Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-88/2024 14.05.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(052)-214/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, 23 noyabr 2009-cu il təvəllüdlü X2 və 28 sentyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, iki uşaq üçün ümumilikdə 470 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(052)- 214/2016 saylı qətnaməsinə əsasən Cavabdeh 23 noyabr 2009-cu il təvəllüdlü X2 və 28 sentyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh hal-hazırda Xocalı rayon Hərbi Komissarlıönda mühasib vəzifəsində işləyir və yüksək əmək haqqı alır. Uşaqlar böyüdükçə ehtiyacları çoxalmaqdadır. O isə iki nəfər uşaq üçün təyin edilmiş 160 manat sabit pul məbləğində aliment ilə uşaqları tək saxlamaqda çətinlik çəkir. Cavabdeh isə hər ay hər uşaq üçün 235 manat olmaqla, iki uşaq üçün cəmi 470 manat aliment ödəmək iqtidarındadır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasın İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında İddiaçı izahat verərək bildirmişdir ki, ilk olaraq cavabdeh ilə nikahları pozulan zaman hər uşaq üçün 50 manat məbləğində aliment təyin edilmiş, 2016-cı ildə isə ərizəsi əsasında həmin məbləğ artırılaraq 80 manata çatdırılmışdır. Bundan sonra o, uzun illər ərzində həmin məbləğin artırılması üçün məhkəməyə müraciət etməmişdir. Cavabdeh hazırda həmin məbləğdən başqa uşaqların saxlanması üçün ona heç bir yardım göstərmir. O, hazırda “Sun city” Naftalan Sanatoriyasında qeydiyyatçı vəsifəsində işləyir və aylıq 315 manat əmək haqqı alır. Uşaqlar artıq böyümüşlər və onların gündəlik xərcləri artmaqdadır. Təyin edilmiş alimentin məbləği isə çox aşağıdır. Uşaqları həmin məbləğ ilə tək saxlamaqda çətinlik çəkir. Odur ki, məhkəmədən iddianın tam təmin edilməsini və alimentin artırılaraq 235 manat həddində müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xocalı Bölməsində səfərbərlik üzrə müfəttiş vəzifəsində işləyir və aylıq 590 manat əmək haqqı alır. Alimentin məbləği çıxıldıqdan sonra isə kartına cəmi 430 manat pul ödənilir. Yaşlı anası ilə birlikdə Goranboy rayonu Zeyvə kəndində yaşayır. Anası ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən qazandığı bütün pulları anasının müalicələrinə xərcləyir. Anasını müalicə məqsədi ilə hər ay mütəmadi olaraq Goranboy rayon xəstəxanasına, ayda bir dəfə isə Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxanaya aparır. Bundan başqa anasının müalicəsi üçün bankdan kredit yolu ilə borc pul götürmüş və aylıq 191 manat banka ödəniş edir. Bu səbəbdən alimentin iddia ərizəsində qeyd edilən məbləğdə təyin olnmasına razı deyildir. Alimentin məbləğinin artırılaraq ən çoxu hər ay hər uşaq üçün 125 manat məbləğində müəyyən ediləcəyi təqdirdə ödəyə biləcəkdir. Əks təqdirdə ödənişləri edə bilməyəcəkdir. Həmçinin iddiaçı uşaqlarının onunla ünsiyyətdə olmasına maneələr yaradır. Belə ki, qızı Nuray əvvəllər onunla görüşərək ünsiyyətdə olsa da, sonradan ona edilən təsirlər nəticəsində görüşdən imtina etmişdir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 23 noyabr 2009-cu il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 28 sentyabr 2010-cu il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(052)-214/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 23 noyabr 2009-cu il təvəllüdlü X2 və 28 sentyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 80 (səksən) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı “X9” MMC-də qeydiyyatçı vəzifəsində işləyir və 345 manat əmək haqqı alır. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mütəxəssis vəzifəsində işləyir və 730.25 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay, hər uşaq üçün 150 (yüz əlli) manat omaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin edilən zaman dəyişdirilmiş alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(052)-214/2016 saylı qətnaməsi ilə 23 noyabr 2009-cu il təvəllüdlü X2 və 28 sentyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin dəyişdirilmiş məbləğinin hesablanmasına başlansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(052)-88/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-88/2024
14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver