş verdiyindən və hal-hazırda da davam etdiyindən, həmin pulların qoyulduğu sahədə ağır maddi itkilər baş vermiş, cavabdehin şəxsi pulları da daxil olmaqla bütün pullar batmışdır, yəni iddiaçı: İddiaçı və Cavabdeh aralarındakı 05 aprel 2021-ci il tarixli, 07 aprel 2021-ci 11 tarixli, 08 may 2021-ci il tarixli, 09 may 2021-ci il tarixli borc müqavilələri Rusiya Federasiyasının Novosibirsk şəhərində bağlamışlar və həmin müqavilələrin 4-cü maddəsinin (Fors-major) 4.1 -ci bəndində xüsusi olaraq qeyd olunmuş, müharibə və müharibə hərəkətləri baş vermişdir. Bu forsmajor hadisəsinin sübutları isə hamının gözü qabağındadırlar, hamıya məlum prosesdir. Bu səbəbdən də müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zərurəti aradan qalxmışdır.

3. Cavabdeh öz nümayəndəsi olan vəkilinə bildirmişdir ki, o, 3350.00 (üç min üç yüz əlli dollar) ABŞ dolları məbləğində faktiki olmayan borcunu nəğd şəkildə iddiaçı: İddiaçı 2021-ci ilin may və iyun aylarında və 2022-ci ilin dekabr ayında artıq qaytarmışdır (2021ci ilin may ayında bir min dollar, iyun ayında 2 dəfə əlli min rubl olmaqla və müvafiq kursla hesablandıqda bir min üç yüz əlli dollar olmaqla, cəmi 2350.00 dollar, həmçinin 2022-ci ilin dekabr ayında bir min dollar olmaqla ümumilikdə 3350.00 dollar). İddiaçının itkilərə şərik olmasından qəti imtina etməsi halı nəzərə alınarsa, hazırda cavabdehin iddiaçıya faktiki 26382,75 (iyirmi altı min üç yüz səksən iki dollar 75 sent) ABŞ dolları məbləğində faktiki olmayan borcu qalmışdır. Müharibə səbəbindən biznes tamamilə batdığından, cavabdeh müflis (bankrot) olduğundan, faktiki olmayan borcun dərhal qaytarılması mümkün deyildir. Lakin cavabdeh 29732.75 (iyirmi doqquz min yeddi yüz otuz iki dollar 75 sent) ABŞ dolları məbləğində olan borca görə, bir müddətdən sonra iddiaçıya faiz verə bilmədiyindən, iddiaçı 29732.75 (iyirmi doqquz min yeddi yüz otuz iki dollar 75 sent) ABŞ dolları məbləğində faktiki müqavilələrlə təsdiqlənən borca görə, ödənilməli faizləri də nəzərə almaqla 100000.00 (bir yüz min) ABŞ dolları məbləğində pul tələb edir və sonuncu, yəni cavabdeh bu məbləğdə ümimiyyətlə (faktiki olmayan) borcu olmadığı halda, bu barədə əlyazma arayış yazıb ona telefonla göndərməyə məcbur olmuşdur. Bu barədə əlyazma qəbz surətini isə cavabdeh məcbur qalıb, iddiаçı: İddiaçı оğluna ona görə göndərmişdir ki, iddiаçı: İddiaçı оğlu onun, yəni cavabdehin Ukraynada o vaxt tələbə olan oğlunu öldürtdürməklə dəfələrlə hədələmiş və iddiaçının bu fikri reallaşdırılmaması üçün, cavabdeh məcbur qalıb, belə bir hərəkət etmişdir. Cavabdeh, iddiaçını bu cinayət xarakterli fikrindən daşındırsın deyə, qeyd olunan hərəkəti etməyə məcbur qalmışdır. Məqsəd ondan ibarət olmuşdur ki, iddiaçı bu real hədə-qorxu hərəkətlərini həyata keçirtməsin, yəni cinayətkar fikirlərindən daşınsın. Cavabdeh 2022ci ilin yayında Azərbaycana, xəstə anasını görmək üçün gəlmiş, iddiaçı bunu bilib, 2022ci ilin iyul ayında öz qardaşları və digər bir neçə nəfərlə onun pasport qeydiyyatı üzrə olan ünvanına gəlmiş, orada cavabdehin böyük qardaşına məsələ barədə məlumat vermiş, o isə öz növbəsində məsələni araşdırdıqdan sonra bir məlumat verəcəyini iddiaçının qardaşına demiş, bir müddət onu gözləməyi xahiş etmişdir. Lakin İddiaçı: İddiaçı оğlu isə 2022-ci ilin avqust ayında Masallı Rayon Polis Şöbəsinə şikayətlə müraciət etmiş və məsələ 2022-ci ilin avqust ayının sonlarında, cavabdehin iştirakı ilə həmin şöbədə geniş şəkildə araşdırılmışdır. Cavabdeh digər faizləri nəzərə almaqla, iddiaçı tərəfindən ona və ailəsinə qarşı başqa qanuna zidd hərəkətlər olmasın deyə, iddiaçıya faktiki onun borclu olmadığı 50000.00 (əlli min) ABŞ dollarını hissə-hissə 31 may 2023-cü il tarixədək qaytaracaqıni öhdəsinə götürmüşdür. Bu məqsədlə də, cavabdeh özünün sağlamlıq problemi olmasına baxmayaraq, Rusiyanın Novosibirsk şəhərinə qayıtmış və oradan 2022-ci ilin dekabr ayında 1000.00 (bir min) ABŞ dolları məbləğində pulu iddiaçının bank kartına göndərmişdir. İddiaçı isə möhlət müddətini gözləmədən, əsassız olaraq, hətta faktiki olmayan yalnız 50000 (əlli min) ABŞ dolları tələbi ilə belə deyil, əlavə olaraq həm də, ailə üzvlərinə qarşı hədə-qorxu gələrək tələb edib aldığı 100000.00 (bir yüz min) ABŞ dolları məbləğində olan adi əlyazma borc arayışına əsasən də müvafiq iddia tələbi ilə, yəni ümumilikdə 150000.00 (bir yüz əlli min) ABŞ dolları məbləğində, əslində olmayan pul tələbi ilə Mingəçevir şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Əlavə olaraq qeyd edirəm ki, 12 may 2023-cü il tаrixdə sааt 10:40-da Sumqayıt şəhər Məhkəməsinin inzibati binаsındа hakim Rövşən Xəlilovun sədrliyi ilə vətəndаş Kərimduxt Еlşаd Əşrəf оğlunun Аzərbаycаn Rеspublikаsı CM-nin 306.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dаir 1(060)-814-2022 saylı cinayət işi üzrə məhkəmə baxışının növbəti iclasının keçirilməsi üçün təyin olunmuşdur. Həmçinin 12 may 2023-cü il tarixdə saat 14:30-da Bakı Apellyasiya Məhkəməsində, Məhkəmənin inzibati binasında Ali Məhkəmənin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə Məhkıəmə Kollegiyası tərəfindən X1 təqsirləndirilməsinə dair 1(103)-219/2023 saylı cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak etməli olduğum cinayət işi üzrə məhkəmə iclasının keçirilməsi üçün vaxt təyin olunmuşdur. Digər tərəfdən isə 25 aprel 2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili kimi tərəfimdən Masallı Rayon Polis Şöbəsinin rəisinin adına aşağıdakı məzmunda vəkil sorğusu göndərilmişdir: “Cavabdeh tərəfə məlum olmuşdur ki, iddiaçı: İddiaçı iddia ərizəsi ilə, araşdırılması 2022-ci ilin avqust ayında Masallı rayon Polis Şöbəsində aparılmış və 24 avqust 2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd olunması qərarı qəbul olunmuş işin hallarıyla bağlı Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Odur ki, həmin rədd materiallarının təsdiqlənmiş kserosurətinin məhkəmədə istifadə olunmaları məqsədi ilə onlar tərəfindən əldə olunmaları zərurəti yaranmışdır. Qeyd etdikləri ilə əlaqədar, 2022-ci ilin avqust ayında Masallı rayon Polis Şöbəsində araşdırılması aparılaraq, 24 avqust 2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd olunması qərarı qəbul olunmuş işin rədd materiallarının təsdiqlənmiş kserosurətinin poçt vasitəsi ilə onların ünvanımıza - İndeks: 1033, ünvan 2ına göndərilməsi haqqında tabeliyinizdəki müvafiq əməkdaşlara sərəncamlar verilməsi xahiş edilmişdir.” Lakin bu vaxta kimi göstərilən vəkil sorğusuna Masallı rayon Polis Şöbəsindən heç bir cavab alınmamışdır. Yuxarıda qeyd etdikləri ilə əlaqədar, 12 may 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasının təxirə salınmasını və növbəti məhkəmə iclasının 15-17, 23, 30 may və 6,14 iyun 2023-cü il tarixləri istisna olmaqla başqa tarixə salınması xahiş edilmişdir. 08 aprel 2023-cü il tarixdə onunla Mingəçevir şəhər Məhkəməsinin hakimi X4 icraatında olan 2(051)-992/2023 saylı mülki iş üzrə cavabdeh olan Cavabdeh ilə arasında onun huquqlarının müdafiəsi ilə bağlı vəkil müqaviləsi bağlanılmış və sonuncu tərəfindən ona hüquqlarının müdafiəsi üçün müvafiq etibarnamə verilmişdir. Cavabdeh tərəfə məlum olmuşdur ki, iddiaçı: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə araşdırılması 2022-ci ilin avqust ayında Masallı rayon Polis Şöbəsində aparılaraq, 24 avqust 2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd olunması qərarı qəbul olunmuş hallarla bağlı müraciət etmişdir. Odur ki, həmin rədd materiallarının təsdiqlənmiş kserosurətinin məhkəmədə istifadə olunmaları məqsədi ilə bizim tərəfimizdən əldə olunmaları zərurəti yaranmışdır. Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin qanunun 15-ci maddəsinə əsasən vəkillər peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəsissələrdən tələb edib, almaq hüququna malikdirlər. Qeyd etdikləri ilə əlaqədar, 2022-ci ilin avqust ayında Masallı rayon Polis Şöbəsində aparılaraq, 24 avqust 2022- ci il tarixdə cinayət işinin başlanılmasının rədd olunması qərarı qəbul olunmuş rədd materiallarının təsdiqlənmiş kserosurətinin poçt vasitəsi ilə onların ünvanına - İndeks: 1033, ünvan 2ına göndərilməsi haqqında müvafiq əməkdaşlara sərəncamlar verməsi xahiş olunmuşdur. Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, huquqlarını müdafiə etdiyi Cavabdeh olduğu 2(051)-992/2023 saylı mülki iş üzrə məhkəmə baxışı iclası keçirilməsi üçün təyin olunmuşdur. Həmin mülki iş üzrə cavabdeh olan Cavabdeh ilə onun arasında 08 aprel 2023-cü il tarixdə onun huquqlarının müdafiəsi ilə bağlı vəkil müqaviləsi bağlanılmış və sonuncu tərəfindən ona hüquqlarının müdafiəsi üçün müvafiq etibarnamə verilmişdir. Həmin mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili kimi aşağıdakıları bildirmək istəyir: İddiaçı tərəf iddia ərizəsində iddia irəli sürmüşdür ki, guya ki, cavabdeh tərəfə 100000 (bir yüz min) ABŞ dolları və 85.000 (səksən beş min) manat məbləğində borca pul vermişdir və həmin pullarını geri, eyni zamanda, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Dövlət rüsumu kimi ödədiyi 545 (beş yüz qırx beş) manat pulu cavabdehdən almaq istəyir. Cavabdeh tərəf iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün 545 (beş yüz qırx beş) manat məbləğində dövlət rüsumunu ödəməsindən şübhə etmir, lakin iddiaçı tərəf cavabdehə 100000 (bir yüz min) ABŞ dolları və 85.000 (səksən beş min) manat məbləğində pulları qətiyyən verməmişdir (Əgər vermişdirsə, iddiaçı qanunamüvafiq dəlillərini-həmin pulların verilməsini təsdiq edə biləcək maliyyə sənədlərini, hədə-qorxu gəlməklə əldə etdiklərini deyil, əsil sübutlarını, məsələn göndəriş qəbzlərini və ya notariat sənədlərini məhkəməyə təqdim etsin) və bu səbəbdən də cavabdeh tərəfdən nə 100000 (bir yüz min) ABŞ dolları, nə 85.000 (səksən beş min) manat məbləğində pulu və bu səbəblərdən də, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Dövlət rüsumu kimi ödədiyi 545 (beş yüz qırx beş) manat pulu tələb etməyə heç bir haqqı yoxdur, yəni onun iddiası tamamilə əsassızdır və iddiada qeyd etdiyi tələbi etməyə heç bir haqqı yoxdur. Cavabdeh tərəf kimi dəfələrlə bildirmişik ki, cavabdeh tərəf, iddiaçı: İddiaçı ilə 05 aprel 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 5000 (beş min) ABŞ dolları, 07 aprel 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 4500 (dörd min beş yüz) ABŞ dolları, 08 may 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 1.000.000 (bir milyon rubl) rubl, müvafiq kursla 13488.50 (on üç min dörd yüz səksən səkkiz ABŞ dolları 50 sent) ABŞ dollar, 09 may 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 500.000 (beş yüz min rubl) rubl, müvafiq kursla 6744.25 (altı min yeddi yüz qırx dörd dollar 25 sent) ABŞ dolları məbləğində, Rusiya Federasiyasının Novosibirsk şəhərində Rusiya Federasiyasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq, borc müqavilələri bağlamış və həmin 4 (dörd) ədəd borc müqavilələri əsasında İddiaçı Cavabdeh cəmi 29732.75 (iyirmi doqquz min yeddi yüz otuz iki dollar 75 sent) ABŞ dolları məbləğində mənfəət naminə biznes işlərinin təşkilinə görə borc verməli olduğu müəyyən olunur. Əslində isə həmin pullar, iddiaçının da mənfəət götürəcəyi birgə biznes fəaliyyəti üçün verilməsi nəzərdə tutulmuş, həmçinin aylıq faizlərlə geri qaytarılmalı olduğu da müqavilənin mətnindən görünsə də, lakin qeyd olunan məbləğlərdə olan bu pullar faktiki olaraq, iddiaçının tərəfindən cavabdehə verilməmişdir. Lakin cavabdeh həmin müqavilələri imzaladığından və iddiaçının real hədə-qorxularından ailə üzvlərini qorumaq üçün məcburən həmin pulları ödəməyi öhdəsinə götürmüşdür. Həmin 4 müqavilələrə əsasən Cavabdeh İddiaçı, 05 aprel 2021ci il tarixli müqavilədə qeyd olunmuş pul məbləğinin 20 faizi, 07 aprel 2021-ci il tarixli müqavilədə qeyd olunmuş pulun 10 faizi, 08 may 2021-ci il tarixli müqavilədə qeyd olunmuş pulun 15 faizi, 09 may 2021-ci il tarixli müqavilədə qeyd olunmuş pulun 15 faizi məbləğində hər ay əlavə pul verməli idi. Aşağıdakı səbəblərə görə iddia tamamilə əsassızdır və həmin iddiaya nəinki Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilməz, əgər hətta baxılmağı mümkün olsa idi belə iddiaçının bu iddia ərizəsi qeyd olunan hissədə, və hətta Rusiya Federasiyasının məhkəmələrində baxılsa da belə, təmin edilə bilməz: 1. iddiaçı: İddiaçı və Cavabdeh aralarındakı 05 aprel 2021-ci il tarixli 5000 (beş min) ABŞ dolları, 07 aprel 2021-ci il tarixli 4500 (dörd min beş yüz) ABŞ dolları, 08 may 2021-ci il tarixli müqavilələri ilə bir milyon rubl, müvafiq kursla 13488.50 (on üç min dörd yüz səksən səkkiz dollar 50 sent) ABŞ dolları, 09 may 2021-ci il tarixli müqavilə ilə beş yüz min rubl, müvafiq kursla 6744.25 (altı min yeddi yüz qırx dörd dollar 25 sent) ABŞ dolları, ümumilikdə, 4 müqavilə üzrə cəmi 29732.75 (iyirmi doqquz min yeqqi yüz otuz iki dollar 75 sent) ABŞ dolları məbləğindəki borc müqavilələrini Rusiya Federasiyasının Novosibirsk şəhərində bağlamışlar və həmin müqavilələrin 5-ci maddəsinin (Tərəflərin məsuliyyəti) 5.1-ci bəndində xüsusi olaraq qeyd olunmuşdur ki, tərəflər arasındakı mübahisələrə Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində baxıla bilər, yəni yalnız Rusiya Federasiyasında və Rusiya Federasiyasının Məhkəmələri tərəfindən baxıla bilər. Həmin müqavilələrdə əks olunmuş məbləğlərin sonradan iddiaçı tərəfindən cavabdehə göndərilməsi vəd olunsa da faktiki göndərilməmişdir. 2. Guya ki, iddiaçıdan alınmış pul, əslində isə cavabdehin özü tərəfindən qoyulmuş pul məbləği (iddiaçı and içə bilər ki, cəmi bircə dəfə 22 sentyabr 2021-ci il tarixində cəmisi 235 (iki yüz otuz beş manat) manat məbləğində pulu kart vasitəsi ilə cavabdehə göndəribdir) Rusiya Federasiyası ilə Ukraina Respublikasının sərhədləri çərçivələrində ticarət və digər kommersiya işlərinə qoyulmuşdu ki, gəlir əldə olunsun, yəni bu hal ilkin olaraq belə nəzərdə tutulmuş, planlaşdırılmışdır. Əldə olunmuş gəlir isə iddiaçı da pul verdikdən sonra, hər ikisinin arasında bölüşdürülməli idi. Lakin həmin vaxtlarda müharibə gərginliklərinin yaranması və hazırda da Rusiya Federasiyası və Ukrayna Respublikası aralarında müharibə baş verməsi səbəbindən və hal-hazırda da bu müharibənin davam etməsi səbəbindən, həmin pulların qoyulduğu sahədə ağır maddi itkilər baş vermiş, cavabdehin şəxsi pulları da daxil olmaqla bütün pullar batmışdır, yəni iddiаçı: İddiaçı оğlu və cаvаbdеh Cavabdeh оğlu aralarında Rusiya Federasiyasının Novosibirsk şəhərində bağlanmış olan 05 aprel 2021-ci il tarixli, 07 aprel 2021-ci il tarixli, 08 may 2021-ci il tarixli, 09 may 2021-ci il tarixli borc müqavilələrinin şərtlərində əks olunmuş fors-major hadisəsi baş vermişdir, yəni həmin müqavilələrin 4-cü maddəsinin (Forsmajor) 4.1-ci bəndində xüsusi olaraq qeyd olunmuş olan müharibə və müharibə hərəkətləri baş vermişdir. Bu fors-major hadisəsinin sübutları isə hamının gözü qarşısındadır, bu hal, sübutu tələb olunmayan hamıya məlum faktiki prosesdir. Bu səbəbdən də müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zərurəti aradan qalxmışdır. Cаvаbdеh öz nümayəndəsi olan vəkilinə bildirmişdir ki, cavabdeh iddiaçının onun oğlu ilə bağlı etdiyi real hədə-qorxuları qarşısında, 3350.00 (üç min üç yüz əlli dollar) ABŞ dolları məbləğində faktiki olmayan, lakin iddiaçının tələb etdiyi borcu nəğd şəkildə iddiaçı: İddiaçı 2021-ci ilin may və avqust aylarında və 2022-ci ilin noyabr ayında artıq qaytarmışdır (2021-ci ilin may ayında 1000 (bir min) ABŞ dolları, avqust ayında isə 2 dəfə 50000 (əlli min) rubl olmaqla 100000 (bir yüz min) rubl məbləğində və müvafiq kursla hesablandıqda 1350 (bir min üç yüz əlli) ABŞ dolları məbləğində olmaqla, cəmi, 2021-ci ilin may və avqust aylarında 2350.00 ABŞ dolları, həmçinin 2022-ci ilin noyabr ayında 1000 (bir min) ABŞ dolları məbləğində olmaqla, ümumilikdə 3350.00 (üç min üç yüz əlli) ABŞ dolları. İddiaçının heç bir vəsait qoymaya-qoymaya, birgə biznesdəki itkilərə şərik olmasından qəti imtina etməsi halı da nəzərə alınarsa, yəni bütün itkilər cavabdehin üzərinə düşərsə, hazırda cavabdehin iddiaçıya, əslində faktiki də olmayan, ancaq imzalanmış müqavilələrə görə əsaslansaq, 26382,75 (iyirmi altı min üç yüz səksən iki dollar 75 sent) ABŞ dolları (297xx.xx-3350.0=26382.75) məbləğində faktiki olmayan borcu qalmışdır. Müharibə səbəbindən biznes tamamilə batdığından, cavabdeh müflis (bankrot) olduğundan, iddiaçının real hədə-qorxularına belə baxmayaraq, faktiki olmayan, borcun dərhal qaytarılması mümkün olmamışdır. Lakin cavabdehə ilkin olaraq, birgə biznesin inkişafına guya ki, iddiaçı tərəfindən qoyulduğunu iddia etdiyi - fərz edilən 29732.75 (iyirmi doqquz min yeddi yüz otuz iki dollar 75 sent) ABŞ dolları məbləğində faktiki olmayan borca görə müqavilələrə müvafiq faiz hesablanmışdır və bir müddətdən sonra iddiaçıya cavabdeh tərəfindən həmin hesablanmış faiz verilə bilmədiyindən, iddiaçı 29732.75 (iyirmi doqquz min yeddi yüz otuz iki dollar 75 sent) ABŞ dolları məbləğində faktiki olmasa da, müqavilələrlə nəzərdə tutulmuş, lakin iddiaçının faktiki göndərmədiyi- vermədiyi, elə buna görə də ola da bilməyəcək ödəniş qəbzlərinin yoxluğu səbəblərindən təsdiqlənməyən “borca” görə, gələcək ödənilməli faizləri də hesablayıb nəzərə almaqla, cavabdehdən ümumilikdə 100000 (bir yüz min) ABŞ dolları məbləğində pul tələb etmişdir. Cavabdeh isə iddiaçıya bu məbləğdə, ümimiyyətlə (faktiki olmayan) borcu olmadığı halda, onun, yəni cavabdehin Ukraynada o vaxt tələbə olan oğlu X2 iddiaçının öldürtməklə təhdid etməsi səbəbindən, oğlunu öldürməsinlər və ya ona xəsarət yetirməsinlər deyə, bu məbləğdə borc barədə əlyazma arayış yazıb ona, iddiaçıya telefonla göndərməyə məcbur olmuşdur. Bundan sonra, iddiaçı cavabdehdən tələb etmişdir ki, o telefonda dediyi sözləri, cavabdeh təkrarlasın ki, bunun müqabilində iddiaçı da onun ailə üzvlərinə xətər yetirməsin. Müqavilələrdə göstərilmiş borc məbləğləri müqabilində hesablanmış faizlər də nəzərə alınmaqla cəmi 100000 (bir yüz min) ABŞ dolları məbləğində pul qaytaracağı barədə əlyazma arayışın surətini də cavabdeh məcbur qalıb, iddiaçı: İddiaçı ona görə göndərmişdir ki, o, yəni iddiaçı: İddiaçı onun, yəni cavabdehin Ukraynada o vaxt tələbə olan oğlunu bu pulu və əlavə hesabladığı faizlərlə verəcəyini vəd etməsi müqabilində öldürtməyəcəkdir. İddiaçı cavabdehin ailə üzvünüoğlunu öldürtməklə dəfələrlə hədələmiş və ailə üzvünü öldürtməyəcəyi şərti müqabilində, ondan qeyd olunan pulların veriləcəyi vədlərini almışdır. İddiaçını bu cür qara fikirlərini reallaşdırmasından çəkindirmək üçün, cavabdeh məcbur qalıb, iddiaçının tələb etdiyi və istədiyi bütün hərəkətləri etmişdir. Cavabdeh, iddiaçını bu cinayət xarakterli fikirlərindən daşındırsın deyə, qeyd olunan məbləğdə borc pul barədə qəbz yazmaq hərəkətlərini etməyə məcbur qalmışdır. Məqsəd ondan ibarət olmuşdur ki, iddiaçı bu real hədə-qorxu hərəkətlərini həyata keçirtməsin, yəni cinayətkar fikirlərindən daşınsın. İddiaçının cavabdehə, onun oğlunun həyatı ilə bağlı hədə-qorxular gəlməsi nəticəsində, cavabdehin yaşadığı stresslər səbəbindən cavabdehin sağlamlığına ağır zərərlər dəymişdir. Buna görə də, 2022-ci ilin yayında Rusiya Federasiyasından Azərbaycana, xəstə anasını görmək məqsədi ilə qayıtdıqdan sonra, iddiaçı tərəfindən ona gəlinmiş real hədə-qorxuların nəticəsində, onun səhhətində ağır problemlərin olduğu aşkar olunmuş və cavabdeh məcbur qalıb, həkimə müraciət etmişdir. Nəticədə, Аzərbаycаn Rеspublikаsı Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 081714 saylı, 29 sentyabr 2022-ci il tarixli xəstəlik tarixçəsindən çıxarışdan da göründüyü kimi cavabdeh güclü streslərlər keçirmiş, onun psixikası tamamilə pozulmuş və nəticədə, 15 avqust 2022-ci il tarixdə o, həkimə müraciətindən sonra, sağlamlıq durumunun pis olması səbəbindən Аzərbаycаn Rеspublikаsı Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. Cavabdeh 15 avqust 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixə kimi Аzərbаycаn Rеspublikаsı Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında əvvəl stasionar, sonra ambulator müalicədə olmuş, sonuncu tarixdə sahə həkimi tərəfindən xüsusi nəzarətə götürülməsi şərti ilə evə yazılmışdır. Аzərbаycаn Rеspublikаsı MM-nin 339.4-cü mаddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin birbirinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikasının MM-nin 340-cı maddəsinə əsasən, “Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” Azərbaycan Respublikasının MM-nin 351-ci maddəsinə əsasən, “Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır... 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.” Cavabdeh 2022-ci ilin yayında Azərbaycana, xəstə anasını görmək üçün gəlmiş, iddiaçı bundan xəbər tutub, 2022-ci ilin iyul ayında öz qardaşları və digər bir neçə nəfərlə cavabdehin pasport qeydiyyatı üzrə olan ünvanına gəlmiş, orada cavabdehin böyük qardaşına məsələ barədə yalan məlumatlar vermiş, o isə öz növbəsində bu işlərdən məlumatsız olduğunu, məsələni araşdırdıqdan sonra onlara bir məlumat verəcəyini iddiaçının qardaşına demiş, bir müddət onu gözləməyi xahiş etmişdir. Lakin iddiaçı: İddiaçı оğlu isə 2022-ci ilin avqust ayının 14 və 23 tarixlərində Masallı rayon Polis şöbəsinə şikayət ərizələri ilə müraciətlər edib, 2021-ci iln aprel ayından 2022-ci iln aprel ayına kimi cavabdehə banklar vasitəsi ilə (müvafiq qəbzləri təqdim etsəydi sübut oluna bilərdi, lakin yalan olma səbəblərindən həmin qəbzləri təqdim edə bilməz) hissə-hissə 50.000 (əlli min) ABŞ dolları (yəni 85 min manat) məbləğində borc verdiyini - pul göndərdiyini tamamilə əsasız olaraq, iddia etmiş və cavabdehin dələduzluq cinayətini törətməsini iddia edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdir. Çox maraqlısı isə bundadır ki, 14 avqust 2022-ci il tarixli Masallı Rayon Polis Şöbəsinə ünvanladığı ərizəsində iddiaçı cavabdehin ona 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində pul göndərməsini qeyd edir. Ən maraqlısı ondadır ki, iddiaçı Masallı Rayon Polis Şöbəsinə vermiş olduğu izahatında 05 aprel 2021-ci il tarixdə cavabdehin “Sberbank” kartına 5.000 ABŞ dolları məbləğində pul göndərməsini qeyd edir, dalınca isə cavabdehin isə 2021-ci ilin may ayında iddiaçının oğlu Rafəddinə 1000 (bir min) ABŞ dolları, iki ay sonra isə 500 (beş yüz) ABŞ dolları məbləğində pul verməsini etiraf edir. İddiaçı Masallı Rayon Polis Şöbəsinə verdiyi izahatında göstərir ki, 2021-ci iln iyun ayından 2022-ci ilin iyun ayına kimi cavabdehə hansı vasitə ilə olmasını qeyd etməməklə (müvafiq qəbzləri təqdim etsəydi sübut oluna bilərdi, lakin yalan olma səbəblərindən həmin qəbzləri təqdim edə bilməz) hissə-hissə 16.000 (on altı min) ABŞ dolları məbləğində borc verdiyini - pul göndərdiyini göstərir. Burada xüsusi olaraq qeyd edək ki, 14 və 23 tarixlərində iddiaçı Masallı Rayon Polis Şöbəsinə şikayət ərizələri ilə müraciətlər edib, 2021-ci iln aprel ayından 2022-ci iln aprel ayına kimi cavabdehə banklar vasitəsi ilə hissə-hissə 50.000 (əlli min) ABŞ dolları (yəni 85 min manat) məbləğində borc verdiyini - pul göndərdiyini sözdə göstərmişdir. İddiaçının elə özünün Masallı Rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizələrində və Masallı Rayon Polis Şöbəsində verdiyi izahatında qeyd etdikləri ziddiyyətlərlə dolu olduğundan, bu hallar onu sübut edir ki, iddiaçı iddia ərizəsində tamamilə yalan iddialar irəli sürmüşdür. 2022-ci ilin avqust ayında Masallı Rayon Polis Şöbəsində iddiaçının və cavabdehin iştirakları ilə onların aralarında olan pul məsələləri barədə iddialar həmin şöbədə geniş şəkildə araşdırılmışdır və bu məsələdə cinayət tərkibinin olmadığından mülki qaydada məhkəmə icraatının mümkünlüyü barədə qərar qəbul edilərək iddiaçıya müvafiq hüququ izah olunmuşdur. Cavabdeh digər faizləri nəzərə almaqla, iddiaçı tərəfindən ona və ailə üzvünə qarşı başqa qanuna zidd hərəkətlər olmasın deyə və bu barədə Masallı Rayon Polis Şöbəsinə hər hansı bir məlumat vermədən, iddiaçıya faktiki ümumiyyətlə borclu olmadığı halda, iddiaçının hədə - qorxularından canını qurtarmaq və ailə üzvlərini real təhlükədən qorumaq üçün faktiki borclu olmadığı 50.000 (əlli min) ABŞ dolları (yəni 85 min manat) məbləğində pulu hissə-hissə 31 may 2023-cü il tarixədək iddiaçıya qaytaracaqını öhdəsinə götürmüşdür. Masallı Rayon Polis Şöbəsində araşdırma zamanı əlavə 100000 (bir yüz min) ABŞ dolları məbləğində və ya digər hər hansı borc pulun olması barədə məsələ, belə bir halın qətiyyən olmaması səbəblərindən, haqlı olaraq heç müzakirə belə olunmamışdır. Cavabdeh isə iddiaçının heç bir əsas olmadığı halda, iddia etdiyi 50.000 (əlli min) ABŞ dollarını (85 min manat) hissə-hissə 31 may 2023-cü il tarixədək qaytarmaq öhdəliyini yerinə yetirmək məqsədilə, cavabdehin özünün ağır sağlamlıq problemləri olmasına baxmayaraq, Rusiyanın Novosibirsk şəhərinə qayıtmış və oradan 2022-ci ilin noyabr ayında 1000 (bir min) ABŞ dolları (1710.00 manat) məbləğində pulu iddiaçının bank kartına göndərmişdir (müvafiq qəbz əlavə olunur). İddiaçı: İddiaçı оğlu bir müddət sonra, əsassız olaraq, hətta cavabdehin ona faktiki, real olaraq heç bir borcu olmadığı halda, 50000 (əlli min) ABŞ dolları məbləğində olan əsassız tələb irəli sürməsini özü üçün çox az hesab etmiş, bununla kifayətlənməyərək, hələ Rusiyada olarkən cavabdehi, onun Ukraynada yaşayan oğlunu öldürtməklə dəfələrlə hədələyib, müqabilində aldığı, ümumilikdə guya ki, cavabdehə borc verib, həmin məbləği indi geri qaytaracağını təsdiq arayışını, əslində isə hədə-qorxu ilə aldığı 100000 (bir yüz min) ABŞ dolları məbləğində borc arayışını da ayrıca, əlavə borc kimi təqdim edərək, 27 fevral 2023-cü il tarixdə Mingəçevir şəhər Məhkəməsinə iddia ərizəsi təqdim edərək, ümumilikdə 150000 (bir yüz əlli min) ABŞ dolları məbləğındə, əslində isə faktiki olmayan borcun iddiasını Mingəçevir şəhər Məhkəməsində qaldırmışdir. Yəni, iddiaçı: İddiaçı оğlu yalnız 100000 (bir yüz min) ABŞ dolları məbləği barədə iddia ilə də kifayətlənməyərək, 27 fevral 2023-cü il tarixdə Mingəçevir şəhər Məhkəməsinə iddia ərizəsi yazaraq, artıq, cavabdehdən ümumilikdə 100.000 (bir yüz min) ABŞ dolları və 85.000 (səksən beş min) AZN məbləğində, əslində cavabdehə qətiyyən vermədiyi, yəni cavabdehin oğlunu təhdidi səbəbindən stress keçirməsi ilə əlaqədar zəif iradəli və köməksiz şəxs olmasından istifadə edib, qətiyyən olmayan, lakin hədə-qorxu gəlməklə almaq istədiyi pul tələbi ilə, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün Dövlət rüsumu kimi ödədiyi 545 (beş yüz qırx beş) manat pulun da tələbi daxil olan tələblə Mingəçevir şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh tərəf məhkəmədən xahiş edir, nəzərə alsın ki, iddiaçı tərəf iddialarını hansı səbəblərdən gündən günə getdikcə böyütmüş, böyütməsinin səbəblərini göstərməli, birinci növbədə sübut etməlidir ki, iddiasını getdikcə böyütməklə yanaşı iddia ərizəsində əks etdirdiyi pulları cavabdehə necə və hansı qanunamüvafiq qəbzlərlə və ya yollarla vermişdir. İddiaçı tərəf öz əsassız iddialarını sübut etməli, əsassız iddia ərizəsi ilə tələb etdiyi pulların cavabdehə göndərilmə və ya təqdim etmə hallarını və müqavilədə qeyd olan, faktiki isə iddiaçının vermədiyi pul məbləğlərinin, əgər vermişdirsə, onda cavabdehə göndərilmə qəbzlərini heç olmazsa məhkəməyə təqdim etməlidir. Cavabdeh onsuz da bilir ki, iddiaçı hədə-qorxu ilə ondan pul tələb edir. İddiaçının pul məbləğlərini tələb etməsi ancaq onun əsassız arzularına və daim daha çox pul tələb etmə iştahlarına görə ola bilməz. Göründüyü kimi cavabdehin, iddiaçı: İddiaçı оğluna müqavilələrdən görünən və ödəniş qəbzləri ilə təsdiqlənməyən, faktiki cavabdehə verilməyən, cəmi 29732.75 (iyirmi doqquz min yeddi yüz otuz iki dollar 75 sent) ABŞ dolları məbləğində olan puldan nəğd şəkildə ödədiyi 3350.00 (üç min üç yüz əlli dollar) ABŞ dolları məbləğində geri ödəməni çıxdıqdan sonra, qalıq qalan, lakin faktiki borc olmayan 26382,75 (iyirmi altı min üç yüz səksən iki dollar 75 sent) ABŞ dolları məbləğində borcunun, yalniz müqavilə sənədlərdə əks olduğu halda, bu məbləğlərə münasibətdə iddiaçının cəmisi 235 manat pul qoyduğu halda, birgə biznes işlərinin batması nəticəsində isə itkilərin hamısını cavabdehin yalnız öz üzərinə götürməsi nəticəsində yarandığı halda, iddiaçı Masallı rayon Polis Şöbəsinə ünvanladığı şikayətində həmin borcun 50.000 (əlli min) ABŞ dolları məbləğində olduğunu iddia etmişdir. İddiaçı hələ cavabdeh Rusiyada olarkən ona hədəqorxu gəlməklə, tələbi 50.000 (əlli min) ABŞ dolları məbləğində olan tələbə, sonra isə 50000 (əlli min) ABŞ dolları məbləğindəki tələblə də qane olmayaraq, yəni əsassız tələb irəli sürməkdə davam edərək, bu məbləğdə də dayanmayaraq, kifayətlənməyərək cavabdehin ailə üzvünü, bu halda oğlunu öldürtməklə hədələyib, cavabdehi ağır psixi xəstə vəziyyətinə salıb, hədə-qorxu gələrək tələbi 100000 (bir yüz min) ABŞ dolları məbləğinə çatdırmış, stress vəziyyətində olan cavabdehdən, ona olan borcunu ümumilikdə 100000 (bir yüz min) ABŞ dolları məbləğində göstərməsini tələb etmiş və ona bununla bağlı əlyazma borc arayışını yazıb göndərməsini, hədə-qorxularını reallaşdırmamaq üçün bir şərt kimi irəli sürmüşdür. Sonra isə iddiaçı: İddiaçı оğlu bu 100000 (bir yüz min) ABŞ dolları məbləğindəki tələblə də kifayətlənməyərək, 27 fevral 2023-cü il tarixdə Mingəçevir şəhər Məhkəməsinə iddia ərizəsi yazaraq, cavabdehdən almaq istədiyi məbləği daha da artıraraq, böyüdərək, ayrıca olaraq 100.000 (bir yüz min) ABŞ dollarında tələb kimi ayrıca və əlavə də 85.000 (səksən beş min) AZN məbləğində ayrica pul tələbi kimi irəli sürmüşdür. Yuxarıda qeyd etdikləri ilə əlaqədar, cavabdeh tərəf Məhkəmədən xahiş edir ki, cavabdehin iddiaçı: İddiaçı оğluna müvafiq maliyyə sənədləri ilə təsdiq edilmədiyi, lakin qarşılıqlı imzalanaraq yazılmış müqavilə sənədlərinə əsasən isə faktiki olaraq heç bir borcunun olmamasına baxmayaraq, ödədiyi 3350.00 (üç min üç yüz əlli) ABŞ dolları çıxıldıqdan sonra qalıq qalan 26382,75 (iyirmi altı min üç yüz səksən iki dollar 75 sent) ABŞ dolları (297xx.xx-3350.0=26382.75) məbləğində borcunun olmasını etiraf etməyə məcbur qalsa da, faktiki onun iddiaçıya heç bir borcunun olmaması səbəbindən, iddiaçı: İddiaçı оğlunun bu borcu təsdiq edən maliyyə sənədləri olmadığından və bu səbəbdən də belə sənədi təqdim edə bilmədiyindən və onun iddialarınin tamamilə əsassız və böhtan olduğundan, iddia təmin olunmamalıdır - rədd olunmalıdır. İddiaçı məhkəməyə etiraz ərizəsinə etiraz ünvanlayaraq bildirdi ki, Cavabdeh qarşı pul tələbi barədə iddia qaldırmışdır. İddia tələbini tam şəkildə müdafiə edir. Cavabdehin iddia ərizəsinə etiraz ərizəsi tam əsassızdır və onun əsassızlığını aşağıdakı fikirləri ilə sübüt edəcəkdir. 1) Cavabdeh ərizəsində qeyd edir ki, müqavilə başqa ölkədə bağlandığına görə Mingəçevir şəhər məhkəməsində baxıla bilməz. Cavab: iddia cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə verilir. Cavabdeh hal-hazırda Mingəçevir qeydiyyatındadır. O cavabdehlə müqaviləni Azərbaycanda olarkən bağlamışdır.2) Cavabdeh qeyd edir ki, müharibə səbəbindən götürdüyü pulları qaytara bilməmiş, qurmuş olduğu biznes çökmüşdür. Cavab: o cavabdehə pulları göndərəndə Rusiya-Ukrayna müharibəsi başlamamışdır. Həmin dövürdədə cavabdeh ona pul qaytarmamışdır. Ümumiyyətlə cavabdehin biznesi olmamış və onu aldatmışdır. Müqavilələrin müddəti 6 ay olmuş, lakin üzərindən 1 ildə keçdikdən sonra müharibə başlamışdır. Ona müqavilədən əlavə digər bizneslərin qurulmasından ötrü çoxlu pullar göndərmişdir. Həmin pulları cavabdeh birinci qəbzində təsdiq etdikdən sonra ona ikinci dəfə pullar göndərmişdir. 3) Cavabdeh ərizəsində 29732.75 ABŞ dollarını qəbul edir. 100000 ABŞ dolları qəbzi isə məcbur qalaraq iddiaçıya göndərmişdir. Çünki iddiaçı onu oğlunu öldürməklə hədələmişdir. Cavab: cavabdeh ona şər və böhtan atır. O heç vaxt onu və ailəsini ölümlə hədələməmişdir. Cavabdehin oğlanları onun Masallıdakı evində günlərlə qonaq qalıblar. O cavabdehə göndərdiyi pulları ala bilmədikdə cavabdeh ondan təkrar pul istəmişdir. O öz növbəsində cavabdehə pul göndərməmişdir. Cavabdeh dəfələrlə ondan xahiş edərək yenidən pul istədiyini, köhnə borcunuda tez bir zamanda qaytaracağını və bu barədə ona yazılı qəbz verəcəyini bildirmişdir. Votsap üzərindən onlayın danışaraq özü xətti ilə ona qəbzi yazıb göndərmişdir. Daha sonra ona yenidən Rusiya Federasiyasına pullar göndərmişdir və Mingəçevirdə olan ailəsinədə cavabdehin xahişi ilə pul vermişdir. Qəbzi təsir altında yazmağı barədə və onu hədələmiyi barədə hər hansı bir sübutu varsa məhkəməyə təqdim etsin. Cavabdehdən etdiyi şikayət əsasında X5 araşdırma aparılmış və cavabdeh ona ikinci bir qəbz yazaraq 85000 manat borclu olduğunu etiraf etmişdir. Hər ay hissə-hissə ödəyəcəyinə söz versədə keçmiş müddət ərzində cəmi kartına 1710 manat pul ödəmişdir. Dəfələrlə cavabdehə borcun qaytarılması barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, əlavə olaraq onu qeyd etdi ki, cavabdeh tərəf onu aldatmışdır, ondan borc pulu həm özünün, həm də onun əlavə gəlir əldə etməsi üçün almışdır. Lakin, uzun müddət keçməsinə baxmayaraq cavabdeh nə iş görmüşdür, nə də pulu qaytarmışdır. Cavabdeh borcundan yalnız 2250 ABS dolları ödəmişdir, iddianın qalan hissədə təmin edilməsi barədə qətnamə qəbul edlməsini xahiş etdi. Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, həmin qəbzlər, eyni zamanda polis bölməsində yazılan qəbzdə cavabdeh tərəfindən yazılsa da, hədə qorxu altında yazılmışdır, ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan əlyazmadan (qəbzdən) görünür ki, Cavabdeh İddiaçı 100000 (yüz min) ABŞ dolları məbləğində borcu yaranmışdır. İşdə olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 85000 (səksən beş min) manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 100000 (bir yüz min ) manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan sorğu ilə əldə edilmiş HK-1/2162 saylı işin materiallarında olan Cavabdeh izahatından görünür ki, Cavabdeh İddiaçı 100000 (yüz min) ABŞ dolları məbləğində borcu yarandığını etiraf edir. (video disk işə əlavə edilmişdir) Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, Cavabdeh iddiaçıya 97750 (doxsan yeddi min yeddi yüz əlli) ABŞ dolları, 85000 (səksən beş min) manat məbləğində borcu yaranmışdır. Sonradan cavabdeh borcun ödənilməsindən yayınaraq iddiaçıya olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin vəkilinin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər arasında razılaşma olmuşdur. Razılaşmaya əsasən cavabdeh tərəf həm özünün, həm də iddiaçının, əlavə gəlir əldə etməsi üçün ondan borc pul almışdır ki, almışdır. Lakin, uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəf nə iş görmüşdür, nə də pulu qaytarmışdır. Lakin, sonradan iddiaçı pulunu tələb etdikdən sonra cavabdeh bu barədə iki ayrı qəbzlər imzalamaqla (85000 (səksən beş min) və 100000 (bir yüz min )) iddiaçıya olan borcunu qaytarmağı öz öhdəsinə götürmüşdür. Belə ki, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtinə görə borc verən pulu və ya digər əvəz edilən əşyaların mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürməli, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik hüquq münasibəti yarandığından cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıdığından iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı müəyyən pul məbləğini vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıya verməyi öhdəsinə götürməsinə dair iki ayrı-ayrı qəbzlər imzalamış (85000 (səksən beş min) və 100000 (bir yüz min )) və sonradan həmin qəbzləri hədə-qorxu altında yazıldığını bildirsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda borcu ödəməmişdir. Buna görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 97750 (doxsan yeddi min yeddi yüz əlli) ABŞ dolları və 85000 (səksən beş min) manat məbləğində pul alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən 545 (beş yüz səksən beş) məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 97750 (doxsan yeddi min yeddi yüz əlli) ABŞ dolları və 85000 (səksən beş min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 545 (beş yüz səksən beş) məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar