Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1021/2022 28.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı soyuducu üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, 03 mart 2021-ci il tarixli müqaviləyə əsasən “Sofram 5L Elektrik” samovar üçün 80 (səksən) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 08 iyun 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86181 olan “Samsung Galaxy A02” markalı telefon üçün 281 (iki yüz səksən bir) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, 22 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61525 olan “Blackview A60” markalı telefon üçün 206 (iki yüz altı) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 961 (doqquz yüz altmış bir) manat məbləğində pulun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 02 oktyabr 2020-ci il, 03 mart 2021-ci il, 08 iyun 2021-ci il və 22 fevral 2021-ci il tarixli müqavilələrə əsasən “HOFFMANN” markalı soyuducu, “Sofram 5L Elektrik” samovar, İMEİ kodu **********86181 olan “Samsung Galaxy A02” markalı telefon və İMEİ kodu **********61525 olan “Blackview A60” markalı telefon almış və nəticədə 931 manat (doqquz yüz otuz bir) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 02 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (18 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı soyuducu üçün ümumilikdə, 308 (üç yüz səkkiz) manat olmaqla 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. 03 mart 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 241 (iki yüz qırx bir) manat (12 ay x 20 manat + 1 manat ilkin ödəniş) olan “Sofram 5L Elektrik” samovar üçün ümumilikdə, 88 (səksən səkkiz) manat olmaqla 80 (səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 (səkkiz) manat cərimə, 08 iyun 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 316,8 (üç yüz on altı manat səksən qəpik) manat (18 ay x 17,6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********86181 olan “Samsung Galaxy” A02” markalı telefon üçün ümumilikdə, 309 (üç yüz doqquz) manat olmaqla ondan 281 (iki yüz səksən bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. 22 fevral 2021-ci tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 286,2 (iki yüz səksən altı manat iyirmi qəpik) manat (18 ay x 15,9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********61525 olan “Blackview A60” markalı telefon üçün ümumilikdə, 226 (iki yüz iyirmi altı) manat olmaqla 206 (iki yüz altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 717 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 720 manat olan “HOFFMANN” markalı soyuducu hər ay 40 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 03 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 241 manat olan “Sofram 5L Elektrik” samovarı hər ay 20 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 08 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 316,8 manat olan İMEİ kodu **********86181 olan “Samsung Galaxy A02” markalı telefon hər ay 17,6 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 22 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 286,2 manat olan İMEİ kodu **********61525 olan “Blackview A 60” markalı telefon hər ay 15,9 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 03 oktyabr 2022-ci il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh 02 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 280 manat ödənilməmiş əsas məbləğ və 28 manat cərimə olmaqla – cəmi 308 manat, 03 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 80 manat ödənilməmiş əsas məbləğ və 8 manat cərimə olmaqla – cəmi 88 manat, 08 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 281 manat ödənilməmiş əsas məbləğ və 28 manat cərimə olmaqla – cəmi 309 manat və 22 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 206 manat ödənilməmiş əsas məbləğ və 20 manat cərimə olmaqla – cəmi 226 manat məbləğində borcu vardır. Ишдя олан хябярдарлыг мяктубундан эюрцнцр ки, иддиачы “АБЪ Телеъом” ММЪ ъавабдещ Cavabdehна боръун гайтарылмасы цчцн лазыми гайдада хябярдарлыг етмишдир. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 02 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 280 manat ödənilməmiş əsas məbləğ və 28 manat cərimə olmaqla – cəmi 308 manat məbləğində, 03 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 80 manat ödənilməmiş əsas məbləğ və 8 manat cərimə olmaqla – cəmi 88 manat məbləğində, 08 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 281 manat ödənilməmiş əsas məbləğ və 28 manat cərimə olmaqla – cəmi 309 manat məbləğində və 22 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 206 manat ödənilməmiş əsas məbləğ və 20 manat cərimə olmaqla – cəmi 226 manat olmaqla ümumilikdə cəmi 931 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 280 manat məbləğində əsas borc, 28 manat məbləğində cərimə, 03 mart 2021-ci il tarixli müqavilə üzrə 80 manat məbləğində əsas borc, 8 manat məbləğində cərimə, 08 iyun 2021-ci il tarixli müqavilə üzrə 281 manat məbləğində əsas borc, 28 manat məbləğində cərimə və 22 fevral 2021-ci il tarixli müqavilə üzrə 206 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 931 (doqquz yüz otuz bir) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1021/2022
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1021/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver