Məhkəmə qərarları › İş №2(053)-1094/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1094/2023

14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1094/2023 14.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Alimentin artırılması tələbinə dair” mülki işə Neftçala şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(053)-83/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək, Cavabdeh himayəsində qalan 08 noyabr 2019-cu il təvəllüdlü Abdullayeva (Mehdizadə) Fidan Rəşad qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və 34,40 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ərizəsində göstərmişdir ki, onunla Cavabdeh 31 yanvar 2019-cu il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuş, lakin nikahları rəsmiləşdirilməmişdir. Faktiki nikahdan 08 noyabr 2019-cu il tarixdə Fidan adlı qızları doğulmuşdur. Cavabdehlə münasibətlərinin yaxşı olmaması səbəbindən onunla 28 iyul 2019-cu il tarixdə ayrılaraq faktiki ayrı yaşamışlar. Cavabdelə təxminən 6 ay birlikdə yaşamış və onunla ayrıldığı zaman hamilə olmuşdur. Həmçinin Cavabdeh ilə aralarında rəsmi nikah olmadığına və eləcə də Rəşad atalığın müəyyən olunmasından ötrü ərizə vermək üçün müvafiq qeydiyyat orqanına getməkdən imtina etdiyinə görə 08 noyabr 2019cu il tarixində doğulmuş Fidanın atalığı müəyyən olunmamış və buna görə də doğum haqqında şəhadətnamə alınarkən uşağa onun soyadı verilərək “Mehtizadə” kimi yazılmışdır. Daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 noyabr 2019-cu il tarixdə anadan olmuş X1 atasının Cavabdeh olmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində vəsaitin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdehin tərəfindən atalığın etiraf edilməməsi ilə əlaqədar X1 atasının Cavabdeh olmasının müəyyən edilməsi və aliment tələbinin təmin olunması üçün Məhkəmə-Genetik Ekspertizasının təyin olunması zərurəti yaranmışdır. Bununla əlaqədar Neftçala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərardadı əsasında Məhkəmə-Genetik Ekspertizası təyin edilmiş, ekspertiza nəticəsində Mehtizadə Fidanın atasının həqiqətən Cavabdeh olması öz təsdiqini tapmışdır. Belə ki, Neftçala Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(053)-83/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 08 noyabr 2019-cu il tarixində doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmasından ötrü uşağa görə hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamənin çıxarılmasında iki il keçdiyindən uşağın tələbatını ödəmək onun üçün çətinləşmişdir. Bu səbəbdən də istəyir ki, bundan sonra cavabdehdən hər ay 220 manat miqdarında aliment tutulmaqla ona verilsin. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Neftçala Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(053)-83/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbinə dair ərizəsi təmin edilərək, 08 noyabr 2019-cu il tarixdə anadan olmuş Abdullayeva (Mehdizadə) Fidan Rəşad qızının atasının Cavabdeh olması müəyyən edilmiş, 24 noyabr 2020-ci il tarixdən başlayaraq 08 noyabr 2019-cu il tarixdə anadan olmuş Abdullayeva (Mehdizadə) Fidan Rəşad qızının yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh sabit pul məbləğində hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X3 08 noyabr 2019-cu il tarixdə anadan olmuşdur. Valideynlərdən atası Cavabdeh, anası isə İddiaçıdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 03 oktyabr 2023-cü il tarixli arayışın məzmunundan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 08 noyabr 2019-cu il təvəllüdlü Abdullayeva (Mehdizadə) Fidan Rəşad qızının saxlanması üçün hər ay İddiaçı 100 manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 08 noyabr 2019-cu il təvəllüdlü Abdullayeva (Mehdizadə) Fidan Rəşad qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Həmçinin iddiaçı iddia ərizəsinin verilməsi üçün 34,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1920 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 4,80 manat alınıb dövlət büdcəsinə, 34,40 manat məbləğində dövlət rüsumu isə tutulub İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(053)-83/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılsın. 08 noyabr 2019-cu il təvəllüdlü Abdullayeva (Mehdizadə) Fidan Rəşad qızının yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay 160 (yüz altmış) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 4,80 (dörd manat səksən qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə, 34,40 (otuz dörd manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar