Məhkəmə qərarları › İş №2(053)-1030/2022

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1030/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1030/2022 02.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 sentyabr 2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********10924 olan “XİAOMİ REDMİ NOTE 9 PRO” markalı telefon üçün 571,6 (beş yüz yetmiş bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 57,4 (əlli yeddi manat qırx qəpik) manat cərimə, 26 aprel 2021-ci il tarixli müqavilə üzrə “SAMSUNG MİCROSD”, İMEİ kodu **********89302 olan “XİAOMİ REDMİ 9” markalı telefon üçün 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə və 13 sentyabr 2021-ci il tarixli müqavilə üzrə “POWER BANK REDMİ”, “Mİ” Qulaqlıq üçün 67,5 (altmış yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 6,50 (altı manat əlli qəpik) manat cərimə olmaqla, ümumilikdə 987 (doqquz yüz səksən yeddi) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 13 sentyabr 2021-ci il, 26 aprel 2021-ci il və 13 sentyabr 2021-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********10924 olan “XİAOMİ REDMİ NOTE 9 PRO” markalı telefon, “SAMSUNG MİCROSD”, İMEİ kodu **********89302 olan “XİAOMİ REDMİ 9” markalı telefon və “POWER BANK REDMİ”, “Mİ” Qulaqlıq almış və nəticədə 987 (doqquz yüz səksən yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 13 sentyabr 2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən qiyməti 637,6 (altı yüz otuz yeddi manat altmış qəpik) manat (18 ay x 32,2 manat + 58 manat ilkin ödəniş) olan İMEİ kodu **********10924 olan “XİAOMİ REDMİ NOTE 9 PRO” markalı telefon üçün ümumilikdə 629 (altı yüz iyirmi doqquz) manat olmaqla ondan, 571,6 (beş yüz yetmiş bir manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57,4 (əlli yeddi manat qırx qəpik) manat cərimə, 26 aprel 2021ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qiyməti 482 (dörd yüz səksən iki) manat (12 ay x 37 manat + 38 manat ilkin ödəniş) olan “SAMSUNG MİCROSD”, İMEİ kodu **********89302 olan “XİAOMİ REDMİ 9” markalı telefon üçün ümumilikdə 284 (iki yüz səksən dörd) manat olmaqla 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə və 13 sentyabr 2021-ci il tarixli müqaviləsinə əsasən qiyməti 92,5 (doxsan iki manat əlli qəpik) manat (12 ay x 7,2 manat + 6,1 manat ilkin ödəniş) olan “POWER BANK REDMİ”, “Mİ” Qulaqlıq üçün ümumilikdə 74 (yetmiş dörd) manat olmaqla ondan, 67,5 (altmış yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6,5 (altı manat əlli qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 314 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-ni təmsil edən X3 – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 637,6 manat olan İMEİ kodu **********10924 olan “XİAOMİ REDMİ NOTE 9 PRO” markalı telefon ilkin ödəniş 58 manat olmaqla hər ay 32,2 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMCni təmsil edən X4 – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 482 manat olan “SAMSUNG MİCROSD”, İMEİ kodu **********89302 olan “XİAOMİ REDMİ 9” markalı telefon ilkin ödəniş 38 manat olmaqla hər ay 37 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli 026963 saylı müqavilədən görünür ki, "xxxx" MMC-ni təmsil edən X3 – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 92,5 manat olan “POWER BANK REDMİ”, “Mİ” Qulaqlıq ilkin ödəniş 6,1 manat olmaqla hər ay 7,2 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 12 oktyabr 2022-ci il tarixli maliyyə arayışından və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh 13 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 571,6 manat ödənilməmiş əsas məbləğ və 57,4 manat cərimə olmaqla – cəmi 629 manat borcu, 26 aprel 2021-ci il tarixli müqavilə üzrə 259 manat ödənilməmiş əsas məbləğ və 25 manat cərimə olmaqla – cəmi 284 manat borcu və 13 sentyabr 2021-ci il tarixli 026963 saylı müqavilə üzrə 67,5 manat ödənilməmiş əsas məbləğ və 6,5 manat cərimə olmaqla – cəmi 74 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, “alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.” Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, “əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir.” Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, “əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.” Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, “əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, “borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.” Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kredit məbləğini və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 13 sentyabr 2021-ci il tarixli 026962 nömrəli müqavilə üzrə 571,6 manat, 26 aprel 2021-ci il tarixli 23021501 nömrəli müqavilə üzrə 259 manat və 13 sentyabr 2021-ci il tarixli 026963 nömrəli müqavilə üzrə 67,5 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə olmaqla – cəmi 918,1 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 sentyabr 2021-ci il tarixli 026962 nömrəli müqavilə üzrə 571,6 manat, 26 aprel 2021-ci il tarixli 23021501 nömrəli müqavilə üzrə 259 manat və 13 sentyabr 2021ci il tarixli 026963 nömrəli müqavilə üzrə 67,5 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə olmaqla – cəmi 918,1 (doqquz yüz on səkkiz manat on qəpik) manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar