Məhkəmə qərarları › İş №2(051)-997/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-997/2020

30.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-997/2020 30.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi və Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, iddiaçı: X1 cavabdeh: Cavabdeh qarşı «Alimentin miqdarının artırılması tələbinə dair » tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müə y y ə n etdi : İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(051)-878/2017 nömrəli qətnaməsi ilə cavabdeh Ağdaş rayonu,Qarağan-Saatlı kəndində yaşayan Cavabdeh birgə nikahımızdan anadan olmuş uşağımız xx xxxx 2011-ci il təvəllüdlü İsmayilov X4 mənim xeyrimə qət edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq həmin uşağın 18 yaşına kimi saxlanılmasıüçün Cavabdeh mənim xeyrimə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçıX3ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddia tələbinin baxılmamış saxlanmasını və iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin baxılmamış saxlanması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunda cavabdeh məhkəmədə iştirak etmədikdə, iddiaçının ərizəni geri tələb etməsinə əsasən iddianın baxılmamış saxlanmasını nizamlayan xüsusi prosessual norma nəzərdə tutulmasa da məhkəmə hesab edir ki, məhkəmə prosesində cavabdehin etirazı olmadığı halda iddiaçının xahişi ilə iddia ərizəsinin geri qaytarılması tərəflərin mənafelərinə zidd deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsi iddia tələbinin baxılmamış saxlanmasını iddiaçının iradəsi və cavabdehin etirazının olmaması ilə şərtləndirir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinə ərizənin geri qaytarılmasına etiraz etməməsi kimi qiymət verir və iddia ərizəsinin baxılmamış saxlanmasını qanuni və əsaslı sayır. Tərfələrə izah olunmalıdır ki, iddia ərizəsinin baxılmamış saxlanması həmin tələblə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263, 264, 267, 395 və 396-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X2 Cavabdeh qarşıtorpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən 10 gün müddətində qərardaddan Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar