Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-9/2023 30.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 504.32 manat məbləğində borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X1 X3 İdarəsi ilə Cavabdeh (kod:**********0820) arasında 21 yanvar 2022-ci il tarixli, 6401.01.22 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı, onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). Belə ki, Gəncə X3 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvanda qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarına baxış keçirən zaman qaz sayğacından kənar qeyri-qanuni əlavə qaz xəttinin olması aşkar edilmişdir. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 yanvar 2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək itirilmiş qazın hesabatının aparılması üçün Gəncə RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinə təqdim edilmişdir. Gəncə RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən cavabdehin mənzilində quraşdırılmış qaz cihazlarına uyğun olaraq itirilmiş qazın hesabatı aparılmışdır. Hesabatın nəticələrinə görə sayğacdan kənar əlavə qaz xəttindən 3672 m3, yəni 440.64 manat dəyərində təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Bundan başqa ünvanda sayğac vasitəsilə istehlak olunmuş təbii qazın dəyəri ödənilmədiyindən 97.92 manat debitor borcu yaranmışdır. Belə olan halda cavabdehin Gəncə RQİİ-yə ümumilikdə 538.64 manat dəyərində borcu yaranmışdır. Borcun ödənilməsi məqsədilə cavabdehə AM-01/13-482 saylı, 10 mart 2022-ci il tarixli xəbərdarlıq məktubunun icrası olaraq cavabdeh tərəfindən 34.24 manat ödənilsə də qalan məbləğ ödənilməmiş qalmaqdadır. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin təşkilatın nümayəndəsi X2 tərəfindən məhkəməyə göndərilmiş ərizədə 30 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, həqiqətən də qaz xəttinə sayğacdan kənar qoşulma etmişdir. Lakin qoşulma uzun müddət deyil, yalnız bir gün davam etməmişdir. Belə ki, borunu qoşduğu vaxtdan bir neçə saat sonra qaz idarəsinin əməkdaşları yaşadığı evə gələrək həmin qoşulmanı aşkar etmiş və xətti ləğv etmişlər. Bu səbəbdən ona hesablanmış sərfiyyat ilə razı deyildir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 21 yanvar 2022-ci il tarixli, 6401.01.22 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi”nin surətindən görünür ki, Gəncə X3 İdarəsi ilə Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır; 21 yanvar 2022-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən fərdi yaşayış evində sayğacdan əvvəl rezin boru birləşməsi vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edilmişdir; 26 yanvar 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, 21 yanvar 2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış ziyanın həcmi 3672 m3 olmuşdur. Abonentin saldosundan görünür ki, Cavabdeh 2022-ci ilin dekabr ayının sonuna yekun qalıq borcu 465.68 manat (akt üzrə və debitor borc ümumilikdə) olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiy qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam ödənilməlidir. Eyni qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iddiaçı təşkilatın sayğacdan kənar qaz xəttindən istifadəyə görə 440.64 manat ziyan tələbinə münasibətdə iddianı əsaslı sayır. Belə ki, abonentin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmuş olması faktı mülki işin mübahisəsiz halıdır. Bu hal iş materialları, eləcədə cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatı ilə öz təsdiqini tapmışdır. Cavabdeh qoşulmanın olmasını etiraf etsə də, bununla yanaşı etiraz edərək qoşulmanın yalnız bir gün davam etdiyini və bu səbəbdən hesablanmış sərfiyyatın həqiqəti əks etdirmədiyini deyir. Lakin etirazına dair məhkəməyə hər hansı sübut təqdim etmir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa iddianın ödənilməmiş debitor borcu tələbi hissəsinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarına sonradan əlavə edilmiş “abonentin saldosundan” görünür ki, təşkilat tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən vaxt, yəni 2022ci ilin sentyabr ayında abonentin ümumilikdə akt və debitor borcu 504.32 (akt 440.64 manat + debitor 63.68 manat) manat olmuş olsa da, 2022-ci ilin dekabr ayına ümumi borc məbləği 465.68 (akt 440.64 manat + debitor 25.04 manat) manat təşkil etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən debitor borcu üzrə müəyyən ödənişlər edilmişdir. Odur ki, iddia beditor borcuna münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə iddia qismən təmin edilməklə Cavabdeh 465.68 manat borc və 30.40 manat dövlət rüsumu tutularaq “Azəriqaz” İB-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 465.68 manat borc və 30.40 manat dövlət rüsumu tutularaq “Azəriqaz” İByə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-9/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-9/2023
30.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver