Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-6/2023 12.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən (birgə borclulardan) ona borclu olduqları 600 (altı yüz) ABŞ dolları və 3500 (üç min beş yüz) manat pul vəsaitinin, eyni zamanda məhkəmə xərcləri kimi ödəmiş olduğu 72 (yetmiş iki) manat dövlət rüsumunun və 502 (beş yüz iki) manat vəkilə (hüquqi xidmətlərə görə) ödədiyi məbləğin müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ər-arvaddırlar. Hər ikisini ailəvi olaraq tanımış və həmyerli kimi normal münasibətləri olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə ehtiyacları üçün ondan 600 (altı yüz) ABŞ dolları və 3500 (üç min beş yüz) manat pul vəsaiti borc almışlar. Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 ilə birlikdə qeyd edilən borc məbləğinin ondan alınması ilə bağlı yazılı qəbz vermişlər. Hazırda cavabdehlər ona olan borclarını qaytarmır, müxtəlif bəhanələr gətirərək günü-günə satırlar. O, artıq əmindir ki, cavabdehlər ona olan borcunu ödəmək istəmirlər. Hazırda hər iki cavabdehdən ona birgə borclu olduqları 600 dolları və 3500 manat pul vəsaitini, eyni zamanda məhkəmə xərci olaraq ödədiyi 72 manat dövlət rüsumunu və 502 manat vəkilə ödədiyi xərci tələb edir. Cavabdeh2 öz xətti ilə qəbz yazaraq özü və digər cavabdeh tərəfindən pul götürməsini etiraf etmişdir. İddiaçının nümayəndəsi (vəkil) X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iş materiallarına əlavə edilmiş əlyazma qəbzdən görünür ki, Cavabdeh2 əri Cavabdeh1 ilə birlikdə iddiaçıdan qeyd edilən məbləğləri borc almış, lakin cavabdehlər almış olduqları borcu iddiaçıya qaytarmamışlar. Belə ki, məhkəmənin əvvəlki iclaslarında cavabdehlərdən Cavabdeh1 da onların iddiaçıya qeyd edilən məbləğdə borclarının olduğunu qeyd etmişdir. Həmçinin iddiaçı ödəmiş olduğu dövlət rüsumunu və vəkil xərcini də cavabdehlərdən tələb edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 28 avqust 2021-ci il tarixli əlyazma qəbzdən görünür ki, Naftalan şəhəri 18-ci binada yaşayan Cavabdeh1 yoldaşı Cavabdeh2 İddiaçı 600 ABŞ dolları və 3500 manat pul vəsaitini aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik (borc) münasibətləri yaranmış, iddiaçı tərəf müəyyənəşdirilmiş pul məbləğlərini Cavabdeh2 borc vermiş, cavabdeh isə almış olduğu həmin məbləğlərin ona verilmiş olduğuna dair yazılı qəbz imzalamışdır. Hazırda iddiaçı hər iki cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vermiş olduğu məbləğlərin geri qaytarılmasını onlardan tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı ərizəsində Cavabdeh2 ilə yanaşı onun əri Cavabdeh1 da cavabdeh hesab etmiş və bunu alınmış borc vəsaitinin cavabdehlərin ümumi ailə ehtiyaclarına istifadə edilmiş olması, həmçinin Cavabdeh2 imzalamış olduğu yazılı qəbzdə əri Cavabdeh1 da adını qeyd etmiş olması ilə əsaslandırmışdır. Lakin qəbzdən görünür ki, Cavabdeh2 əri Cavabdeh1 adını qəbzə qeyd etməsində məqsədi borc məbləğini onunla birgə aldıqlarını göstərmək deyil, borc alanın məhz Cavabdeh1 arvadı Cavabdeh2 olduğunu göstərmək olmuşdur. Bundan başqa iddiaçı alınmış borc məbləğlərinin cavabdehlərin ümumi ailə ehtiyacları üçün istifadə olunduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iddianı digər Cavabdeh1 münasibətdə əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 72 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması hissəsinə münasibətdə iddianı tam əsaslı hesab etsə də (belə ki, iddiaçı tərəfindən ümumilikdə 74 manat məbləğındə dövlət rüsumu ödənilmişdir), 502 (beş yüz iki) manat hüquqi xidmətin göstərilməsinin əvəzinin tutulmasına münasibətdə iddianı tam əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, iş materiallarına iddiaçı tərəfindən qeyd edilən xərc ilə bağlı Yevlax Şəhər Vəkil bürosunun hesabına 503 (beş yüz üç) manat pul vəsaitinin ödənilməsini sübut edən qəbz əlavə edilmiş olsa da, tutulacaq məbləğin 300 (üç yüz) manat olmasını məhkəmə daha ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 600 (altı yüz) ABŞ dolları (qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə), 3500 (üç min beş yüz) manat borc məbləğləri, 72 (yetmiş iki) manat dövlət rüsumu və 300 (üç yüz) manat hüquqi xidmət haqqı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-6/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-6/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver