Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-34/2023 12.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən evində suyun axıdılması nəticəsində vurduğu ziyanın məbləği olan 30.000 (otuz min) manat pulun və dövlət rüsümuna görə ödədiyi 180 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Cavabdeh üst qonşusudur. 16 oktyabr 2022-ci il və 14 noyabr 2022-ci il tarixlərdə ünvan 2 ünvanında yerləşən mənzildə təmir işləri gedərkən təmir aparan işçilərin və ev sahibinin iştirakı ilə istilik sistemi olan borular açıq vəziyyətdə saxlanıldığı üçün su təzyiqlə axaraq ona məxsus alt mərtəbədə yerləşən mənzilin bütün otaqlarını əşyaları ilə birlikdə islatmışdır. Bütün otaqların tavan hissəsi qopub tökülmüş, hamamda kafellər, divar kağızları qoparaq tam yararsız vəziyyətə düşmüş və bütün otaqlarda elektrik xətləri istifadəsiz hala gəlmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində ona 30.000 manat ziyan dəymişdir. O, dəfələrlə vurduğu maddi ziyanı ödəməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı 30.000 manat pul tələbi barədə iddiasından 11.500 manat ona dəymiş ziyan müqabilində imtina edir. Cavabdeh 11.500 manatı ona şəxsən ödəmişdir. Gələcəkdə cavabdehə qarşı qeyd olunan iddia ilə bağlı hər hansı tələb irəli sürə bilməyəcəkləri onlara izah olunmuşdur. İddiadan imtina barədə ərizəsinin qəbul olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilərək yekun qərar qəbul edilməsini xahiş etmişdir. Cavabden Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iddiaçının ona qarşı olan 30.000 manat pul tələbi üzrə iddiaçının atası (nümayəndəsi) Nümayəndə məhkəmə iclas zalında qarşılıqlı razılıq əsasında dəymiş ziyan kimi 11.500 manat pul ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin təqdim etdikləri yazılı ərizələri nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsində qeyd edilmişdir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191-ci maddəsində qeyd edilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Eyni Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etdiyi və bu imtina məhkəmə tərəfindən qəbul olunduğu üçün xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(052)-34/2023
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-34/2023
12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver