Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1028/2022 28.10.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən - Neftçala Rayon Məhkəməsinin hakimi X1, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73A ünvanında yerləşən iddiaçı "xxxx" MMC–nin Neftçala rayonu Kürkənd kəndində yaşayan Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, Neftçala rayonu Kürkənd kəndində qeydiyyatda olan Cavabdeh ümumilikdə 3906 manat borc və 59.06 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin Azərbaycan Respublikası MPM-nin 284-3cü maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC-nin məhkəməyə göndərdiyi ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 20 sentyabr 2021-ci il tarixdə bağlanmış 094839 saylı müqavilədə Cavabdeh imzası olsada iddiaçı "xxxx" MMC-ni təmsil edən X2 tərəfindən müqavilə imzalanmamış, həmçinin iddiaçı "xxxx" MMC tərəfindən iddia ərizəsi möhürlənməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-3.2.3-cü maddəsinə əsasən iddiaçının tələbi və onun əsaslandığı hallar ərizədə göstərilməlidir. Həmin Məcəllənin 284-3.2.4-cü maddəsinə əsasən ərizəyə tələbin əsaslığını təsdiq edən sənədlər əlavə olunmalıdır. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından hallarda imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, həmin ərizəyə baxılmanın sadələşdirilmiş qaydası yolverilməzdir və ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı "xxxx" MMC-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1028/2022
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1028/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver