Məhkəmə qərarları › İş №2(052)-2/2024

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-2/2024

28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-2/2024 28.03.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X5 Kompleksi” MMC-nin Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Naftalan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Kompleksi” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə 9758.6 manat və ödənilmiş 117.58 manat dövlət rüsumu olmaqla, cəmi 9876.18 manat pulun cavabdehdən alınaraq “X5 Kompleksi” MMCyə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X3 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə 5668.60 manat və ödənilmiş dövlət rüsumuna görə 117.58 manat olmaqla, cəmi 5786.18 manat pul vəsaitinin cavabdehdən tutularaq “X5 Kompleksi” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərüfat Nazirliyinin Dövlət X4 Goranboy filialının verdiyi AZ 013440 nömrəli, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2017-ci il buraxılış ili, ******* ban nömrəli, ******* şassi nömrəli, **-AB-*** dövlət qeydiyyat nişanlı “Belarus” 80X markalı traktor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə 25 aprel 2022-ci il tarixdə bağlanmış ÖV- 03ÖV/20 nömrəli müqaviləyə əsasən “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsindədir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Goranboy-Naftalan avtomobil yolunun Goranboy rayonu Zeynallı kəndi ərazisinin 2-ci kilometrliyində Cavabdeh idarə etdiyi “Lexus 570” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə, iddiaçının istifadəsində olan mexanik X2 idarə etdiyi “Belarus” 80X markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun toqquşması nəticəsində traktorun sürücüsü Malik Qasımov yüngül dərəcəli bədən xəsarəti almış və Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin təşkilatın istifadəsində olan traktora da, əhəmiyyətli dərəcədə zərər dəymişdir. Toplanmış material Goranboy rayon Polis Şöbəsində araşdırılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 noyabr 2022-ci il tarixli qərar qəbul edilmiş və qərarın surəti Cavabdeh barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün Goranboy rayon X6 X8 göndərilmiş, daha sonra isə iş baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmədə işə baxılmış, bu zaman Cavabdeh özü səmimi olaraq yol hərəkəti qaydalarını pozduğunu etiraf etmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 8/2838 nömrəli rəyində Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu göstərilmişdir. Goranboy Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 200 manat məbləğində cərimə edilmişdir. Cavabdeh yol hərəkəti qaydalarını pozaraq **-AB-*** dövlət qeydiyyat nişanlı, “Belarus” 80X markalı traktorla toqquşması nəticəsində traktor yararsız vəziyətə düşmüş və iddiaçı təşkilata maddi ziyan dəymişdir. İddiaçının müraciətinə əsasən "xxxx" MMC traktora dəymiş zərərlə bağlı qüsur aktı təqdim etmiş və qüsur aktına əsasən traktorun bərpası üçün çəkilməli olan xərcin 9758.60 manat olması müəyyən edilmişdir. Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı traktora vurduğu 9758.60 manar zərəri iddiaçıya ödəməmişdir. Bununla yanaşı cavabdehin qeydiyyatda olduğu ünvan üzrə pretenziya məktubu göndərilməklə 3 iş günü ərizəndə dəymiş zərərin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Belə ki, sadalanan hallar Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı və qüsur aktı ilə öz təsdiqini tapmışdır. Beləliklə cavabdeh dəymiş maddi zərəri ödəmədiyindən məhkəməyə müraciət edilmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, əsl həqiqətdə baş vermiş yol nəqliyyat hadisəsində onun hər hansı bir təqsiri olmamışdır. Həmçinin hadisə zamanı dəymiş maddi ziyanın sığorta şirkəti tərəfindən tam şəkildə ödəniləcək olması ona bildirilmişdir. Bu səbədən polis şöbəsində yazılanlar ilə razılaşmış və hər hansı etirazını bildirmədən sənədləri imzalamışdır. Daha sonra məlum olmuşdur ki, həmin sənədlər əsasında dəymiş ziyan məbləği tam şəkildə ondan tələb edilir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İddiaçı “X5 Kompleksi” MMC-nin nümayəndəsi X3 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq 28 mart 2014-cü il tarixə təyin edilmiş məhkəmə iclasını onların iştirakı olmadan keçiriməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" ASC arasında imzalanmış 03-ÖV/20 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdləliklərin verilməsinə dair 25 aprel 2022-ci il tarixli ÖV-03-ÖV/20 saylı müqaviləyə əsasən 2017-ci il buraxılışlı, ******* ban nömrəli, ******* şassi nömrəli, **-AB-*** dövlət qeydiyyat nişanlı “Belarus” 80X markalı traktor “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətininin istifadəsindədir. AZ 013440 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2017-ci il buraxılışlı, 982445 mühərrik nömrəli, ******* ban nömrəli, ******* şassi nömrəli, **- AB-*** dövlət qeydiyyat nişanlı “Belarus” 80X markalı traktor “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsindədir. Goranboy Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 3(045)-1050/2022 saylı qərarından görünür ki, Cavabdeh İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli “qiymət təklifindən” görünür ki, sözügedən traktora dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan məbləğ 9758.60 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 14 dekabr 2023-cü il tarixli, 9/8368 nömrəli rəydə qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2017-ci il buraxılışlı, ******* ban nömrəli, “Belarus” 80X markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun təmir bərpa xərci təxminən 9120 manat (dəyişilməli hissələrin qiyməti – 6870 manat, təmirbərpa işlərinin qiyməti – 2250 manat) həcmindədir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X5 Kompleksi” MMC-nin hesabına 4090 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 dekabr 2017-ci il qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir: 1. hüquq mənasında sahibliyin müdafiəsi; 2. - fakt mənasında sahibliyin müdafiəsi. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması aşağıdakı ünsürlərin məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Odur ki, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə iddiaya münasibətdə qeyd edir ki, iddiaçı təşkilatın ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Odur ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə uyğun həll edilməlidir. Belə ki, həmin rəy ilə iddiaçı təşkilatın istifadəsində olan traktorun təmir bərpa xərcinin təxminən 9120 manat həcmində olması müəyyən edilmişdir. Bundan başqa o da qeyd edilməlidir ki, "xxxx" ASC tərəfindən “X5 Kompleksi” MMCnin hesabına 4090 manat sığorta ödənişi həyata keçirilməsi nəzərə alınarsa, nəticədə iddiaçı təşkilata dəymiş ziyanın 5030 (9120-4090=5030) manat məbləğində olması qənaətinə gəlinir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddiaçı təşkilat tərəfindən ödənilmiş 117.58 manat məbləğində dövlət rüsumunun 70 manat hissəsi cavabdehə aid edilməli və ondan tutularaq təşkilata ödənilməlidir. Bundan başqa iş üzrə məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5030 (beş min otuz) manat ziyan məbləği və ödənilmiş tələbə mütənasib olaraq 70 (yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı “X5 Kompleksi” MMC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar