Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-27/2023 30.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ondan aldıqları 820 (səkkiz yüz iyirmi) manat pul vəsaitinin və ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər ana və oğuldurlar. Çimnaz 2021-ci ilin noyabr ayında oğlu Ömər ilə birlikdə onlara gələrək problemləri olduğu üçün pul lazım olduğunu bildirərək ondan 850 manat borc pul istəmişlər. O da, cavabdehləri tanıdığı üçün kömək etməyi fikirləşmişdir. Bu səbəbdən istədikləri 850 manat pulu cavabdehlərə vermişdir. Çimnaz da bu barədə ona qəbz yazıb vermiş və həmin qəbz ilə söz vermişlər ki, aldıqları pulu 2022-ci ilin yanvar ayında qaytaracaqlar. Artıq 2022-ci ilin dekabr ayıdır. Cavabdehlər bu müddətdə ondan aldıqları borc pulu qaytarmamışlar. O, dəfələrlə verdiyi borc pulu cavabdehlərdən istəsə də, hər dəfə tezliklə qaytaracaqlarına söz versələr də sonda müxtəlif bəhanələrlə buna əməl etmirlər. Çimnaz aldığı borc puldan yalnız 30 manatını ona qaytarmışdır. O, hətta cavabdehlərin bu hərəkətlərindən polis şöbəsinə şikayət etmiş, polis şöbəsindən işin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Odur ki, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iş materiallarına əlavə edilmiş əlyazma qəbzdən görünür ki, Cavabdeh2 oğlu Cavabdeh1 ilə birlikdə ondan qeyd edilən məbləği borc almış, lakin cavabdehlər almış olduqları borcu ona tam şəkildə qaytarmamışlar. Ümumi borc məbləğinin 30 manatı ona qaytarılmış olsa da, borcun 820 manat hissəsi qalmaqdadır. Həmçinin o, ödəmiş olduğu dövlət rüsumunu da cavabdehlərdən tələb edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan əlyazma qəbzdən görünür ki, Cavabdeh2 oğlu Ömərlə birlikdə 850 manat pul vəsaitini İddiaçı borc aldığını etiraf etmiş və yanvar ayında qaytaracağını bildirərək qəbzi imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik (borc) münasibətləri yaranmış, iddiaçı tərəf müəyyənəşdirilmiş pul məbləğini Cavabdeh2 borc vermiş, cavabdeh isə almış olduğu həmin məbləğin ona verilmiş olduğuna dair yazılı qəbz imzalamışdır. Hazırda iddiaçı hər iki cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vermiş olduğu məbləğin geri qaytarılmasını onlardan tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı ərizəsində Cavabdeh2 ilə yanaşı onun oğlu Cavabdeh1 da cavabdeh hesab etmiş və bunu cavabdehlərin borc alarkən birlikdə gəlmiş olması, həmçinin Cavabdeh2 imzalamış olduğu yazılı qəbzdə oğlu Cavabdeh1 da adını qeyd etmiş olması ilə əsaslandırmışdır. Lakin qəbzdən görünür ki, Cavabdeh2 oğlu Cavabdeh1 adını qəbzə qeyd etməsinə baxmayaraq həmin qəbz Cavabdeh1 tərəfindən imzalanmamışdır. Odur ki, məhkəmə iddianı digər Cavabdeh1 münasibətdə əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması hissəsinə münasibətdə də iddianı Cavabdeh2 münasibətdə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 820 (səkkiz yüz iyirmi) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(052)-27/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-27/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver