Məhkəmə qərarları › İş №2(053)-1118/2022

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1118/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1118/2022 29.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 fevral 2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 09 mart 2021-ci il tarixli müqaviləyə əsasən, “LG LED TV” üçün 590 (beş yüz doxsan) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə, 24 dekabr 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 09 mart 2021-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN LED TV” üçün 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə, 29 oktyabr 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 15 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən, “Smart Segway” üçün 211 (iki yüz on bir) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, 04 may 2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 11 mart 2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********98322 olan “HOFFMANN X ULTRA” markalı telefon üçün 185.4 (bir yüz səksən beş manat qırx qǝpik) manat ödənilməmiş hissə, 18.6 (on səkkiz manat altmış qǝpik) manat cərimə, ümumilikdə 1375 (bir min üç yüz yetmiş beş) manat borc və 33,75 (otuz üç manat yetmiş beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 09 fevral 2020-ci il, 24 dekabr 2019-cu il, 29 oktyabr 2019-cu il və 04 may 2020-ci il tarixli müqavilələrə əsasən, “LG LED TV”, “HOFFMANN LED TV”, “Smart Segway”, İmei kodu **********98322 “HOFFMANN X ULTRA” markalı telefon almışdır. Cavabdehin 29 oktyabr 2019-ci il, 24 dekabr 2019-cu il tarixli müqavilələri 09 mart 2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 29 oktyabr 2019-cu il tarixli müqaviləsi 15 aprel 2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 04 may 2020-ci il tarixli müqaviləsi 11 mart 2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmiş vǝ restrukturizasiyadan sonra nəticədə 1375 (bir min üç yüz yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09 fevral 2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 09 mart 2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 755.2 (yeddi yüz əlli beş manat iyirmi qǝpik) manat (31 ay x 23.6 manat + 23.6 manat ilkin ödəniş) “LG LED TV” üçün ümumilikdə, 649 (altı yüz qırx doqquz) manat olmaqla ondan, 590 (beş yüz doxsan) manat ödənilməmiş hissə, güzəşt olunaraq 59 (əlli doqquz) manat cərimə, 24 dekabr 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 09 mart 2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 361.4 (üç yüz altmış bir manat qırx qǝpik) manat (25 ay x 13.9 manat + 13.9 manat ilkin ödəniş) “HOFFMANN LED TV” üçün ümumilikdə, 290 (iki yüz doxsan) manat olmaqla ondan 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə miqdarında borc yaranmışdır. 29 oktyabr 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 15 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 290.84 (iki yüz doxsan manat səksən dörd qǝpik) manat (21 ay x 13.22 manat + 13.22 manat ilkin ödəniş) “Smart Segway” üçün ümumilikdə, 232 (iki yüz otuz iki) manat olmaqla ondan 211 (iki yüz on bir) manat ödənilməmiş hissə, güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə miqdarında borc yaranmışdır. 04 may 2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 11 mart 2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 246.4 (iki qırx altı manat qırx qǝpik) manat (27 ay x 8.8 manat + 8.8 manat ilkin ödəniş) İmei kodu **********98322 olan “HOFFMANN X ULTRA” markalı telefon üçün ümumilikdə, 204 (iki yüz dörd) manat olmaqla ondan 185.4 (yüz səksən beş manat qırx qǝpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.6 (on səkkiz manat altmış qǝpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 403.44 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 09 fevral 2020-ci il, 24 dekabr 2019-cu il, 29 oktyabr 2019-cu il və 04 may 2020- ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 fevral 2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-ni təmsil edən X2 – “ABC”, Cavabdeh– “müştəri” olmaqla bağlanmış həmin müqaviləyə 01 saylı əlavə olan 09 mart 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh dəyəri 755,2 manat olan “LG LED TV” markalı televizor üçün ilkin ödəniş 23,6 manat olmaqla hər ay 23,6 manat ödəmək şərti ilə 31 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 24 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-ni təmsil edən X4 – “ABC”, Cavabdeh– “müştəri” olmaqla bağlanmış həmin müqaviləyə 01 saylı əlavə olan 09 mart 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh dəyəri 361,4 manat olan “HOFFMANN LED TV” markalı televizor ilkin ödəniş 13,9 manat olmaqla hər ay 13,9 manat ödəmək şərti ilə 25 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-ni təmsil edən X3 – “ABC”, Cavabdeh– “müştəri” olmaqla bağlanmış həmin müqaviləyə 01 saylı əlavə olan 15 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh dəyəri 290,82 manat olan “Smart Segway” ilkin ödəniş 13,22 manat olmaqla hər ay 13,22 manat ödəmək şərti ilə 21 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 04 may 2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-ni təmsil edən X1 – “ABC”, Cavabdeh– “müştəri” olmaqla bağlanmış həmin müqaviləyə 01 saylı əlavə olan 11 mart 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh dəyəri 247 manat olan “İmei kodu **********98322 “HOFFMANN X ULTRA” ilkin ödəniş 8,8 manat olmaqla hər ay 8,8 manat ödəmək şərti ilə 27 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 14 noyabr 2022-ci il tarixli maliyyə arayışından və ödəniş cədvəldən görünür ki, “müştəri” Cavabdeh 09 fevral 2020-ci il tarixli müqavilə üzrə 590 manat ödənilməmiş əsas məbləğ və 59 manat cərimə olmaqla – cəmi 649 manat borcu, 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə 264 manat ödənilməmiş əsas məbləğ və 26 manat cərimə olmaqla – cəmi 290 manat borcu, 29 oktyabr 2019-ci il tarixli müqavilə üzrə 211 manat ödənilməmiş əsas məbləğ və 21 manat cərimə olmaqla – cəmi 232 manat borcu və 04 may 2020-ci il tarixli müqavilə üzrə 185,4 manat ödənilməmiş əsas məbləğ və 18,6 manat cərimə olmaqla – cəmi 204 manat borcu və məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, “alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.” Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, “əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir.” Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, “əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.” Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, “əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, “borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.” Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kredit məbləğini və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 09 fevral 2020-ci il tarixli 20089293 nömrəli müqavilə üzrə 590 manat, 24 dekabr 2019-ci il tarixli 01154050 nömrəli müqavilə üzrə 264 manat, 29 oktyabr 2019-ci il tarixli 01015434 nömrəli müqavilə üzrə 211 manat və 04 may 2020-ci il tarixli 20258714 nömrəli müqavilə üzrə 185,4 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə olmaqla – cəmi 1280,4 manat məbləğində borc və 32,80 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 32,80 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09 fevral 2020-ci il tarixli 20089293 nömrəli müqavilə üzrə 590 manat, 24 dekabr 2019-ci il tarixli 01154050 nömrəli müqavilə üzrə 264 manat, 29 oktyabr 2019-ci il tarixli 01015434 nömrəli müqavilə üzrə 211 manat və 04 may 2020-ci il tarixli 20258714 nömrəli müqavilə üzrə 185,4 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə olmaqla – cəmi 1.280,4 (bir min iki yüz səksən manat qırx qəpik) manat məbləğində borc və 32,80 (otuz iki manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar