Məhkəmə qərarları › İş №2(052)-238/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-238/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-238/2023 14.12.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə. İddiaçı «X6 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «X6 Azərbaycan» QSC iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 41641.83 USD əsas borc, 3237.88 USD faiz borcu, 739.19 USD cərimə borcu, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xidmətinə görə 8.25 manat xərcin və 30 AZN iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu olmaqla, cəmi 45618.90 USD və 38.25 manat borcun tutularaq “X6 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, banka olan borcun ipoteka qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 2013-cü il buraxılış tarixli, şassi/ban nömrəsi JTMHU09J2D4076482 olan, **-BA-*** dövlət qeydiyyat nişanlı, ağ-mirvari rəngli “X3” markalı nəqliyyat vasitəsinin hərracdan satılması, satışdan əldə edilən pul vəsaitindən “X6 Azərbaycan” QSC-nin xeyrinə tələb həcmində məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı «X6 Azərbaycan» QSC-nin nümayəndəsi Fariz Səmədzadə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40197.82 ABŞ dolları əsas borc, 5360.53 ABŞ dolları faiz borcu, 3655.39 ABŞ dolları cərimə, cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci 8.25 manat, həmçinin 30 AZN iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu olmaqla, cəmi 49213.74 ABŞ dolları və 38.25 manat borcun alınaraq “X6 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 2013cü il buraxılış tarixli, şassi/ban nömrəsi JTMHU09J2D4076482 olan, **-BA-*** dövlət qeydiyyat nişanlı, ağ-mirvari rəngli “X3” markalı nəqliyyat vasitəsinin hərracdan satılması və satışdan əldə edilən pul vəsaitindən “X6 Azərbaycan” QSC-nin xeyrinə tələb həcmində məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 12 avqust 2013-cü il tarixdə iddiaçı təşkilat ilə cavabdeh arasında 110084/02 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehə 36 ay müddətinə 57600 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 17 faiz dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. Borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 13 avqust 2013cü il tarixdə iddiaçı ilə cavabdeh arasında 110084/02 nömrəli ipoteka (girov) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 2013-cü il buraxılış tarixli, şassi/ban nömrəsi JTMHU09J2D4076482 olan, ** BA *** dövlət qeydiyyat nişanlı, ağ mirvari rəngli, X3 markalı nəqliyyat vasitəsi iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı, 083777 nömrəli çıxarış təqdim edilmişdir. İddiaçı müqavilə ilə üzərinə görürdüyü öhdəliyi tam icra etsə də cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, hətta kredit müqaviləsinin müddətinin bitməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi iddiaçıya olan borcunu ödəməmişdir. İddiaçı «X6 Azərbaycan» QSC-nin nümayəndəsi Fariz Səmədzadə tərəfindən məhkəməyə elektron ərizə göndərilərək işə onların iştirakı olmadan baxılması və iddia tələbinin tam təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı «X6 Azərbaycan» QSC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 110084/02 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, 57600 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı «X6 Azərbaycan» QSC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, “X3” minik markalı avtomaşın (şassi/ban JTMHU09J2D4076482, mühərrik 1GR A738500, rəngi: ağ mirvari) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 72000 ABŞ dolları məbləğində dəyərləndirilmişdir. İş materiallarında olan «X6 Azərbaycan» QSC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış “X3” minik markalı avtomaşına (şassi/ban JTMHU09J2D4076482, mühərrik 1GR A738500, rəngi: ağ mirvari) dair xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də qeydə alınmış, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 083777 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, həmin ərizə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də qeydə alınmışdır. İş materiallarında olan AB NO 880368 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2013-cü il olan, “X3 minik” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Cavabdehdur. İşin materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 40197.82 ABŞ dolları məbləğində əsas, 5360.53 ABŞ dolları faiz, 3655.39 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 49213.74 ABŞ dolları məbləğində kredit borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı təşkilat xx.xx.2013-cü il tarixli, 110084/02 nömrəli kredit müqaviləsi üzrə verdiyi krediti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 385.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 110084/02 nömrəli kredit müqaviləsi əsasında “X6 Azərbaycan” QSC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini “X6 Azərbaycan” QSC-yə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında “X6 Azərbaycan” QSC-dən kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit müqaviləsindən irəli gələn borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın xx.xx.2013-cü il tarixli, 110084/02 nömrəli kredit müqaviləsi üzrə 40197.82 ABŞ dolları əsas və 5360.53 ABŞ dolları faiz borcun ödənilməsi hissəsi əsaslıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilələrdən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 300 ABŞ dolları məbləğində saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumu və 8.25 manat poçt xərclərinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin borcun ipoteka predmetinə yönəldilməsi hissədə də, tələbi əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən nəqliyyat vasitəsinə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən avtomobilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İddianın “X3” minik markalı avtomaşının ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissəsini araşdıraraq məhkəmə hesab edir ki, məhkəmənin qətnaməsi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilərək, ipoteka predmeti hərracda satılarkən, əmlakın qiymətləndirilməsinə zərurət olduqda, hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti, icra məmurunun sifarişi əsasında dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən, Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Göründüyü kimi, məhkəmə qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın qiymətləndirici tərəfindən məcburi qaydada qiymətləndirilməsi aparılır və qiymətləndirici icra məmurunun sifarişi əsasında dəvət olunur. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 40197.82 ABŞ dolları əsas borc, 5360.53 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 45858.35 ABŞ dolları (ödəmə günü azərbaycan manatı məzənnəsi ilə) borc, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 8.25 manat poçt xərcləri tutulub iddiaçı «X6 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, borcun ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus “X3” minik markalı nəqliyyat vasitəsinə (qeydiyyat nömrəsi: ** BA ***, tip: universal, buraxılış ili 2013, rəngi: ağ mirvari) yönəldilərək avtomaşının açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən borc məbləğlərinin təmin edilməsi üçün iddiaçı «X6 Azərbaycan» QSC-yə ödənilməsi, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc ümumi qaydada Cavabdeh tutularaq iddiaçı «X6 Azərbaycan» QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: İddia qismən təmin edilsin. Cavabdeh 40197.82 ABŞ dolları əsas borc, 5360.53 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 45858.35 ABŞ dolları (ödəmə günü azərbaycan manatı məzənnəsi ilə) kredit borcu, 30 manat dövlət rüsumu və 8.25 manat poçt xərci tutularaq iddiaçı «X6 Azərbaycan» QSC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh məxsus olan ipoteka predmeti “X3” minik markalı nəqliyyat vasitəsinə (qeydiyyat nömrəsi: ** BA ***, tip: universal, buraxılış ili 2013, rəngi: ağ mirvari) yönəldilsin və nəqliyyat vasitəsi açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə edilən pul vəsaitindən tələb həcmində «X6 Azərbaycan» QSC-yə ödənilsin. Satışdan əldə edilən vəsait borc məbləğinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar