Məhkəmə qərarları › İş №2(052)-28/2025

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-28/2025

20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-28/2025 20.02.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-111/2020 saylı qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər bir uşaq üçün 250 manat olmaqla, iki uşaq üçün ümumilikdə 500 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı hazırlıq iclasında izahat verərək bildirdi ki, məhkəməyə alimentin artırılması barədə ərizə təqdim etdikdən sonra, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-111/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə ərizə ilə müraciət etmiş və ərizəsi təmin edilmişdir. Odur ki, hazırki iddianın baxılmasına zərurət qalmamışdır. Bu səbəbdən iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməsinə etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verdildiyi gündən 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar