Məhkəmə qərarları › İş №2(051)-996/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-996/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-996/2021 28.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı:"xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2300 manat əsas, 1257.66 manat faiz borcu olmaqla, cəmi 3557.66 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 26.04.2021-ci il tarixi qərardadı ilə həmin məhkəmənin 17.10.2016-ci il tarixli, 2(051)-5179/2016 saylı məhkəmə əmri borclu Cavabdeh2 16.04.2021-ci il tarixli etiraz ərizəsinə əsasən ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia həcminin artırılması ilə bağlı məhkəməyə əlavə ərizə ilə müraciət edərək, cavabdehdən 2300 manat əsas, 804 manat faiz borcu, 726.10 manat müqavilə müddətindən sonra olan faiz (5%lə) olmaqla, cəmi 3830.10 manat məbləğində pulun və ödənilmiş 20.40 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi bankla Cavabdeh1 oğlu arasında 14 may 2013-cü il tarixli İ-060 “B” saylı kredit, Cavabdeh2 ilə bank arasında isə həmin tarixdə zaminlik müqaviləsi bağlanaraq borcalana 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə, 2300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan kredit və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclulara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklərini yerinə yetirilməmiş, borc ödənilməmişdir. Məhkəmə əmri çıxdıqdan sonra da borclular banka olan borclarını ödəməmişdir. Hazırda borclu Cavabdeh1 oğlunun banka 2300 manat əsas, 804 manat faiz borcu, 726.10 manat müqavilə müddətindən sonra olan faiz(5%lə) olmaqla, cəmi 3830.10 manat borcu vardır. Digər borclu Cavabdeh2 da zamin kimi əsas borclu ilə birgə məsuliyyət daşımasına baxmayaraq, kredit borcunu ödəməkdən yayınmışdır. Hesab edir ki, cavabdehlər kredit borcunu ödəməməklə təmsil etdiyi hüquqi şəxsi əlverişsiz vəziyyətə salmışlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 oğlu məhkəmə iclası zamanı iddia tələbini qəbul etmədi və göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “ ilə aralarında bağlanmış 14 may 2013-cü il tarixli İ-060 “B” saylı kredit müqaviləsinə əsasən alınmış 2300 manat pulu Yeganə adlı şəxsin xahişi ilə almışdır. Sonradan həmin şəxs bu pulu ödəməkdən imtina etmişdir və indiyədək ödəmir. Çünki həmin Yeganə adlı qadın onun adına saxta arayış alıb banka təqdim etmişdir. Halbuki, o, heç vaxt rəsmi olaraq heç bir müəssisədə işləməmişdir. Eləcə də, o, zamin duran şəxsi də tanımamışdır. Hesab edir ki, iddiaçının tələbi əsaslı deyildir. Odur ki məhkəmədən ərizəsində göstərilənləri nəzərə alaraq qətnamə çıxarılmasının xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı iddia tələbini qəbul etmədi və göstərdi ki, onun banka borclu olmasından xəbəri olmamışdır. O, heç vaxt bankla zamainlik müqaviləsi bağlamamış, hətta müqavilədə olan imza da onun tərəfindən icra edilməmişdir. Əsas borclu ilə də onun heç bir tanışlığı, dostluğu və qohumluğu olmamışdır. Belə olan halda onun əsas borcluya zamain durması mümkün deyildir. Hesab edir ki, bankın işçiləri və digər şəxslər tərəfindən onun adından sui-istifadə olmuşdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh1 oğlu arasında bağlanmış, 14 may 2013cü il tarixli İ-060 “B” saylı kredit müqaviləsindən görünür ki, cavabdeh bankdan 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə, 2300 manat borc almışdır. İşdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış, 14 may 2013-cü il tarixli İ- 060 “B” saylı zaminlik haqqında razılıqdan görünür ki, Cavabdeh2 Cavabdeh1 oğlunun 2300 manat məbləğində kredit öhdəliklərinin icrası ilə bağlı bank qarşısında borcalanla birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan 01 aprel 2016-cı il tarixli 131 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 oğlu 14 may 2013-cü il tarixli İ-060 “B” saylı kredit müqaviləsinə əsasən “Azərbaycan Beynəlxalq Bankı “ASC-nin Mingəçevir filialından 2300 manat vəsaiti şəxsən almışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə–hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, 14.05.2013– 14.05.2015-ci illər ərzində hər ay krediti hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 14.09.2016-cü il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlu və Cavabdeh2 “Azərbaycan Beynəlxalq Bankı “ASC-yə 2300 manat əsas, 804 manat faiz borcu vardır. İşdə olan 07.09.2021-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlu və Cavabdeh2 “Azərbaycan Beynəlxalq Bankı “ASC-yə 2300 manat əsas, 804 manat faiz borcu, 726.10 manat müqavilə müddətindən sonra olan faiz (5%lə) olmaqla, cəmi 3830.10 manat məbləğində borcu vardır. İşdə olan 19.11.2021-ci il tarixli “Ekspert Rəyi”nə əsasən, ekspertizaya təqdim olunmuş, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Süleymanov Elçin Mahir oğlu arasında bağlanmış 14.05.2013-cü il tarixli zaminlik haqqında razılıqda “ZAMİNİN İMZASİ”: qrafikasındakı imza- Cavabdeh2 tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 oğlu arasında 14 may 2013-cü il tarixli İ-060 “B” saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank Cavabdeh1 oğluna 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə, 2300 manat məbləğində kredit vermişdir. Bankla digər Cavabdeh2 arasında isə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 oğlu kredit müqaviləsinin şərtlərinə əsasən krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 2300 manat əsas, 804 manat faiz borcu, 726.10 manat müqavilə müddətindən sonra olan faiz(5%lə) olmaqla, cəmi 3830.10 manat borcu yaranmışdır. Cavabdeh2 da zaminlik müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik illik 24 faiz ödəmək şərti ilə, 2300 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə bank arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 oğlu öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MM–nin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında Cavabdeh1 oğlu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın müqavilə müddəti bitdikdən sonra əlavə 5 faiz dəymiş ziyan tələbi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, cavabdehlər iddiaçı bankdan götürdükləri kredit məbləğini gecikdirmiş və iddiaçı bankı əlverişsiz vəziyyətə salmışlar. Belə olan halda iddiaçı bankın cavabdehlərdən pul məbləğinin əsassız saxlanması ilə bağlı dəymiş ziyanı tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka 2300 manat əsas, 804 manat faiz borcu, 726.10 manat müqavilə müddətindən sonra olan faiz (5%) olmaqla, cəmi 3830.10 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, 14 may 2013-cü il tarixli İ-060 “B” saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada 2300 manat əsas, 804 manat faiz borcu, 726.10 manat müqavilə müddətindən sonra olan faiz(5%) olmaqla, cəmi 3830.10 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 20.40 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə əmri ləğv edildikdən sonra işə iddia icraatı qaydasında baxıldığından, ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb elektron hökumət portalına ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada 2300 (iki min üç yüz) manat əsas, 804 (səkkiz yüz dörd) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 726.10 (yeddi yüz iyirmi altı manat 10 qəpik) manat, cəmi 3830.10(üç min səkkiz yüz otuz manat 10 qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 20.40 (iyirmi manat qırx qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 10 (on) manat məbləğində dövlət rüsumu alınıb elektron hökumət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar