Məhkəmə qərarları › İş №2(052)-17/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-17/2023

05.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-17/2023 05.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Soyuducu Samsung üçün 1270 manat ödənilməmiş hissə, 127 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Paltaryuyan Samsung üçün 1049.6 manat ödənilməmiş hissə, 104.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə HOFFMANN SİAC kondisioner üçün 246.4 manat ödənilməmiş hissə, 24.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********46032 Samsung Galaxy A31 markalı telefon üçün 90 manat ödənilməmiş hissə, 9 manat cərimə, ümumilikdə 2921 manat borc və 49.21 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində təşkilatın tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Soyuducu Samsung, Paltaryuyan Samsung, HOFFMANN SİAC kondisioner, İMEİ kodu **********46032 olan Samsung Galaxy A31 markalı telefon almış və nəticədə 2921 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1543.5 (bir min beş yüz qırx üç manat əlli qəpik) manat (18 ay x 80 manat + 103.5 manat ilkin ödəniş) olan Soyuducu Samsung üçün ümumilikdə 1397 (bir min üç yüz doxsan yeddi) manat olmaqla ondan, 1270 manat ödənilməmiş hissə, güzəşt olunaraq 127 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1161.6 (bir min yüz altmış bir manat altmış qəpik) manat (yəni 24 ay x 48.4 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Samsung üçün ümumilikdə 1154 (bir min yüz əlli dörd) manat olmaqla, ondan 1049.6 manat ödənilməmiş hissə, 104.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 669.6 (altı yüz altmış doqquz manat altmış qəpik) manat (yəni 3 ay x 125.7 manat + 292.5 manat ilkin ödəniş) olan HOFFMANN SİAC kondisioner üçün ümumilikdə 271 (iki yüz yetmiş bir) manat olmaqla ondan, 246.4 manat ödənilməmiş hissə, 24.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 754.8 (yeddi yüz əlli dörd manat səksən qəpik) manat (yəni 12 ay x 62.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********46032 Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə 99 (doxsan doqquz) manat olmaqla ondan, 90 manat ödənilməmiş hissə, 9 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1473.5 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1543.5 (bir min beş yüz qırx üç manat əlli qəpik) manat (18 ay x 80 manat + 103.5 manat ilkin ödəniş) olan Soyuducu Samsung alıcıya hissə-hissə ödənişlər etmək şərti ilə verilmiş, alıcı verilmiş malı qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1161.6 (bir min yüz altmış bir manat, altmış qəpik) manat (yəni 24 ay x 48.4 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Samsung alıcıya hissə-hissə ödənişlər etmək şərti ilə verilmiş, alıcı verilmiş malı qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 669.6 (altı yüz altmış doqquz manat, altmış qəpik) manat (yəni 3 ay x 125.7 manat + 292.5 manat ilkin ödəniş) olan HOFFMANN SİAC kondisioner alıcıya hissə-hissə ödənişlər etmək şərti ilə verilmiş, alıcı verilmiş malı qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 754.8 (yeddi yüz əlli dörd manat, səksən qəpik) manat (yəni 12 ay x 62.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********46032 olan Samsung Galaxy A31 markalı telefon alıcıya hissə-hissə ödənişlər etmək şərti ilə verilmiş, alıcı verilmiş malı qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Göründüyü kimi, Cavabdeh "xxxx" MMC ilə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu vaxtında ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2022-ci il tarixə cavabdehin təşkilata olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi tələb edilən hissədə əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə Soyuducu Samsung üçün 1270 manat ödənilməmiş hissə, 127 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Paltaryuyan Samsung üçün 1049.6 manat ödənilməmiş hissə, 104.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə HOFFMANN SİAC kondisioner üçün 246.4 manat ödənilməmiş hissə, 24.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********46032 olan Samsung Galaxy A31 markalı telefon üçün 90 manat ödənilməmiş hissə, 9 manat cərimə, ümumilikdə 2921 manat borc və 49.21 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar